Məhkəmə qərarları › İş №e-2(012)-1568/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1568/2024

07.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1568/2024 07.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Əliyev Fərid Ələmşah oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin verilməsinin davam edilməsi tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin verilməsinin davam edilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianın təmin edilməsi, X4 X8 və Sənaye Universitetinin nəzdində Sənaye və Texnologiya kollecində təhsilini basa vuranadək, 2024cü ilin yanvar ayı da daxil olmaqla, hər ay 235 manat olmaqla, cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 07 may 2010-cu il tarixdə rəsmi nikaha daxil olmuşdur. Bu nikahdan onların xx.xx.2011-ci ildə Cavid adlı övladı dünyaya gəlmişdir. Onun əvvəlki nikahdan xx.xx.2005-ci ildə doğulmuş Hacı adlı uşağı üzərində Cavabdeh atalığı müəyyən edilmişdir. Abşeron Rayon Məhkəməsinin 01 mart 2019-cu tarixli, 2(012)-916/2019 saylı qətnaməsilə nikahları pozulmuş, 09 dekabr 2005-ci il tarixdə anadan olmuş X4 və 03 dekabr 2011-ci il tarixdə anadan olmuş X3 onun himayəsində qalmaları və onların saxlanması üçün Cavabdeh alimentin tutularaq ona verilməsi qət edilmişdir. Cavabdeh alimentdən əlavə uşaqların təhsil, təlim-tərbiyəsində iştirak etmir, əlavə xərclərini qarşılamaq üçün heç bir maddi köməklik göstərmir. Bununla da cavabdehin övladlarına qarşı olan öhdəliyi yarımçıq qalır, övladlarının müalicəsi, digər ehtiyaclarının qarşılanması üçün bundan başqa heç bir öhdəlik yerinə yetirmir. Halbuki cavabdehlə arasında bağlanmış 23 aprel 2011-ci il tarixli nikah müqaviləsinin 7-ci maddəsində birbaşa qeyd olunur: “Ər nikahları pozulduğu halda birgə nikahdan doğulmuş uşaqlarını, onlar yetkinlik yaşına çatana qədər maddi baxımdan təmin etməklə bağlı üzərinə öhdəlik götürür”. Həmin Müqavilənin 8-ci maddəsində göstərilir: "Cavabdeh nikah pozulacağı təqdirdə onunla birgə nikahda olan İddiaçı birinci nikahdan olan oğlu Hacı Qumruyevin normal həyat səviyyəsini, yüksək keyfıyyatli təhsil almasını təmin etməyi öhdəsinə götürür”. xx.xx.2012-ci il tarixdə Hacı Qumruyevi Cavabdeh övladlığa götürmüş, doğum haqqında şəhadətnamədə müvafiq dəyişiklik olaraq Hacı Qumruyevin adı X2 qeyd olunmuşdur. Hal-hazırda X7 Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Sənaye və Texnologiya kollecində, Proqram təminatı fakültəsində təhsil alır. Və bir tələbə kimi maddi dəstəyə daha çox ehtiyacı var. Bu barədə cavabdehə məlumat versə də, və Cavabdeh ilə arasında bağlanmış 23 aprel 2011-ci il tarixli nikah müqaviləsinin 7-ci maddəsində qeyd olunanlara baxmayaraq Hüseynov Hacının 18 yaşı bitdikdən sonra alimentin ödənilməsini dayandırıb. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia ilə razılaşmadı və onun təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. İş materiallarında olan AZ-İİ 822924 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2005-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2011-ci il tarixli nikah müqaviləsinin surətindən görünür ki, onlar xx.xx.2010-cu il tarixli nikahdan sonra bir sıra hüquq və vəzifələrlə bağlı qarşılıqlı surətdə razılığa gəlmişlər. İş materiallarında olan nikahın pozulması haqqında AZ-İ 338152 saylı şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və İddiaçı nikahı pozulmuş, bu akt xx.xx.2019-cu il tarixdə 287 nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdindəki Sənaye və Texnologiya Kollecinin xx.xx.2023-cü il tarixli, 127 saylı arayışından görünür ki, X7 2022/2023-cü tədris ilində ümumi orta (9 illik) təhsil bazasından Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Sənaye və Texnologiya kollecinin “Kompüter sistemlərində proqram təminatı” (040530) ixtisasının əyani şöbəsinə ödənişli əsaslarla (1000 manat) daxil olmuşdur. Hal-hazırda həmin ixtisas üzrə 1-ci kurs KP102R nömrəli qrupunda təhsilini ödənişli əsaslarla davam etdirir. Təhsil müəssisəsini bitirməsi nəzərdə tutulmuş il 2025-ci ildir. İş materiallarından görünür ki, tərəflər nikahda olmuşlar və onların birgə nikahından xx.xx.2011-ci il tarixdə Cavid adlı uşaqları olmuşdur. İddiaçının əvvəlki nikahından xx.xx.2005-ci ildə doğulmuş Hacı adlı uşaq üzərində Cavabdeh atalığı müəyyən edilmişdir. Sonradan onlar arasındakı münasibətlər pisləşmiş və nikaha xitam verilmişdir. Daha sonra isə Hacı Hüseynov 2022/2023-cü tədris ilində ümumi orta (9 illik) təhsil bazasından Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Sənaye və Texnologiya kollecinin “Kompüter sistemlərində proqram təminatı” (040530) ixtisasının əyani şöbəsinə ödənişli əsaslarla (1000 manat illik) daxil olmuşdur. Hazırda İddiaçı Cavabdeh qarşı alimentin verilməsinin davam edilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X1 Dövlət Neft və Sənaye Universitetinin nəzdində Sənaye və Texnologiya kollecində təhsilini başa vuranadək, 2024-cü ilin yanvar ayı da daxil olmaqla, hər ay 235 manat olmaqla, cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bu zaman iddiaçı tərəflər arasında imzalanmış xx.xx.2011-ci il tarixli nikah müqaviləsinin 7 və 8-ci bəndlərinə istinad etmişdir. Həmin müqavilənin 7 ci bəndindən görünür ki, “Ər nikahları pozulduğu halda birgə nikahdan doğulmuş uşaqlarını, onlar yetkinlik yaşına çatana qədər maddi baxımdan təmin etməklə bağlı üzərinə öhdəlik götürür”. 8-ci bənddən görünür ki, Cavabdeh nikah pozulacağı təqdirdə onunla birgə nikahda olan İddiaçı birinci nikahından olan oğlu Hacı Qumruyevin normal həyat səviyyəsini, yüksək keyfiyyətli təhsil almasını təmin etməyi öhdəsinə götürmüşdür. Ailə Məcəlləsinin 60.3-cü maddəsinə görə uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər (onlardan biri) öz aralarında olan narazılığı həll etmək üçün müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə müraciət edə bilərlər. Həmin Məcəllənin 81-ci maddəsinə görə alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, ümumi orta təhsildən fərqli olaraq əlavə və ya peşə təhsili, eləcə də ali təhsilin seçim xüsusiyyətinə malik olması, müsabiqə əsasında təşkil olunması və daha çox fərdin maddi vəziyyəti ilə bağlı olması baxımından, uşağın ümumi orta təhsili başa vurduqdan sonra əlavə və ya peşə təhsili, ali təhsil almasına, böyük xərc tələb edən müsabiqə və sair tədbirlərdə iştirakına görə valideynlərin əlavə xərclərdə iştirakı, onlardan bu məsələ ilə bağlı vəsait tələb olunması əsassızdır. İş materiallarından görünür ki, hazırda tələb edilən aliment məbləği xx.xx.2005-ci il təvəllüdlü Hacı adlı uşağın orta-ixtisas təhsili alması məqsədilə tələb edilmiş, əsas olaraq tərəflər arasında xx.xx.2011-ci il tarixli nikah müqaviləsinin 7-ci bəndi əsas gətirilmişdir, Halbuki həmin bənddə qeyd edilir ki, ər nikahları pozulduğu halda birgə nikahdan doğulmuş uşaqlarını, onlar yetkinlik yaşına çatana qədər maddi baxımdan təmin etməklə bağlı üzərinə öhdəlik götürür. İş materialları ilə müəyyən edilir ki, X7 artıq yetkinlik yaşına çatmışdır. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. İddiaçının tərəflər arasında imzalanmış xx.xx.2011-ci il tarixli nikah müqaviləsinin 8-ci bəndinə istinad etməsi əsassızdır, çünki bu müddəa ilə bağlı tərəflər arasında məhkəmə çəkişməsi olmuşdur. (Abşeron Rayon Məhkəməsinin 2(012)-1238/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsi və Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1216/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi) Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədiyindən onun Cavabdeh qarşı alimentin verilməsinin davam edilməsi barədə iddia tələbi təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarına istinad edərək qeyd edir ki, iddia tələbi təmin edilmədiyindən iş üzrə ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilməlidir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin verilməsinin davam edilməsi barədə iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar