Məhkəmə qərarları › İş №e-2(012)-1587/2025

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-1587/2025

17.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-1587/2025 17.01.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Abiyev Elvin Elman oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Abşeron rayon 1 saylı Notariat Ofisinin xüsusi notariusu Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı müqavilənin qismən etibarsız hesab edilməsi və düzəliş edilməsi tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə Abşeron Rayon Məhkəməsinin inzibati binasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı cavabdehlər Abşeron rayon 1 saylı Notariat Ofisinin xüsusi notariusu Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı müqavilənin qismən etibarsız hesab edilməsi və düzəliş edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə bağladıqları 26 aprel 2014-cü il tarixli tarixli torpaq sahəsi üzərində icarə hüququnun alqı-satqı müqaviləsinin notariat ofisində saxlanılan eyni tarixli nüsxədə Abşeron rayon, Quşçuluq sovxozu ərazisində yerləşən və ümumi sahəsi 1.206 ha torpaq sahəsindən İddiaçı 0,546 ha-nın satılması düzəlişinin edilməsi vəzifəsinin Abşeron rayon 1 saylı Notariat Ofisinin xüsusi notariusu Cavabdeh1 üzərinə qoyulması, həmçinin həmin nüsxənin Cavabdeh3 0,08 ha torpaq sahəsinin satılması hissəsində etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərdən görünür ki, birinci tələb - Cavabdeh2 ilə bağlanılmış 26 aprel 2014-cü il tarixli tarixli torpaq sahəsi üzərində icarə hüququnun alqı-satqı müqaviləsinin notariat ofisində saxlanılan eyni tarixli nüsxədə Abşeron rayon, Quşçuluq sovxozu ərazisində yerləşən və ümumi sahəsi 1.206 ha torpaq sahəsindən İddiaçı 0,546 ha-nın satılması düzəlişinin edilməsi vəzifəsinin Abşeron rayon 1 saylı Notariat Ofisinin xüsusi notariusu Cavabdeh1 üzərinə qoyulması ilə, ikinci tələb - Cavabdeh2 ilə bağlanılmış 26 aprel 2014-cü il tarixli tarixli torpaq sahəsi üzərində icarə hüququnun alqı-satqı müqaviləsinin notariat ofisində saxlanılan eyni tarixli nüsxənin Cavabdeh3 0,08 ha torpaq sahəsinin satılması hissəsində etibarsız hesab edilməsi ilə bağlıdır. Göründüyü kimi, tələblər bir-biri ilə əlaqədar olmayan ayrı-ayrı tələblərdir. Ona görə də məhkəmə hesab edir ki, hər bir tələb üzrə ayrıca iddia ərizəsi verilməlidir və iddia ərizəsi hazırki formada icraata qəbul oluna bilməz. Eyni zamanda iddia ərizəsində cavabdeh qismində Abşeron rayon 1 saylı Notariat Ofisi qoyulmalı olduğu halda, cavabdeh qismində həmin ofisin xüsusi notariusu Cavabdeh1 göstərilmiş, Cavabdeh2 ilə bağlanılmış 26 aprel 2014-cü il tarixli tarixli torpaq sahəsi üzərində icarə hüququnun alqı-satqı müqaviləsinin notariat ofisində saxlanılan eyni tarixli nüsxədə Abşeron rayon, Quşçuluq sovxozu ərazisində yerləşən və ümumi sahəsi 1.206 ha torpaq sahəsindən İddiaçı 0,546 ha-nın satılması düzəlişinin edilməsi vəzifəsinin təşkilat kimi Abşeron rayon 1 saylı Notariat Ofisinin üzərinə qoyulmasının xahiş edilməli olduğu halda, həmin vəzifənin ofisin xüsusi notariusu Cavabdeh1 üzərinə qoyulması xahiş edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) ərizədə göstərilməlidir; 152.1.1 və 152.1.7-ci maddələrinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə; bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia ərizəsinin forma və məzmununa riayət edilmədiyindən və bir-biri ilə əlaqədar olmayan iki tələb birləşdirildiyindən İddiaçı cavabdehlər Abşeron rayon 1 saylı Notariat Ofisinin xüsusi notariusu Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı müqavilənin qismən etibarsız hesab edilməsi və düzəliş edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə - dövlət rüsumu geri qaytarılır. Odur ki, məhkəmə hesab edir ki, ərizə geri qaytarıldığından Nümayəndə xx.xx.2025ci il tarixdə ********** saylı mədaxil qəbzi vasitəsi ilə Abşeron Rayon Məhkəməsinin hesabına ödəmiş olduğu 100 manat məbləğində dövlət rüsumuna görə pul dövlət büdcəsinin vəsaiti Nümayəndə qaytarılmalı, qərardadın icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Abşeron rayonu üzrə Maliyyə İdarəsinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ M: İddiaçı cavabdehlər Abşeron rayon 1 saylı Notariat Ofisinin xüsusi notariusu Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı müqavilənin qismən etibarsız hesab edilməsi və düzəliş edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Nümayəndə xx.xx.2025-ci il tarixdə ********** saylı mədaxil qəbzi vasitəsi ilə Abşeron Rayon Məhkəməsinin hesabına ödəmiş olduğu 100 manat məbləğində dövlət rüsumuna görə pul dövlət büdcəsinin vəsaiti Nümayəndə qaytarılsın. Qərardadın bu hissədə icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Abşeron rayonu üzrə Maliyyə İdarəsinə həvalə edilsin. Qərardad tərəfə rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: E.Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar