Məhkəmə qərarları › İş №e-2(012)-1673/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1673/2022

16.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1673/2022 16.05.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Sultanov Əlisahib Həbib oğlunun katibliyi ilə, İddiaçı “X1 Azərbaycan” QSC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair iddia ərizəsi üzrə mülki işə 16 may 2022-ci il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “X1 Azərbaycan” QSC Cavabdeh qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas məbləğ üzrə 5676.62 manat, faiz borcu 18.86 manat, cərimə borcu 1.02 manat, cəmi 5696.50 manat məbləğində kredit borcunun və 4.80 manat müqavilə üzrə öhdəliklərini pozduqlarına dair cavabdehlərə bildirişlərin Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Ərizəni imzalayan şəxs haqqında məlumat (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri, həmçinin ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 77,01 manat dövlət rüsumunun «X1 Azərbaycan» QSC-nin хeyrinə tutulması (ödənilməsi) barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “X1 Azərbaycan” QSC iddia ərizəsini onunla əsaslandırmışdır ki, 25.10.2019cu ildə «X1 Azərbaycan» QSC və Cavabdeh arasında kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə, Bank tərəfindən borcalan Cavabdeh istehlak yönümlü 7223 manat məbləğində pul ayrılmışdır və о, 60 ay müddətində kreditin əsas məbləği və оna illik 2% dərəcəsi olmaqla hesablanmış faizləri razılaşdırılmış qaydada ödəniş cədvəlinə əsasən geri ödəməli idi. «X1 Azərbaycan» QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, Cavabdeh kredit müqaviləsinin şərtlərini pоzaraq kreditin əsas məbləğini və оna hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaхtdan mütəmadi оlaraq gecikdirmişdir. Borcalana dəfələrlə bu barədə şifahi və yazılı хəbərdarlıq edilməsinə baхmayaraq, öhdəliyi icra etməmiş və bu günədək bоrcu ödəməmişdir. Cavabdehin kredit müqaviləsinə əsasən «X1 Azərbaycan» QSC-yə əsas məbləğ üzrə 5676.62 manat, faiz borcu 18.86 manat cərimə borcu 1.02 manat, cəmi 5696.50 manat təşkil edir. İddiaçı “X1 Azərbaycan” QSC ərizə ilə məhkəməyə müraciət edərək onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Cavabdeh isə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarında olan kreditor “X1 Azərbaycan” QSC ilə borcalan Cavabdeh arasında imzalanmış 25.10.2019-cu il tarixli 261950 nömrəli Güzəştli Kredit və Zaminlik müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, “X1 Azərbaycan” QSC Cavabdeh 60 ay müddətinə illik 1 % dərəcəsi ilə 7223 manat məbləğində kredit verməyi, borc alan isə borcu qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan 04.02.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh “X1 Azərbaycan” QSC-yə 25.10.2019-cu il tarixli kredit müqaviləsinə əsasən əsas məbləğ üzrə 5676.62 manat, faiz borcu üzrə 18.86 manat, cərimə borcu 1.02 manat, cəmi 5696.50 manat borcu vardır. İş materiallarında olan 29.09.2021-ci il tarixli bildiriş-xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh banka olan borcun 5 (beş) iş günü ərzində ödənilməsi, əks təqdirdə qanunvericiliyə əsasən aiddiyyatı orqanlara müraciət ediləcəyi barədə “X1 Azərbaycan” QSC tərəfindən xəbərdarlıq edilmişdir. İş materiallarında olan 390331 nömrəli qaimədən görünür ki, müqavilə üzrə öhdəliklərini pozduğuna görə cavabdehə bildirişin (pretenziyanın) göndərilməsi üzrə bildiriş-xəbərdarlıq məktubu üçün poçt xərci olaraq 4.80 manat ödənilmişdir. İş materiallarında olan 08.02.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, “X1 Azərbaycan” QSC tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 77,01 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir; 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər; 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır; 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, “X1 Azərbaycan” QSC ilə Cavabdeh arasında bağlanmış 25.10.2019-cu il tarixli 261950 nömrəli Güzəştli Kredit və Zaminlik müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 60 ay müddətinə illik 1 % hesablanmaqla 7223 manat məbləğində kredit verilmişdir. Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməmiş və nəticədə bank tərəfindən ona ödənilməmiş 5676.62 manat əsas borcu, 18.86 manat faiz borcu, 1.02 manat cərimə borcu yaranmışdır. İddiaçı tərəfindən cavabdehə bildirişin (pretenziyanın) göndərilməsi üzrə poçt xərci olaraq 4,80 manat və iddianın məhkəməyə verilməsi ilə əlaqədar 77.01 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 27.12.77,0119-cu il tarixli 264655 nömrəli Güzəştli Kredit və Zaminlik müqaviləsinə əsasən 5676.62 manat əsas borc, 18.86 manat faiz borcu, 1.02 manat cərimə borcu, cəmi 5696.50 manat və cavabdehə bildirişin (pretenziyanın) göndərilməsi üzrə poçt xərci olaraq 4,80 manat və ödənilmiş dövlət rüsumuna görə 77,01 manat məbləğində pul Cavabdeh tutularaq iddiaçı “X1 Azərbaycan” QSC-yə ödənilməlidir. Göründüyü kimi iddiaçı 30 manat deyil, 77,01 manat məbləğində dövlət rüsumuna görə pul ödəmişdir.İddia isə tam təmin edilmişdir, Odur ki, cavabdehdən dövlət nəfinə 10 manat rüsuma görə pul tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-277,01, 284-1 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 25.10.2019-cu il tarixli 261950 nömrəli Güzəştli Kredit və Zaminlik müqaviləsinə əsasən 5676.62 manat əsas borc, 18.86 manat faiz borcu, 1.02 manat cərimə borcu olmaqla, cəmi 5696.50 manat borc, poçt xərci olaraq 4,80 manat və ödənilmiş dövlət rüsumuna görə 77.01 manat məbləğində pul Cavabdeh tutularaq iddiaçı “X1 Azərbaycan” QSC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar