Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1687/2025 06.03.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Hüseynova Könül Sabir qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kreditin və ona hesablanmış faizin qaytarılması tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı kreditin və ona hesablanmış faizin qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 7808,47 manat əsas borcun, 980,61 manat faiz borcunun, cəmi 8789,08 manat borcun və ödənilmiş 107,9 manat dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 19 may 2023-cü il tariхli, 200804-231735/2 nömrəli istehlak kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh illik 18,5 % hesablanması şərti ilə 48 ay müddətinə 15000 manat məbləğində kredit verilmişdir. Borcalan müqavilə ilə müəyyən olunmuş öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu ödəməmişdir. Nəticədə cavabdehin banka xx.xx.2025-ci il tarixinə 7808,47 manat əsas borc, 980,61 manat faiz borcu, cəmi 8789,08 manat məbləğində borcu yaranmışdır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyini bildirmiş, mülki işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh iştirak etdiyi məhkəmə iclasında iddianı qəbul etdiyini bildirdi və bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə cavabdehi dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 19 may 2023-cü il tariхli, 200804-231735/2 saylı istehlak kredit müqaviləsindən müəyyən edilir ki, İddiaçı ASC tərəfindən Cavabdeh illik 18,5 % hesablanması şərti ilə 48 ay müddətinə 15000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, 19 may 2023-cü il tariхli, 200804-231735/2 saylı kredit müqaviləsinə əsasən Cavabdeh İddiaçı ASC-yə həmin tarixə 7808,47 manat əsas borcun, 835,76 manat faiz borcunun, cəmi 8644,23 manat borcu vardır. İşdə olan xx.xx.2025-ci il tarixli maliyyə arayışından müəyyən edilir ki, 19 may 2023cü il tariхli, 200804-231735/2 saylı kredit müqaviləsinə əsasən Cavabdeh İddiaçı ASC-yə həmin tarixə 7808,47 manat əsas borcun, 980,61 manat faiz borcunun, cəmi 8789,08 manat borcu vardır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabehdir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. İşdən görünür ki, tərəflər arasında imzalanmış xx.xx.2023-cü il tarixli müqavilə 4 il müddətinə nəzərdə tutulmuş, lakin müqavilə üzrə öhdəlik cavabdeh tərəfindən pozulduğundan bank tərəfindən ona müqaviləyə vaxtından əvvəl xitam verilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Müqavilə həmin tarixdə ləğv edilmiş hesab edildiyindən cavabdehdən borc bu məktubda göstərilən məbləğdə tutulmalıdır, çünki qüvvədə olan qanunvericiliyə görə borcluya əsas borca görə faiz hesablanması yalnız müqavilənin qüvvədə olma tarixinədək tətbiq oluna bilər, bu tarixdən sonra isə tələb edilən məbləğlər başqa kateqoriyalıdır. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, İddiaçı ASC ilə Cavabdeh arasında 19 may 2023-cü il tarixdə kredit müqaviləsi bağlanmasına baxmayaraq, Cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən və bununla da onun əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi müəyyən edildiyindən iddia qismən təmin olunmalı, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 7808,47 manat əsas borc, 835,76 manat faiz borcu olmaqla, cəmi 8644,23 manat pul tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, dövlət rüsumu olaraq ödənilmiş 107,9 manat pul Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə 7808,47 manat əsas borc, 835,76 manat faiz borcu olmaqla, cəmi 8644,23 manat və dövlət rüsumu olaraq ödənilmiş 107,9 manat pul tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №e-2(012)-1687/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1687/2025
06.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver