Məhkəmə qərarları › İş №e-2(012)-1638/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1638/2025

01.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1638/2025 01.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədirliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı QSC-nin xeyrinə xx.xx.2023-cü il tarixdə bağladığı 061A********** saylı müqavilə üzrə 14684,26 manat məbləğində kredit bоrcu, 1511,87 manat məbləğində faiz bоrcu və 212,21 manat məbləğində cərimə olmaqla, cəmi 16408,34 manat; xx.xx.2023-cü il tarixli, 061KK**********01 saylı kart kredit müqaviləsi üzrə 500 manat məbləğində kredit bоrcu, 117,46 manat məbləğində faiz bоrcu olmaqla, cəmi 617,46 manat; ümumilikdə cəmi 17025,80 manat məbləğində borcun və ödənilmiş 141,08 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı QSC-nin nümayəndəsi X1 ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onların iştirakı olmadan keçirilərək iddia tələbini təmin edən qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı QSC iddia ərizəsində göstərmişdir ki, Cavabdeh İddiaçı QSC ilə xx.xx.2023-cü il tarixdə bağladığı 061A********** saylı ərizəyə əsasən bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən Cavabdeh aylıq faiz dərəcəsi 1,5833 faiz оlmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 17000 manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2023-cü il tarixli, 061A**********S saylı sazişlə müqaviləyə və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. Cavabdeh götürdüyü kredit bоrcundan 2315,74 manat ödəniş etmiş və оnun iddiaçıya 14684,26 manat məbləğində kredit bоrcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanması müqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11-cı maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Qeyd edilənlərə əsasən bildirirlər ki, o, kredit bоrcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 150 gün üçün hesablanmış faiz borcu 1511,87 manat təşkil edir. Müqavilənin 7.20-ci bəndinə uyğun оlaraq bоrclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 faiz məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 150 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 212,21 manat təşkil edir. Bundan başqa İddiaçı QSC Cavabdeh QSC ilə bağladığı xx.xx.2023-ci il tarixli, 061KK**********01 saylı kart kredit müqaviləsi əsasında cavabdehə “Visa OK Credit Cards” növlü kart hesabı və 36 ay müddətinə, 500 manat məbləğində kredit limiti açılmışdır. Cavabdeh əsas borcu üzrə 500 manat məbləğində kredit borcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə müvafiq olaraq xx.xx.2024-cü il tarixə 232 gün üçün hesablanmış faiz borcu 117,46 manat təşkil edir. Cavabdehə yaranmış borcun ödənilməsinə dair iddiaçı tərəfindən rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh həmin məbləğin ödənilməsindən yayınmışdır. Müqavilənin 7.32-ci bəndinə əsasən bank müqaviləni vaxtından əvvəl ləğv etmək və qalan kredit məbləğini, kredit faizini və bank tərəfindən hesablanmış başqa ödənişləri qaytarmağı müştəridən tələb etmək hüququna malikdir. Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtlərinin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix kreditin verilmə tarixi hesab edilir. Qeyd olunanlara əsasən iddianın təmin edilməsi məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarından olan Cavabdeh imzaladığı xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Cavabdeh İddiaçı QSC-nin internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Eyni zamanda Cavabdeh ilə İddiaçı QSC arasında bağlanmış sözügedən müqaviləyə əsasən Cavabdeh 48 ay müddətinə aylıq 1,5833 faiz dərəcəsi оlmaqla kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 17000 manat məbləğində kredit verilmişdir. İş materiallarından olan Cavabdeh imzaladığı xx.xx.2023-cü il tarixli, 061KK**********01 saylı ərizəsindən görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh “Visa OK Credit Cards” növlü kart hesabı və 36 ay müddətinə 500 manat məbləğində kredit limiti açılmışdır. İş materiallarında olan xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli maliyyə arayışlarından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixə xx.xx.2023-cü il tarixdə bağladığı 061A********** saylı müqavilə üzrə 14684,26 manat məbləğində kredit bоrcu, 1511,87 manat məbləğində faiz bоrcu və 212,21 manat məbləğində cərimə olmaqla, cəmi 16408,34 manat; xx.xx.2024-cü il tarixə xx.xx.2023-cü il tarixli, 061KK**********01 saylı kart kredit müqaviləsi üzrə 500 manat məbləğində kredit bоrcu, 117,46 manat məbləğində faiz bоrcu olmaqla, cəmi 617,46 manat; ümumilikdə cəmi 17025,80 manat məbləğində borcu vardır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışlarından görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixə xx.xx.2023-cü il tarixdə bağladığı 061A********** saylı müqavilə üzrə 14384,26 manat məbləğində kredit bоrcu, 2102,59 manat məbləğində faiz bоrcu və 273,88 manat məbləğində cərimə olmaqla, cəmi 16760,73 manat; xx.xx.2023-cü il tarixli, 061KK**********01 saylı kart kredit müqaviləsi üzrə 500 manat məbləğində kredit bоrcu, 171,76 manat məbləğində faiz bоrcu olmaqla, cəmi 671,76 manat; ümumilikdə cəmi 17432,49 manat məbləğində borcu vardır. Məhkəmə iş materiallarını araşdırıb mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. İddiaçı QSC iddia tələbində Cavabdeh xx.xx.2023-cü il tarixli, 061A********** saylı və xx.xx.2023-cü il tarixli, 061KK**********01 saylı müqavilələr üzrə ümumilikdə 17025,80 manat məbləğində borcun tutulmasını xahiş etmiş, daha sonra isə xx.xx.2025-ci il tarixli maliyyə arayışlarını təqdim edərək, cavabdehin xx.xx.2025-ci il tarixə hər iki müqavilə üzrə cəmi 17432,49 manat məbləğində borcu olduğunu qeyd etmiş, lakin məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə ünvanlamamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaya iş materiallarında olan xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli maliyyə arayışlarında qeyd edilən borc məbləği əsasında qiymət verilməlidir. Belə ki, iddianın qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci, 442ci, 443.1-ci, 445.1-ci, 445.2.1-ci və 448.1-ci maddələri təşkil edir. Məhkəmədə işin müəyyən edilmiş faktiki hallarından görünür ki, tərəflər arasında xx.xx.2023-cü il tarixli, 061A********** saylı kredit müqaviləsi və xx.xx.2023-cü il tarixli, 061KK**********01 saylı kart kredit müqaviləsi bağlanmışdır. Bu müqavilələr Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmışdır və onun etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Lakin Cavabdeh xx.xx.2023-cü il tarixli, 061A********** saylı kredit müqaviləsi və xx.xx.2023-cü il tarixli, 061KK**********01 saylı kart kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi, yəni borc məbləğini və ona hesablanmış faizləri kredit müqaviləsi və ödəmə cədvəlinə uyğun olaraq tam ödəməmiş və bununla da öhdəliyini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu geçikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, iddiaçı təşkilatın cavabdehdən öhdəliyi lazımınca icra etmədikləri üçün cərimə pulu almaq tələbinin də qanuni əsasları vardır. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və lazımınca icra edilmədyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Ona görə də məhkəmə hesab edir ki, dəbbə pulu hissəsində də iddia tələbi təmin edilməlidir. Lakin məhkəmə cərimə pulunun yüksək hesablandığı qənaətinə gəlir. Belə ki, xx.xx.2023-cü il tarixli, 061A********** saylı kredit müqaviləsi üzrə hesablanmış 212,21 manat məbləğində cərimə pulunun azaldılması cavabdehin maddi durumunu yaxşılaşdıra bilər. Ona görə də məhkəmə hesab edir ki, cərimə pulu hissəsində iddia tələbi qismən təmin edilməli və xx.xx.2023-cü il tarixli, 061A********** saylı kredit müqaviləsi üzrə hesablanmış 212,21 manat məbləğində cərimə pulu 20 manat məbləğində olmalıdır. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı təşkilat tərəfindən ödənilmiş 141,08 manat dövlət rüsumu da cavabdehdən alınmalı və iddiaçı təşkilata ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, 061A********** saylı müqavilə üzrə 14684,26 manat məbləğində kredit borcu, 1511,87 manat məbləğində faiz borcu və 20 manat məbləğində cərimə borcu; xx.xx.2023-cü il tarixli, 061KK**********01 saylı kart kredit müqaviləsi üzrə 500 manat məbləğində kredit bоrcu, 117,46 manat məbləğində faiz bоrcu olmaqla, ümumilikdə hər iki müqavilə üzrə cəmi 16833,59 manat məbləğində borc və ödənilmiş 141,08 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçı QSC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar