Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-162/2025 07.08.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Adıgözəlli Ülviyyə Aydın qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən əsas borc üzrə 1364.99 manat, faiz borcu üzrə 468.08 manat olmaqla, cəmi 1833.07 manat borcun və ödənilmiş 38.34 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC BOKT-un xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC BOKT-un Bakı filialı ilə Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 arasında 26 aprel 2013-cü il tarixli 29 saylı “Birgə borclularla” Kredit Müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən heyvandarlıq məqsədilə cavabdehlərə illik 27 % olmaqla 24 ay müddətinə, Cavabdeh3 1000 manat, Cavabdeh2 1000 manat, Cavabdeh4 1000 manat və Cavabdeh1 800 manat, toplamda 3800 manat məbləğində kredit verilmişdir. İddiaçı tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehlərə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, borcdan istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında borclulara mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair xəbərdarlıq məktubu ünvanlanaraq məlumat verilmiş, tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Borclu Cavabdeh2 tərəfindən xx.xx.2024-cü il tarixdə 20 (iyirmi) manat gecikdirilmiş borcdan ödəniş edilmişdir. Lakin qeyd olunan öhdəlik bugünədək lazımınca yerinə yetirilməmişdir. Belə ki, cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 hazırda borcları əsas borc üzrə 1364.99 manat, faiz borcu üzrə 468.08 manat olmaqla, cəmi 1833.07 manat təşkil edir. Cavabdehlərdən müştərək qaydada əsas borc üzrə 1364.99 manat, faiz borcu üzrə 468.08 manat olmaqla, cəmi 1833.07 manat borcun və ödənilmiş 38.34 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC-yə ödənilməsi barədə müvafiq qətnamə qəbul edilməsi xahiş olunur. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Sonradan iddiaçı MPM-nin 53-cü maddəsinə istinad etmiş, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 müştərək qaydada əsas borc üzrə 1314.99 manat, faiz borcu üzrə 418.08 manat olmaqla, cəmi 1733.07 manat borcun və ödənilmiş 38.34 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC BOKT-a ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddianı müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh3 iddianı qəbul etməyərək, sənədlərdəki imzaların ona məxsus olmadığını, qeyd edilən kredit müqaviləsindən məlumatı olmadığını bildirərək, iddianın rədd olunmasını xahiş etdi. Cavabdehlər Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən məhkəmə mülki işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 26 aprel 2013-cü il tarixli 29 saylı “Birgə borclularla” kredit müqaviləsindən görünür ki, İddiaçı QSC BOKT-un Bakı filialı, Cavabdeh3 1000 manat, Cavabdeh2 1000 manat, Cavabdeh4 1000 manat və Cavabdeh1 800 manat, toplamda 3800 manat məbləğində 27 % olmaqla 24 ay müddətinə kredit verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 kredit müqaviləsi üzrə borcun olması və onu ödəmələri barədə xəbərdar edilmişlər. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-xətşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 72-74-cü vərəqlərində olan 26 aprel 2013-cü il tarixli 29 nömrəli “Birgə borclularla Kredit müqaviləsi”nin 3-cü vərəqində “Birgə borclular” hissəsində “2. Cavabdeh3” yazısı qarşısında “İmza” qrafasındakı 2-ci imza, 76-cı vərəqində olan ödəniş cədvəlinə borc alan Cavabdeh3 hissəsində imza qrafasındakı imza Cavabdeh3 məxsusdur. İşdə olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, 26 aprel 2013-cü il tarixli 29 saylı kredit müqaviləsi üzrə Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 İddiaçı QSC BOKT-a 1853.07 manat məbləğində borcu vardır. İşdə olan maliyyə arayışından görünür ki, 26 aprel 2013-cü il tarixli 29 saylı kredit müqaviləsi üzrə Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 İddiaçı QSC BOKT-a 1733,07 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları məhkəmədə sübuta yetirə bilib və onun iddia tələbinin qanuni əsasları vardır. Çünki tərəflər arasında kredit müqaviləsi imzalanıb. Bu müqavilə Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən edilmiş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanıb və onların etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Təsvir olunanlarla müəyyən edilir ki, cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 xx.xx.2013-cü il tarixli kredit müqaviləsini bağlayarkən götürdüyü öhdəlikləri pozmuş, onları lazımınca icra etməyərək İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına ödənilməli olan əsas borc və əsas borca görə hesablanmış faizləri ödəməmiş və bununla da, iddiaçıdan aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini tamamilə yerinə yetirməmişlər. İşdəki mötəbər sübutlardan görünür ki, yaranmış borc əsas borc üzrə 1314.99 manat, faiz borcu üzrə 418.08 manat olmaqla, cəmi 1733.07 manat təşkil edir. İş materiallarından görünür ki, cavabdehlərə Banka olan borcu ödəməsi ilə əlaqədar müvafiq qaydada xəbərdarlıq olunmuşdur. Eyni zamanda Cavabdeh3 tərəflər arasında bağlanmış kredit müqaviləsindən xəbərinin olmaması və sözügedən müqavilədəki imzanın ona məxsus olmaması kimi dəlilləri məhkəmə iclasında əldə olunmuş sübutlarla təkzib olunmuşdur. Belə ki, məhkəmənin qərardadı əsasında təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının rəyi ilə 26 aprel 2013-cü il tarixli “Birgə borclularla Kredit müqaviləsi”nin 3-cü vərəqində “Birgə borclular” hissəsində “2. Cavabdeh3” yazısı qarşısında “İmza” qrafasındakı 2-ci imzanın, 76-cı vərəqində olan ödəniş cədvəlinə borc alan Cavabdeh3 hissəsində imza qrafasındakı imzanın Cavabdeh3 məxsus olması müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 müştərək qaydada əsas borc üzrə 1314.99 manat, faiz borcu üzrə 418.08 manat olmaqla, cəmi 1733.07 manat borc və ödənilmiş 38.34 manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçıya verilməli, iddia təmin olunmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 müştərək qaydada əsas borc üzrə 1314,99 manat, faiz borcu üzrə 418,08 manat olmaqla, cəmi 1733,07 manat pul və ödənilmiş 38,34 manat dövlət rüsumunun əvəzi İddiaçı QSC BOKT-un xeyrinə tutulsun. Cavabdeh3 aparılmış ekspertiza tədqiqatının dəyəri kimi 126 manat pul tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №e-2(012)-162/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-162/2025
07.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver