Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1731/2024 02.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ondan müxtəlif çeşidli siqaretlər şəklində aldığı 2992,6 manat məbləğində pulun və həmin pula görə 28 oktyabr 2023-cü il tarixdən 22 yanvar 2024-cü il tarixə kimi (15 ay) hesablanmış bank uçot dərəcəsinə (8,5%) görə 328 manat məbləğində faiz borcunun, ödənilmiş 54 manat məbləğində dövlət rüsumunun, hüquqi yardıma görə vəkilə ödənilmiş 220 manat məbləğində pulun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi Nümayəndə1 iddia həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində qeyd edilən məbləğdə pulun Cavabdeh 28 oktyabr 2022-ci il tarixdə verildiyini, lakin iddia ərizəsində texniki səhv olaraq “28 oktyabr 2022-ci il” əvəzinə “28 oktyabr 2023-cü il” tarixinin yazıldığını bildirərək, pulun Cavabdeh verilməsi tarixinin 28 oktyabr 2022-ci il olduğunun nəzərə alınmasını xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında izahatında bildirdi ki, İddiaçı Cavabdeh yalan vədinə inanaraq ona biznes fəaliyyəti üçün 28 oktyabr 2022-ci il tarixdə 2992,6 manat dəyərində müxtəlif çeşidli siqaretlər alıb vermişdir. Belə ki, cavabdeh həmin siqaretləri satıb gəlir əldə edəcək və hər ay əldə edilən gəlirin 20 faiz miqdarında iddiaçıya xeyir verəcəyini vəd etmişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq, cavabdeh vədinə əməl etməmiş və iddiaçıya külli miqdarda maddi ziyan vurmuşdur. Sonradan iddiaçıya məlum olmuşdur ki, cavabdeh dələduzluq edərək məhkəmə hökmləri ilə müxtəlif cəzalar almışdır. Cavabdeh onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsində baxılarkən verdiyi ifadəsində İddiaçı 2992,6 manat dəyərində müxtəlif çeşidli siqaretlər almasını etiraf etmiş, həmin siqaretləri sataraq 3000 manat pul əldə etdiyini, lakin həmin pulu öz ehtiyacları üçün xərclədiyini və iddiaçıya pul vermədiyini etiraf etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli hökmü ilə Cavabdeh 05 ay 28 gün müddətinə azadlıqdan məhrum edilmə cəzası təyin edilmişdir. İddiaçı cavabdehin ondan aldığı pulu və vurduğu zərərin əvəzinin ödənilməsini cavabdehdən tələb etsə də cavabdeh iddiaçıya bir manat da pul qaytarmamışdır. Bu səbəbdən də İddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bildirir ki, cavabdeh tərəfindən cinayət hadisəsindən başqa mülki hüquq pozuntusu da, yəni delikt törədilmişdir. Hesab edir ki, məhkəmə tərəfindən Cavabdeh İddiaçı müxtəlif çeşidli siqaretlər şəklində aldığı 2992, 6 manat pulun və həmin pula görə 28 oktyabr 2022-ci il tarixdə 22 yanvar 2024-cü il tarixə kimi (15 ay) hesablanmış bank uçot dərəcəsinə (8,5%) görə 328 manat faiz məbləğinin, ödənilmiş 54 manat dövlət rüsumunun, hüquqi yardıma görə vəkilə ödənilmiş 220 manat pulun Cavabdeh alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Göstərilənlərə əsasən, o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-165/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Cavabdeh qarşı 28 oktyabr 2022-ci il tarixdə İddiaçı 2992,6 manat dəyərində müxtəlif çeşidli siqaretləri alıb ələ keçirdikdən sonra vədinə əməl etməyib aldadaraq həmin siqaretləri satıb öz ehtiyacları üçün xərcləməklə İddiaçı ümumilikdə 2992,6 manat dəyərində maddi ziyan vurmaqla dələduzluq etməsi barədə ittiham elan edilmiş, Cavabdeh ifadəsində İddiaçı 2992,6 manat dəyərində müxtəlif çeşidli siqaretlər aldığını, həmin siqaretləri sataraq 3000 manata yaxın pul əldə etdiyini, lakin həmin pulu öz ehtiyacları üçün xərclədiyini və iddiaçıya pul vermədiyini etiraf etmişdir. Həmin hökmə əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, onun 11 mart 2023cü il tarixdən saat 03.50-dən 12 mart 2023-cü il tarixədək saat 16.09-dək həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə müddətinin bir günü bir gün hesabı ilə hesablanmaqla, 02 gün təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 05 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasının saxlanılması hökm edilmişdir. Məhkəmə iddiaçının vəkili-nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmədə sübutların tədqiqatı zamanı İddiaçı Cavabdeh 2992,6 manat dəyərində müxtəlif çeşidli siqaretlər alıb verməsi iddiaçının vəkili-nümayəndəsinin məhkəmədə verdiyi izahatı, həmçinin iş materiallarında olan Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-165/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmündə Cavabdeh ifadəsi ilə tam təsdiq olunur. Belə ki, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-165/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Cavabdeh qarşı 28 oktyabr 2022-ci il tarixdə İddiaçı 2992,6 manat dəyərində müxtəlif çeşidli siqaretləri alıb ələ keçirdikdən sonra vədinə əməl etməyib aldadaraq həmin siqaretləri satıb öz ehtiyacları üçün xərcləməklə İddiaçı ümumilikdə 2992,6 manat dəyərində maddi ziyan vurmaqla dələduzluq etməsi barədə ittiham elan edilmiş, Cavabdeh özünü təqsirli bilərək ifadəsində İddiaçı 2992,6 manat dəyərində müxtəlif çeşidli siqaretlər aldığını, həmin siqaretləri sataraq 3000 manat pul əldə etdiyini, lakin həmin pulu öz ehtiyacları üçün xərclədiyini və iddiaçıya pul vermədiyini etiraf etmişdir. Sözügedən hökmə əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, onun 11 mart 2023-cü il tarixdən saat 03.50-dən 12 mart 2023-cü il tarixədək saat 16.09-dək həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə müddətinin bir günü bir gün hesabı ilə hesablanmaqla, 02 gün təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 05 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasının saxlanılması hökm edilmişdir. Beləliklə, işin müəyyən edilmiş hallarından göründüyü kimi, Cavabdeh təqsirli hərəkətləri ilə İddiaçı zərər vurmuş və onun təqsirli hərəkətləri ilə zərər vurması Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-165/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə tam təstiq olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə yuxarıda qeyd olunanlara və aşağıdakı maddi hüquq normalarına əsaslanaraq hesab edir ki, Cavabdeh 2992,6 manat pul alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikasının Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə iddia tələbinin əsas məbləğə görə 28 oktyabr 2022-ci il tarixdən 22 yanvar 2024-cü il tarixə qədər, yəni 15 ay müddətinə, illik 8,5 faiz bank uçot dərəcəsi ilə hesablanmış 328 manat məbləğində faiz borcunun Cavabdeh Əvəz oğlundan tutularaq iddiaçıya ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddia bu hissədə qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşin faktiki hallarından göründüyü kimi İddiaçı ilə Cavabdeh Əvəz oğlu arasında münasibətlər 28 oktyabr 2022-ci il tarixdə yaranmış və həmin tarixdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəllənin 445.7-ci maddəsində göstərilmişdir ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə İlə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, Cavabdeh Əvəz oğlunun İddiaçı qarşısında öhdəliyi yarandığından o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və 28 oktyabr 2022-ci il tarixdən 22 yanvar 2024-cü il tarixə qədər, yəni 15 ay müddətinə əsas borc məbləğinin illik beş faizi məbləğində (2992,6 x 5 = 14963; 14963 : 100 = 149,63 manat) hesablanmaqla, 187,05 manat faiz borcu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Bundan əlavə məhkəmə, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddia tələbinin vəkilə ödənilmiş 220 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsi də əsaslı olduğundan təmin edilməlidir. Həmçinin iddia tələbinin 54 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməli, İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 54 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 2992,6 manat əsas məbləğ, 187,05 manat məbləğində faiz borcu, vəkilə ödənilmiş 220 manat, 54 manat məbləğində dövlət rüsumu,ümumilikdə 3453,65 manat alınaraq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №e-2(012)-1731/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1731/2024
02.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver