Məhkəmə qərarları › İş №e-2(012)-1710/2025

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-1710/2025

01.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-1710/2025 01.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Hacıyev Xalid Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borc ödənilməklə girov qoyulmuş əmlakların geri qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı borc ödənilməklə girov qoyulmuş əmlakların geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, “1 İNCİ” Lombard Kredit Təşkilatının Ağdaş filialı ilə onun arasında bağlanmış ********* saylı, xx.xx.2022-ci il tarixli müqavilə üzrə onun cavabdeh təşkilata 194 (945-751=194) manat, ********* saylı, xx.xx.2022-cı il tarixli kredit müqaviləsi üzrə 1580 (2105-525=1580) manat və ********* saylı, xx.xx.2022-cı il tarixli kredit müqaviləsi üzrə isə 1232 (2550-1318=1232) manat olmaqla, cəmi 3006 manat borcun əlavə ödədiyi 400 manat da nəzərə alınaraq ödənilməklə girov müqaviləsi üzrə “1 İNCİ” Lombard Kredit Təşkilatının Ağdaş filialına təhvil verilmiş ümumi çəkisi 109,07 qram olan qızıl-zinət əşyalarının, həmin əşyalar olmadığı təqdirdə isə hazırki bazar qiyməti ilə dəyərinin cavabdeh “1 İNCİ” Lombard Kredit Təşkilatından alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İş üzrə Cavabdeh məhkəmə iclasında qeyd etdi ki, “1 İNCİ” adlı hüquqi şəxs mövcud deyildir. Özü İmişli rayonunda qeydiyyatda olsa da, fərdi sahibkar kimi VÖEN-i vardır və vergi ödəyicisi kimi Abşeron rayonunda qeydə alınmışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı borc ödənilməklə girov qoyulmuş əmlakların geri qaytarılması tələbinə dair e-2(012)-1710/2025 nömrəli mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün İmişli Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə görə hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. İddia ərizəsindən görünür ki, İddiaçı Cavabdeh qarşı borc ödənilməklə “1 İNCİ” Lombard Kredit Təşkilatında girov qoyulmuş əmlakların geri qaytarılması barədə tələb irəli sürmüşdür. Cavabdeh fiziki şəxs olaraq vergi ödəyicisi kimi Abşeron rayonunda qeydə alınsa da, onun pasport qeydiyyatı İmişli rayonunadır, yəni hazırki ərazi aidiyyəti MPM-nin 35.2-ci maddəsinin deyil, 35.1-ci maddənin təsiri dairəsinə düşür. Bu səbəbdən məhkəmə iddiaçının iddia ərizəsinin aidiyyəti üzrə baxılması üçün cavabdehin qeydiyyatda olduğu ünvan üzrə İmişli Rayon Məhkəməsinə göndərilməsi qərarına gəlir. Belə ki, Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Cavabdeh vergi ödəyicisi kimi Abşeron rayonu, Xırdalan şəhərində qeydiyyatda olsa da, özü İmişli rayonu, Qaralar kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası MPM-nin 32.4-cü maddəsinə əsasən, aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 32.5-ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Həmin Məcəllənin 32.6-cı maddəsinə əsasən, iş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267-ci və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı borc ödənilməklə girov qoyulmuş əmlakların geri qaytarılması tələbinə dair e-2(012)-1710/2025 nömrəli mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün İmişli Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar