Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1615/2022 29.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı X2 nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı X2 Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı X3 cavabdeh X8 qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh X10 tərəfindən İddiaçı İB-yə vurulmuş 5896.8 manat zərər, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 549.7 manat pul və 84.47 manat ödənilmiş dövlət rüsumu əvəzi olmaqla, ümumilikdə 6530.97 manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nin (Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, MH AZ03NABZ********************, SWİFTİBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçı X2 nümayəndəsi Nümayəndə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində qeyd olunmuş Təbii X7nın pozulmasına görə ******* saylı aktın tərtib olunma tarixinin texniki yanlışlığa yol verilərək “xx.xx.2021-ci il” tarixi kimi qeyd edildiyini, lakin “xx.xx.2021-ci il” tarixi kimi nəzərə alınaraq qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra, iddiaçı X2 nümayəndəsi Nümayəndə Mülki Prosessual Məcəllənin 54.1ci maddəsinin tələblərinə əsasən, cavabdehin əsl cavabdehlə əvəz edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsində göstərmişdir ki, cavabdeh X10 qaz sayğacı quraşdırılmış evi digər şəxsə, yəni Cavabdeh satdığını, lakin **********001706 saylı abonent kodunun onun adında qalması faktını bildirmiş, məhkəmə baxışı iclasında iştirak edən, qaz sayğacı quraşdırılmış yaşayış evini almış Cavabdeh təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməsini etiraf etmiş, digər tərəfdən, cavabdeh X4 qanunazidd halların onun tərəfindən deyil, digər şəxs tərəfindən, yəni Cavabdeh tərəfindən edilməsi faktına əsaslanaraq özünün digər cavabdeh ilə əvəz edilməsinə etiraz etmədiyini bildirmişdir. Ona görə də göstərilənlərə əsasən, tərəfin əsl tərəflə əvəz edilməsi əsasının məhkəmə baxışı zamanı əmələ gəlməsi nəzərə alınaraq, cavabdeh X4 əsl Cavabdeh ilə əvəz edilməsinə etiraz etmədiyi bildirilmiş, X10 cavabdeh qismindən çıxarılaraq Cavabdeh qismində cəlb olunmuşdur. Daha sonra, iddiaçı X2 nümayəndəsi Nümayəndə Mülki Prosessual Məcəllənin 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, “Cavabdeh sentyabr 2018-ci il tarixdən hesablanmaqla debitor borcuna görə 549.7 manat borc məbləğindən 350 manat pul məbləğinin azaldılaraq 199.7 manat debitor borcunun tutulması barədə qətnamə çıxarılmasını, eyni zamanda, iddia ərizəsinin tərtibatı zamanı xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında hesablanmış 590.4 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında hesablanmış 446.4 manat borc məbləğində texniki yanlışlığa yol verilərək həmin məbləğlərin xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında hesablanmış 194.4 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında hesablanmış 381.6 manat kimi nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent X10 arasında xx.xx.2017-ci tarixdə 58532 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentin fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********001706 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4 markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X7”nın tələblərinə əməl etmək) və “X7”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacına qanunsuz olaraq müdaxilə etmiş, həmçinin, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır (cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır). İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə, cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni, qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X7nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş: xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 583,20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 273,60 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 252 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 590,40 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 590,40 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 252 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 381,60 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 446,40 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 328,32 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 362,88 manat olmaqla, cəmi 5896,80 manat İddiaçı İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Belə ki, Saldo və Gasrep məlumatlara əsasən, 2017-ci ilin avqust ayın üzrə 0,10 manat, 2018-ci ilin yanvar-dekabr ayları üzrə 447,50 manat sərfiyyat borcu+25,90 manat (limitdən artıq istifadə etməsi səbəbi yaranmış sərfiyyat borc) olmaqla, cəmi 473,40 manat, 2019-cu ilin yanvar-dekabr ayları üzrə 508,80 manat sərfiyyat borcu + 68,90 manat (limitdən artıq istifadə etməsi səbəbi yaranmış sərfiyyat borc) olmaqla, cəmi 577,70 manat (0,10+473,40+577,70=1051,20 manat) borc hesablanmış, 2018-ci ilin yanvar ayından 2019-cu ilin dekabr ayına qədər cavabdeh cəmi 501,50 manat ödəniş etmişdir. Yuxarıda qeyd olunanlardan əlavə, cavabdehin faktiki istifadə edilmiş dəyəri ödənilməmiş sayğac üzrə (debitor borc) 549,70 manat borcu qalmışdır (1051,20-501,50=549,70). Beləliklə, cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda, abonentin saldosu üzrə ümumi 6446.50 manat təşkil etməkdədir. (5896,80+549,70=6446,50). Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə, təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında iddiaçı Azəriqaz İB-nin nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, cavabdehin xüsusi mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş tikili qanunsuz tikili olsa da, çox güman ki, şəxsin müraciəti əsasında həmin evə qaz sayğacı quraşdırılmışdır. İddia tələbi iki hissədən, yəni dəymiş ziyan və debitor borcunun tutulması hissəsindən ibarətdir. Belə ki, iddia ərizəsi 5896.80 manat dəymiş ziyanı, 549.70 manat debitor borcunu əhatə edir. 2017-ci ildən 2019-cu ilədək mexaniki tipli sayğac olmuş, həmin sayğacdan istifadə edilərək abonentin dəyəri ödənilməmiş 549.70 manat debitor borcu yaranmışdır. Hazırda, aktlar əsasında debitor borc olaraq 549.70 manat borc qalmışdır. xx.xx.2019-cu il tarixdə sayğac dəyişdirilərək smart kartlı sayğac quraşdırılmışdır. Azəriqaz İB-nin nümayəndələri tərəfindən tərtib olunmuş və 2020-2021-ci illərə aid olan Təbii X7nın pozulması haqqında aktlar X10 barəsində tərtib olunsa da, eyni zamanda, təbii qazın alqı-satqısına dair müqavilə X10 ilə bağlanmasına baxmayaraq, məhkəmə araşdırması zamanı qaz sayğacının quraşdırıldığı həmin ünvanın Cavabdeh satılması müəyyən olunmuşdur. Azəriqaz İB tələb etdiyi dəymiş ziyan məbləğini sayğacdan kənar qeyri-qanuni təbii qazdan məhz Cavabdeh tərəfindən istifadə etdiyini iddia edərək və bu halın məhkəmə baxışı ərəfəsində aşkar edilməsi müəyyən olunduğundan iddia ərizəsinin əsl Cavabdeh münasibətdə təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında cavabdeh qismində iştirak etmiş cavabdeh X10 izahatında evi 2018-ci ilin sentyabr ayında satdığını, lakin kommunal ödənişlərlə bağlı abonent kodlarını öz adından çıxartmağı unutduğunu bildirmiş və Azəriqaz İB-nin tələb etdiyi borcun ona aid olmadığını qeyd edərək onun cavabdeh qismindən çıxarılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, X5 onun böyük qardaşı olduğundan və qardaşının şəxsiyyət vəsiqəsinin müddəti bitdiyindən X10 tərəfindən satılmış torpaq sahəsi onun tərəfindən alınmışdır. Lakin hazırda, həmin evdə onun qardaşı yaşayır. Həmin torpaq sahəsi onun tərəfindən 2018-ci ilin sentyabr ayında alınmış, lakin qardaşı həmin evi öz adına rəsmiləşdirmək niyyətindədir. Torpaq sahəsi onun adına olsa da, borcla bağlı hər hansı bir məlumatı yoxdur. Belə ki, orada qaz sayğacının quraşdırılıb-quraşdırılmamasını belə bilmir. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, mülki iş materiallarını araşdırıb və məhkəmə iclasında tədqiq olunan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia ərizəsi aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il tarixli RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 2ində yerləşən 0.029 ha torpaq sahəsi Cavabdeh adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 677 saylı reyestr kitabının 3 saylı vərəqində ********** qeydiyyat nömrəsi, **********29 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. -Azəriqaz İB ilə istehlakçı X10 arasında bağlanmış Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə xx.xx.2017-ci il tarixli, 58532 saylı müqavilənin surətindən görünür ki, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. -xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı aktlardan görünür ki, X4 yaşadığı evə baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni X12 etməsi aşkar edildiyindən dəymiş ziyanın hesablanması qərara alınmışdır. -Azəriqaz İB-nin xx.xx.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, Kombinin maksimal saatlıq qaz sərfi 3 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin cəmi 3024 m3 ödənilməsi qərara alınmışdır. Əsas olaraq xx.xx.2021-ci il tarixli ******* saylı akt olmuşdur. -Abonent kodu **********00170 olan, X4 adına olan abonent saldosundan görünür ki, ünvan 2i ünvanında xx.xx.2019-cu il tarixdə Smart G4 X14 tipli **********7 nömrəli sayğac quraşdırılmış, cihazlar: 4 gözlü qaz plitələri (PQ-4)(1/1), abonentin aktlara əsasən 2020-ci ilə aid olan borcu 2275.20 manat, 2021-ci ilə 3621.60 manat olmaqla cəmi 5896.80 manat, debitor borcuna görə isə 2017-ci ilə 0.10 manat, 2018-ci ilə 447.50 manat, 2019-cu ilə 508.80 manat, yeni tarifə keçidlə əlaqədar olaraq 2018-ci ilə 25.90 manat, 2019-cu ilə 68.90 manat, ödənişə görə isə 2018-ci ilə 376.50 manat, 2019-cu ilə 125 manat ödəniş edilməklə, ümumilikdə, cəmi (0.10+447.50+508.80+25.90+68.90-376.50-125=549.7) 549.7 manat hesablanmışdır. -Asan-Sumqayıt tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Məmmədov X9 şəhəri 20 Yanvar küçəsi 107 saylı evdə qeydiyyatdadır. Məhkəmə ilkin növbədə, iddiaçı Azəriqaz İB-nin Cavabdeh tələb irəli sürməyə subyektiv hüququnun olub-olmamasına hüquqi qiymət verərək qeyd etməyi zəruri hesab edir: İlkin olaraq, mülki iş materiallarına əlavə olunmuş Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə xx.xx.2017-ci il tarixli, 58532 saylı müqavilə və Təbii X7nın pozulması haqqında aktlar istehlakçı X10 barəsində tərtib olunmasına baxmayaraq, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar və tərəflərin izahatı ilə qaz sayğacının quraşdırıldığı ünvan 2ində yerləşən 0.029 ha torpaq sahəsinin 2018-ci ilin sentyabr ayında X10 tərəfindən Cavabdeh satılması və həmin torpaq sahəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il tarixli RX seriyalı ******* saylı, ********** qeydiyyat nömrəsi, **********29 reyestr nömrəsi ilə qeydiyyata alınmış çıxarışa əsasən, Cavabdeh mülkiyyətində olması müəyyən edilmişdir. Sözügedən torpaq sahəsində inşa edilmiş tikili Cavabdeh qardaşına məxsus olmaqla həmin ünvanda sonuncunun yaşamasına baxmayaraq, torpaq sahəsi Cavabdeh mülkiyyətindədir. Bu səbəbdən də, tərtib olunmuş aktlar əsasında hesablanmış dəymiş ziyan məbləği 2020- 2021-ci illərə aid olduğundan iddiaçı Azəriqaz İB Cavabdeh qoymaqla həmin şəxsə münasibətdə tələb irəli sürməkdə haqlı olmuş, mülki hüquq pozuntusu hazırki cavabdeh tərəfindən törədilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, X1 İB-nin Bakı Regional Qazın Satışı Departamentində qeydiyyatda olmaqla xx.xx.2017-ci il tarixli, 58532 saylı müqavilə əsasında fasiləsiz X12 etmişdir. Həmin ünvana Azəriqaz İB tərəfindən **********00170 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində Smart G4 X14 tipli, **********7 zavod nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh qaz xəttinə qeyri-qanuni qoşulduğuna görə ona akt tərtib olunaraq dəymiş ziyan hesablanmışdır. Ziyan hesablanarkən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 14 mart 2011-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş İstehlakçılar tərəfindən təbii X7nın pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması Qaydaları əsas götürülmüşdür. 2018-ci ildən alqı-satqı əsasında evə mülkiyyət hüququ əldə etmiş, Cavabdeh təbii X7nın tələblərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və ona X12yə görə tərtib olunmuş akt üzrə 5896.8 manat, X12yə görə 549.7 manat dəymiş ziyan hesablanmışdır. X2 Bakı Regional Qazın Satışı Departamentinin təbii X7nın pozulması haqqında xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı aktlarından görünür ki, istehlakçı sayğacdan əvvəl qeydiyyatsız olmaqla təbii qazdan qeyri-qanuni istifadə etdiyindən təbii X7nı pozmuşdur. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Prezidentinin Əhalinin X12 üzrə yaranmış borclarının silinməsi tədbirləri barədə 29 dekabr 2009-cu il tarixli 207 saylı Fərmanının 3-cü bəndində göstərilir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti təbii qazın dəyərinin tam həcmdə və vaxtında istehlakçılardan yığılması üçün zəruri tədbirlər görməlidir. Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2000-ci il tarixli 356 saylı Əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması haqqında Fərmanının 9-cu bəndində qeyd olunur ki, X3 təbii qaz üzrə ödənişlərin tam yerinə yetirilməsi üçün şəhər (rayon) icra hakimiyyəti orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirsinlər. Fərmanın 3.10-cu bəndinə əsasən qaz paylayıcısının səlahiyyətli şəxsinin bu qanunun tələblərinin pozulmasının qarşısını almağa istehlakçı tərəfindən mane olma qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 135.1 maddəsinə əsasən fıziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludur. 136.4-cü maddəsinə əsasən kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. 139.1-ci maddəsinə əsasən kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlandırılacaq); 425.1 və 425.2-ci maddələrinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 430.1-ci maddəsinə əsasən, əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. İşin faktiki hallarına qiymət verib və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, X2 Bakı Regional Qazın Satışı Departamentinin təbii X7nın pozulması haqqında xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı aktlarına əsasən istehlakçıya məxsus qeyri-yaşayış (yaşayış) sahəsində təbii qazın uçotu və Təbii X7na riayət olunması yoxlanılmış və sayğacdan əvvəl qeydiyyatsız təbii qazdan qeyri-qanuni istifadə etməsi müəyyən edilmiş, Cavabdeh təbii X7nın pozulmasına və qaz sayğacına qeyri-qanuni qoşulmasına görə mülki iş materiallarına əlavə olunmuş abonent saldosuna əsasən 5896.8 manat, qaz sərfiyyatına görə isə ödənilməmiş 549.7 manat borcu yaranmışdır. Həmin borc hesablanarkən vurulmuş ziyan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 14 mart 2011-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş İstehlakçılar tərəfindən təbii X7nın pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması Qaydaları əsas götürülmüşdür. Məhkəmə eyni zamanda, qeyd edir ki, iddiaçı tərəfindən təqdim olunmuş abonent saldosuna əsasən, debitor borcuna görə 549.70 manat borc hesablansa da, həmin torpaq sahəsinin 2018-ci ilin sentyabr ayında Cavabdeh satılması müəyyən olunduğundan, abonent saldosu əsasında, 2017-ci ilin dekabr ayından 2018-ci ilin sentyabr ayına kimi hesablanmış cəmi 350 manat pul vəsaiti (0.10+61.90+66+68+102+26.80+15.80+9.40=350) torpaq sahəsinin əvvəlki mülkiyyətçisi X8 aid edilməklə, Cavabdeh debitor borcuna görə 199.7 (549.7-350+199.7) manat borcun, X12yə görə isə 5896.8 manat borcun tutulmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə eyni zamanda, qeyd edir ki, abonent saldosuna əsasən, debitor borcuna görə 2017-ci ildən 2019-cu ilədək cəmi 549.70 manat borcun yaranması, həmin borc məbləğinin 199.7 manat hissəsinin Cavabdeh aid edilməsi öz təsdiqini tapdığından, qalıq qalmış 350 (549.7-199.7=350) manat borc məbləğinin əvvəlki mülkiyyətçi X8 məxsus olması müəyyən olunduğundan, iddiaçı Azəriqaz İB-nə X8 qarşı 350 manat debitor borcunun tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüquqları izah olunur. Məhkəmə həmçinin, qeyd edir ki, məhkəmə araşdırması zamanı məhkəmənin əvvəlki iclasında Cavabdeh qaz sayğacına qanunsuz qoşulma faktını etiraf etsə də, sonuncu məhkəmə baxış iclasında iddia ərizəsini qəbul etməmiş, bunula belə qanunsuz qoşulmamasına dair isə hər hansı bir sübutları məhkəməyə təqdim etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, cavabdehin əvvəlki etirafı səmimi qəbul edilməlidir. Bundan başqa, iddia tələbindən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsi üçün 84.47 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, dövlət rüsumu olaraq ödənilmiş 84.47 manat pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh təbii qazdan qeyri-qanuni istifadəyə görə 5896.8 (beş min səkkiz yüz doxsan altı manat səksən qəpik) manat dəymiş ziyan, qaz sərfiyyatına görə 199.7 (yüz doxsan doqquz manat yetmiş qəpik) manat debitor borcu, 84.47 (səksən dörd manat qırx yeddi qəpik) manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə, cəmi 6180.97 (altı min yüz səksən manat doxsan yeddi qəpik) manat pul vəsaiti X2 xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №e-2(012)-1615/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1615/2022
29.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver