Məhkəmə qərarları › İş №e-2(012)-1739/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1739/2022

28.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1739/2022 28.04.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı X2 nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı X2 Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı X5 Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı xeyrinə tərtib olunmuş akt üzrə 1124.7 manat, X6yə görə 2473.8 manat, 82.88 manat dövlət rüsumunun əvəzi və 65 manat vəkil xərci olmaqla, cəmi 3746.38 manat pulun tutulması qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X2 nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 30.03.2020-ci il tarixli 14/0858 saylı “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən cavabdehə məxsus fərdi yaşayış evi təbii qazla təchiz edilmişdir. Həmin fərdi yaşayış evinə İddiaçı İB tərəfindən **********02820 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda qaz xəttinin üzərində G-4 markalı 12520880 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh müqavilənin 2.3.2 və 6.5-ci yarımbəndlərinin tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşularaq təbii qazı talamışdır. Birliyin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də, cavabdehin fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla, cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı, sayğaca müdaxilə etməsi aşkar olunaraq aktlaşdırılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən X6 qaydalarının pozulması haqqında aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin qaz xəttinə özbaşına qoşulmasına, sayğaca müdaxilə edilməsinə görə 04.05.2017-ci il tarixli ******* saylı akt əsasında 92.8 manat, 31.01.2018-ci il tarixli ******* saylı akt əsasında 863.4 manat, 31.05.2020-ci il tarixli ******* saylı akt əsasında 216 manat İddiaçı İB-nə zərər dəymişdir. Bundan başqa 06.01.2017-ci il tarixdə G-4 markalı 1202A**********81 nömrəli qaz sayğacına Metrologiya Departamenti tərəfindən baxış keçirilmiş və sayğacın çıxış plastmas borusunun kənar təsir nəticəsində deşilməsi müəyyən olunmuşdur. Bu barədə MSK-29/1602-02827-1 saylı 06.01.2017-ci il tarixli rəy tərtib edilmişdir. Bundan başqa, 20.05.2020-ci il tarixdə G-4 markalı 1602AZ**********16 nömrəli qaz sayğacına Metrologiya Departamenti tərəfindən baxış keçirilmiş və sayğacın çıxış plastmas borusunun deşilməsi, sayğacın sərfiyyatı xətayla işləməsi, sərfiyyatda keçən qazın həcmini qeyd etməməsi müəyyən edilmişdir. Bu barədə MSK-29/1710-00855- 1 saylı 20.05.2020-ci il tarixli rəy tərtib edilmişdir. 30.05.2021-ci il tarixli ******* saylı akt ilə sayğac yenisi ilə əvəz edilmişdir. Bundan başqa, cavabdeh tərəfindən X6 edilmiş, lakin istifadə edilmiş təbii qazın dəyəri ödənilməmişdir. Belə ki, 2020-ci ilin aprel ayı da daxil olmaqla, cavabdehin X6 nəticəsində yaranmış borcu 2473.8 manat təşkil edir. İtirilmiş qazın bərpası məqsədilə istehlakçıya istifadə etdiyi standart qaz cihazları üçün onların pasportunda göstərilmiş saatlıq maksimal qaz sərfiyyatına uyğun olaraq 1172.2 manat dəymiş ziyan hesablanmışdır. Cavabdeh həm aktlar üzrə (47.5 manat), həmçinin, X6 nəticəsində yaranmış borcundan (55.5 manat) müəyyən ödənişlər etmişdir. Cavabdeh istifadə edilmiş təbii qazın dəyərini ödəməməsi nəticəsində yaranmış borcu ilə birlikdə iddiaçıya cəmi 3598.5 manat pul ödəməlidir. Cavabdeh tərəfindən dəymiş ziyanla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 07.04.2022-ci il tarixinə təyin olunmuş məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, o, Abşeron rayonu Hökməli qəsəbəsində yerləşən ünvanda 30 ilə yaxın müddətdir ki, yaşayır. Əvvəllər işləmədiyindən ödəniş etməkdə maddi çətinlikləri yaranmışdır. Hazırda isə işlədiyindən sayğac üzrə yaranmış borcundan ödənişlərini davamlı olaraq edir. Əvvəllər qaz sayğacı kartla olduğundan 20-30 manat ödəniş etmiş, hazırda isə sayğac mexaniki sayğac olduğundan aya təxminən 280-290 manat olmaqla hesablanır. Sayğac dəyişilən zaman Azəriqaz İB-nin nümayəndələri tərəfindən akt tərtib olunmuş və sayğaca müdaxilə olunduğu bildirilmişdir. Lakin o, faktı inkar etmiş və sayğaca müdaxilə etmədiyindən aktı imza etməkdən imtina etmişdir. Qaz sayğacına kənar qoşulma halı olmamış, həmçinin, sayğac onun mənzilindən kənarda yerləşir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin iddia tələbinə dair münasibətini, mülki iş materiallarını araşdırıb və məhkəmə iclasında tədqiq olunan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia ərizəsi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İ hissəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Azəriqaz İB ilə istehlakçı Cavabdeh arasında bağlanmış Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə 30.03.2020-ci il tarixli, 14/0858 saylı müqavilədən görünür ki, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. -29/1602-02827-1 saylı və 29/1710-00855-1 saylı aktlardan görünür ki, qaz sayğacının çıxış plastmas borusu sınıq olduğundan sayğac 06.01.2017-ci il tarixdə və 20.05.2020-ci il tarixdə yararsız hesab olunmuşdur. -21.04.2017-ci il tarixli ******* saylı, 31.01.2018-ci il tarixli ******* saylı, 31.05.2020-ci il tarixli ******* saylı aktlardan görünür ki, Cavabdeh yaşadığı evə baxış keçirilən zaman MSK-nın rəyinə əsasən sayğacın çıxış plastmas borusunun deşildiyi müəyyən edildiyindən dəymiş ziyanın hesablanması qərara alınmışdır. -30.03.2020-ci il tarixdə ******* saylı “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktdan görünür ki, Cavabdeh məxsus evə quraşdırılmış sayğac yeni sayğacla əvəz olunmuşdur. -Azəriqaz İB-nin 31.05.2020-ci il tarixli tələbnaməsindən görünür ki, Qaz sayğacının nominal qaz sərfi 4 m3, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin cəmi 2160 m3 ödənilməsi, itirilmiş qazın dəyərinin ödənilməsi üçün qanuna müvafiq tədbirlərin görülməsi qərara alınmışdır. Əsas olaraq 31.05.2020-ci il tarixli ******* saylı akt olmuşdur. -Abonent kodu **********02820 olan, Cavabdeh adına olan abonent saldosundan görünür ki, ünvan 2 ünvanında 30.03.2020-ci il tarixdə Elster G-4T Diafraqma tipli 12520880 nömrəli sayğac quraşdırılmış, cihazlar: 4 gözlü qaz plitələri (PQ-4)(1/1), Qızdırıcı radiator peçi (1/1) abonentin 2022-ci ilin yanvar ayına olan borcu cəmi 3598.50 manat, aktlar üzrə borcu 2017-ci ilə 92.8 manat, 2018-ci ilə 863.4 manat, 2020-ci ilə 216 manat olmaqla cəmi 1172.2 manat olmaqla hesablanmışdır. -Mədaxil qəbzindən görünür ki, Azəriqaz İB tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 82.88 manat dövlət rüsumu ödənilmişdir. -19.01.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, hüquqi yardıma görə 1170 manat olmaqla hər bir order üzrə 65 manat xidmət haqqının ödənilməsi nəzərdə tutulmuşdur. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİ-nin Maps şöbəsi tərəfindən verilmiş 08.10.2021-ci il tarixli arayışdan görünür ki, Babayev X3 rayonu Hökməli qəsəbəsi Qasımov küçəsi 3 saylı evdə qeydiyyatdadır. Məhkəmə hesab edir ki, tərəflər arasında abunə müqaviləsi bağlanmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh Babayev X1 İB-nin Bakı Regional Qazın Satışı Departamentində qeydiyyatda olmaqla 30.03.2020-ci il tarixli, 14/0858 saylı müqavilə əsasında fasiləsiz X6 etmişdir. Həmin ünvana Azəriqaz İB tərəfindən **********02820 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində Elster markalı, G-4 Diafraqma tipli, 12520880 zavod nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh qaz xəttinə qeyriqanuni qoşulduğuna görə ona akt tərtib olunaraq dəymiş ziyan hesablanmışdır. Ziyan hesablanarkən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 14 mart 2011-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş İstehlakçılar tərəfindən X6 qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması Qaydaları əsas götürülmüşdür. Cavabdeh onunla bağlanmış Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilənin müvafiq bəndlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və ona akt üzrə 1124.7 manat, X6yə görə 2473.8 manat dəymiş ziyan hesablanmışdır. X2 Bakı Regional Qazın Satışı Departamentinin X6 qaydalarının pozulması haqqında 21.04.2017-ci il tarixli ******* saylı, 31.01.2018-ci il tarixli ******* saylı, 31.05.2020-ci il tarixli ******* saylı aktlarından görünür ki, istehlakçı qeyri-qanuni qaz xəttindən istifadə etdiyindən X6 qaydalarını pozmuşdur. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Borclu Cavabdeh onunla bağlanılmış 30.03.2020-ci il tarixli, 14/0858 saylı Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilənin müvafiq bəndlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Belə ki, müqavilənin 2.3.2-ci bəndinə əsasən istehlakçının bu müqavilənin və Qazdan istifadə Qaydalarının tələblərinə əməl etməsi onun vəzifəsidir. Azərbaycan Respublikası Prezidentinin Əhalinin X6 üzrə yaranmış borclarının silinməsi tədbirləri barədə 29 dekabr 2009-cu il tarixli 207 saylı Fərmanın 3-cü bəndində göstərilir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti təbii qazın dəyərinin tam həcmdə və vaxtında istehlakçılardan yığılması üçün zəruri tədbirlər görməlidir. Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2000-ci il tarixli 356 saylı Əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması haqqında Fərmanın 9-cu bəndində qeyd olunur ki, X5 təbii qaz üzrə ödənişlərin tam yerinə yetirilməsi üçün şəhər (rayon) icra hakimiyyəti orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirsinlər. Fərmanın 3.10-cu bəndinə əsasən qaz paylayıcısının səlahiyyətli şəxsinin bu qanunun tələblərinin pozulmasının qarşısını almağa istehlakçı tərəfindən mane olma qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Tərəflər arasında bağlanmış müqavilənin 3.4-cü bəndinə əsasən hesab istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən sonra bir ay müddətində istehlakçı tərəfindən bank və ya poçt şöbələri vasitəsilə tam ödənilməlidir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 135.1 maddəsinə əsasən fıziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludur. 136.4-cü maddəsinə əsasən kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. 139.1-ci maddəsinə əsasən kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlandırılacaq); 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 430.1-ci maddəsinə əsasən, əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. 425.1 və 425.2-ci maddələrinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. İşin faktiki hallarına qiymət verib və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, X2 Bakı Regional Qazın Satışı Departamentinin X6 qaydalarının pozulması haqqında 21.04.2017-ci il tarixli ******* saylı, 31.01.2018-ci il tarixli ******* saylı, 31.05.2020-ci il tarixli ******* saylı aktlarına əsasən istehlakçıya məxsus qeyriyaşayış (yaşayış) sahəsində təbii qazın uçotu və X6 Qaydalarına riayət olunması yoxlanılmış və təbii qazdan qeyri-qanuni istifadə etməsi müəyyən edilmiş, Cavabdeh onunla bağlanılmış Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilənin müvafiq bəndlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və onun akt üzrə 1124.7 manat, X6yə görə 2473.8 manat borcu yaranmışdır. Həmin borc hesablanarkən vurulmuş ziyan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 14 mart 2011-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş İstehlakçılar tərəfindən X6 qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması Qaydaları əsas götürülmüşdür. İşin tədqiq edilmiş materiallarından və cavabdehin izahatından müəyyən edilir ki, abonentə məxsus sayğac ona məxsus evdən xeyli kənarda quraşdırılmışdır. Göründüyü kimi, sayğacın abonentə aid evin bayır hissəsində quraşdırılması həmin sayğacın abonent tərəfindən mühafizə edilərək qorunmasını qeyri-mümkün edir. Məhkəmə 21.04.2017-ci il tarixli ******* saylı, 31.01.2018-ci il tarixli ******* saylı, 31.05.2020-ci il tarixli ******* saylı aktlar ilə bağlı qeyd edir ki, abonentdən ödənilməsi tələb olunan akt üzrə 1124.7 manat, X6yə görə 2473.8 manat pul vəsaiti yuxarıda qeyd olunan akt əsasında X6 qaydalarının pozulması nəticəsi kimi hesablansa da, məhkəmə Azəriqaz İB tərəfindən təqdim olunmuş həmin aktları yalnız sübut növü kimi qiymətləndirərək nəzərə almışdır. Belə ki, 21.04.2017-ci il tarixli ******* saylı, 31.01.2018-ci il tarixli ******* saylı, 31.05.2020-ci il tarixli ******* saylı aktlar hüquqmüəyyənedici sənəd olmadığından prosessual sənəd kimi qəbul edilir, həmin akt tərəflər üçün hər hansı bir hüquq və vəzifələr yaratmamaqla, yalnız abonentə məxsus qaz sayğacında olan qüsurun mövcud olmasını təsdiqləyən sənəddir. Mülki Prosessual Məcəllənin 13.4. maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. İcra haqqında Azərbaycan Respublikasının Qanununun 39.1. maddəsinə əsasən, hal şahidi iştirak etdiyi icra hərəkətləri faktını, bu hərəkətlərin məzmun və nəticələrini müvafiq icra hərəkəti aktında öz imzası ilə təsdiq etməlidir. Hal şahidinin hansı icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək üçün dəvət olunduğunu, bu hərəkətlərin hansı icra sənədi əsasında həyata keçirildiyini bilmək, habelə həyata keçirilən icra hərəkətlərinə dair iradlarını bildirmək hüququ vardır. Hal şahidinin iradları onun özü və ya icra məmuru tərəfindən müvafiq icra hərəkətləri aktında qeyd olunur. İddia tələbindən göründüyü kimi, X2 nümayəndələri tərəfindən istehlakçı barəsində 21.04.2017-ci il tarixli ******* saylı, 31.01.2018-ci il tarixli ******* saylı, 31.05.2020-ci il tarixli ******* saylı akt tərtib edilərək həmin akt əsasında sonuncuya cərimə hesablanmışdır. Məhkəmə, həmin akta hüquqi qiymət verib belə qənaətə gəlir ki, tədqiq olunmuş akt tərəflər üçün hər hansı bir hüquq və vəzifələr yaratmamaqla, yalnız abonentə məxsus qaz sayğacına dair tərtib olunmuş sənəddir. Lakin göründüyü kimi, sözügedən aktların tərtib olunması zamanı qanunvericiliyin tələblərinə riayət edilməyərək istehlakçının və hal şahidlərinin iştirakı təmin edilmədən tərtib olunmuş, həmin aktda istehlakçı tərəfindən “İmtina etdi” barədə qeyd aparılmış, lakin həqiqətən də həmin aktın istehlakçının iştirakı təmin olunmaqla sonuncunun aktı qəbul etməkdən imtina etməsinin nəticəsi kimi tərtib olunması sübuta yetirilməmiş, nə də Azəriqaz İB-nin nümayəndəsi tərəfindən imtina etməsi barədə səbəblər həmin akta əlavə olunmamışdır. Göründüyü kimi, tərtib olunmuş akt natamam olmaqla doğruluğu şübhə doğurur. Bu isə həmin aktın qüsurlu tərtib edilməsinin göstəricisidir. Həmin sənədin bitərəf olan hal şahidlərinin iştirakı ilə imzalanması isə aktın doğruluğuna şübhə olunmaması üçün nəzərdə tutulmuşdur. Göründüyü kimi, mülki iş materiallarına əlavə olunmuş X6 qaydalarının pozulması haqqında 21.04.2017-ci il tarixli ******* saylı, 31.01.2018-ci il tarixli ******* saylı, 31.05.2020-ci il tarixli ******* saylı akt qüsurlu olduğundan sübut kimi qəbul edilməməlidir. Beləliklə də, məhkəmə tərəfindən 21.04.2017-ci il tarixli ******* saylı, 31.01.2018-ci il tarixli ******* saylı, 31.05.2020-ci il tarixli ******* saylı akt qanunvericiliyin tələblərinə riayət edilmədən qüsurlu şəkildə tərtib edildiyindən, sübut növü kimi nəzərə alınmadığından, eyni zamanda, abonentə məxsus evdən kənarda quraşdırılmış sayğaca abonent tərəfindən nəzarət edilməsi müstəsna hal kimi nəzərdən keçirildiyindən, X6 qaydalarına görə və abonent saldosuna əsasən, hesablanmış 1172.2 manat dəymiş ziyan məbləği də nəzərə alınmır. Beləliklə, Məhkəmə, məhkəmə iclasında tədqiq olunmuş sübutları məcmu halında qiymətləndirib, qanunun tələblərini rəhbər tutub hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, abonent saldosuna əsasən, abonent barəsində qaz sərfiyyatına görə 2426.3 manat (3598.5-1172.2=2426.3) borcun yaranması öz təsdiqini tapdığından abonentə hesablanmış cəmi 2426.3 manat pul vəsaiti Cavabdeh tutularaq X4 ödənilməli, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Bundan başqa iddia tələbindən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsi üçün 82.88 manat dövlət rüsumunun və 65 manat vəkil xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, dövlət rüsumu olaraq ödənilmiş 82.88 manat pul vəsaiti və 65 manat hüquqi yardıma görə ödənilmiş pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh qaz sərfiyyatına görə 2426.3 (iki min dörd yüz iyirmi altı manat otuz qəpik) manat dəymiş ziyan, 82.88 (səksən iki manat səksən səkkiz qəpik) manat ödənilmiş dövlət rüsumu, 65 (altmış beş) manat hüquqi yardıma görə ödənilmiş pul vəsaiti olmaqla cəmi 2574.18 (iki min beş yüz yetmiş dörd manat on səkkiz qəpik) manat pul vəsaiti X2 xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar