Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1756/2024 03.06.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi ilə, İddiaçı ləğv prosesində olan "xxxx" KB QSC-nin cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan "xxxx" KB QSC cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, QSC "xxxx" KB ilə X5 arasında bağlanmış 11 avqust 2014-cü il tarixli 1xx/xx/121451/14 saylı kredit müqaviləsi üzrə borclunun faktiki varisləri cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 397,01 manat məbləğində əsas borc, 328,43 manat məbləğində faiz borcu, 704,20 manat məbləğində cərimə borcu, 133,98 manat məbləğincə gecikmiş vaxt üçün hesablanmış illik faiz dərəcəsi olmaqla, ümumilikdə 1563,62 manat məbləğində pulun, 35,64 manat dövlət rüsumunun əvəzinin ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" KB QSC ilə X5 arasında 11 avqust 2014-cü il tarixində kredit verilməsi haqqında 1xx/xx/121451/14 saylı müqavilə bağlanmış, həmin sənədlərə əsasən bank tərəfindən cavabdehə illik 25 faiz ödənilməsi şərti ilə 24 ay müddətinə 1486 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin xx.xx.2022-ci il tarixinə banka 397,01 manat məbləğində əsas borc, 328,43 manat məbləğində faiz borcu, 704,20 manat məbləğində cərimə borcu, 133,98 manat məbləğincə gecikmiş vaxt üçün hesablanmış illik faiz dərəcəsi, ümumilikdə isə 1563,62 manat məbləğində borcu qalmışdır. X5 xx.xx.2019-cu il tarixində vəfat etmişdir. X3 hüquqi varisin olub-olmamasına dair Ədliyyə Nazirliyinə sorğu verilmişdir. Ədliyyə Nazirliyindən əldə edilən xx.xx.2023-cü il tarixli 3-16-5/2-14-9287/23 saylı sorğuya cavab olaraq bildirilmişdir ki, mərhum X4 aid Elektron notariat X1 araşdırılma aparılmış, vərəsəlik işinin açılması, vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi və ya mərhumun vərəsələrindən mirasdan imtinaya və ya mirasın qəbul edilməsinə dair ərizə verilməsi faktı müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsindən əldə edilən xx.xx.2022-ci il tarixli **********59 saylı məktubuna əsasən məlum olmuşdur ki, X3 adına Abşeron rayonu, Xırdalan şəhəri, Ş.Ələkbərova küçəsində 0,0181 ha torpaq sahəsində yerləşən 49 saylı fərdi yaşayış evi qeydiyyatdan keçməklə hazırda mülkiyyətindədir. X3 adına olan Abşeron rayonu, Xırdalan şəhəri, Ş.Ələkbərova küçəsi, 49 saylı fərdi yaşayış eviində qeydiyyatda olmaqla yaşayan şəxsələr barədə müvafiq idarələrə sorğu verilmişdir. Abşeron RİH MKTİİTB-nin Abadlıq və Kommunal Xidmətləri İdarəsindən əldə edilən xx.xx.2023-cü il tarixli 06 saylı məktuba əsasən sözügedən ünvanda yerləşən mənzildə mərhum X3 ailə üvləri Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qeydiyyatda olmaqla yaşayırlar. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərindən azad etmir. Bu baxımdan kreditorların mirası faktiki qəbul etmiş vərəsələrə qarşı məhkəmədə öhdəliyin miras qalmış əmlak hesabına icrası barədə iddia icraatı qaydasında tələb irəli sürməsi yol veriləndir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İştirak etdiyi məhkəmə iclasında iddiaçı ləğv prosesində olan "xxxx" KB QSC-nin nümayəndəsi Nümayəndə2 iddianı müdafiə edib, iddia ərizəsində göstərilənləri təsdiq edərək, iddianın təmin edilməsini xahiş etdi. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh4 iddianı qəbul etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə bildiriş göndərilməsinə baxmayaraq digər cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək toplanmış sübutların məcmusuna qiymət verib, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan 11 avqust 2014-cü il tarixli 1xx/xx/121451/14 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" KB QSC tərəfindən X4 illik 25 faiz ödənilməsi şərti ilə 24 ay müddətinə 1486 manat məbləğində kredit verilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, X3 xx.xx.2022-ci il tarixinə banka 397,01 manat məbləğində əsas borc, 328,43 manat məbləğində faiz borcu, 704,20 manat məbləğində cərimə borcu, 133,98 manat məbləğincə gecikmiş vaxt üçün hesablanmış illik faiz borcu olmaqla, ümumilikdə 1563,62 manat məbləğində borcu qalmışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, “Elektron notariat" informasiya sistemində aparılmış araşdırma nəticəsində X3 adına vərəsəlik işinin açılmadığı müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********59 saylı məktubundan görünür ki, X3 adına Abşeron rayonu, Xırdalan şəhəri, Ş.Ələkbərova küçəsində 0,0181 ha torpaq sahəsində yerləşən 49 saylı fərdi yaşayış evi qeydiyyatdan keçməklə hazırda mülkiyyətindədir. İşdə olan Abşeron RİH MKTİİTB-nin Abadlıq və Kommunal Xidmətləri İdarəsinin xx.xx.2023-cü il tarixli 06 saylı məktubundan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Ş.Ələkbərova küçəsində 0,0181 ha torpaq sahəsində yerləşən 49 saylı fərdi yaşayış evində mərhum X3 ailə üvləri Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qeydiyyatda olmaqla yaşayırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabehdir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cıı maddələrinin bəzi müddəalarının şərh olunmasına dair” Plenumunun Qərarına əsasən Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bundan əlavə, Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda qeyd edir ki, azad sahibkarlıq və bazar iqtisadiyyatı şəraitində əmlak və əmlakla bağlı qeyri-əmlak münasibətlərindən əmələ gələn öhdəliklərin icrasının böyük iqtisadi-sosial əhəmiyyəti vardır. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Eyni zamanda, kredit müqaviləsi üzrə öhdəliklərin vaxtında icra edilməsi göstərilən məqsədlərlə yanaşı, dövlətin iqtisadi-maliyyə vəziyyətinin stabilliyinə və inkişafına yönəlir, bu isə banklara əmanətçilər tərəfindən göstərilən etimada müsbət təsir göstərməklə, ölkənin iqtisadi təhlükəsizliyinin qorunması və əhalinin daha da yüksək yaşayış səviyyəsinin təmin edilməsi ilə nəticələnir. Mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (MM-in 425-ci maddəsi). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasənvərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1257.1-ci maddəsinə əsasən hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. Həmin Məcəllənin 1257.2-ci maddəsinə görə əgər vərəsə mirasın bir hissəsindən imtina edərsə və ya hər hansı şərt qoyarsa, hesab edilir ki, o, mirasdan imtina etmişdir. Həmin Məcəllənin 1306.1.-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1306.2-cci maddəsinə əsasən əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarının 2-ci bəndinə əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Mülki işin materiallarından görünür ki, "xxxx" KB QSC ilə X5 arasında 11 avqust 2014-cü il tarixində kredit verilməsi haqqında 1xx/xx/121451/14 saylı müqavilə bağlanmış, həmin sənədlərə əsasən bank tərəfindən ona illik 25 faiz ödənilməsi şərti ilə 24 ay müddətinə 1486 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində T.V.Abdullayevin xx.xx.2022-ci il tarixinə banka 397,01 manat məbləğində əsas borc, 328,43 manat məbləğində faiz borcu, 704,20 manat məbləğində cərimə borcu, 133,98 manat məbləğincə gecikmiş vaxt üçün hesablanmış illik faiz dərəcəsi, ümumilikdə isə 1563,62 manat məbləğində borcu qalmışdır. Məhkəmə borcun məbləği ilə qismən razılaşır. Lakin cərimə hissəsində qeyd edilməlidir ki, əsas və faiz borcuna nisbətən tətbiq edilən cərimə olduqca yüksəkdir və qeyri-mütənasibdir. Odur ki, məhkəmə cərimə borcunun Mülki Məcəllənin 467-ci maddəsinə əsasən 10,58 manatadək endirilməsi qənaətinə gəlir və hesab edir ki, "xxxx" KB QSC ilə X5 arasında bağlanmış 11 avqust 2014-cü il tarixli 1xx/xx/121451/14 saylı müqavilə üzrə borc 397,01 manat məbləğində əsas borc, 328,43 manat məbləğində faiz borcu, 10,58 manat məbləğində cərimə borcu, 133,98 manat məbləğincə gecikmiş vaxt üçün hesablanmış illik faiz dərəcəsi, ümumilikdə isə 870 manat təşkil edir. Bundan başqa, işdən görünür ki, borclu X5 xx.xx.2019-cu il tarixində vəfat etmişdir və onun ölümündən sonra notariat orqanlarında hər hansı vərəsəlik işi açılmamışdır. Bununla belə, işdən görünür ki, mərhumun qanun üzrə 4 vərəsəsi ondan miras qalmış daşınmaz əmlakda yaşayır, ondan istifadə edirlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında göstərilmişdir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Mülki Məcəllənin 1301.1-ci maddəsinə görə əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. Həmin Məcəllənin 1301.2-ci maddəsinə görə əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. Həmin Məcəllənin 1301.3-cü maddəsinə əsasən əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər. İş materiallarından görünür ki, mərhum X2 qalmış miras əmlakın qəbul edilməsindən imtina edən vərəsəsi yoxdur. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında təsbit etdiyi hüququ mövqeyini nəzərə alaraq, hesab edir ki, kredit müqaviləsi üzrə X3 yaranmış borcu məhz onun vərəsələri olan cavabdehlərdən tutulmalıdır. Beləliklə, yuxarıda göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 397,01 manat məbləğində əsas borc, 328,43 manat məbləğində faiz borcu, 10,58 manat məbləğində cərimə borcu, 133,98 manat məbləğincə gecikmiş vaxt üçün hesablanmış illik faiz dərəcəsi olmaqla, ümumilikdə 870 manat pul vəsaiti müştərək qaydada tutularaq ləğv prosesində olan "xxxx" KB QSC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki işin materiallarında olan ödəniş qəbzindən müəyyən edilir ki, iddiaçı Ləğv prosesində olan "xxxx" KB QSC tərəfindən iddia ərizəsinin verilməsinə görə 35,64 manat dövlət rüsumu ödənilmişdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edildiyindən onun verilməsinə görə ödənilmiş 35,64 manat dövlət rüsumunun 30 manat hissəsi cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçı ləğv prosesində olan "xxxx" KB QSC-nin xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 397,01 manat məbləğində əsas borc, 328,43 manat məbləğində faiz borcu, 10,58 manat məbləğində cərimə borcu, 133,98 manat məbləğində gecikmiş vaxt üçün hesablanmış illik faiz dərəcəsi olmaqla, ümumilikdə 870 manat pul vəsaiti və 30 manat dövlət rüsumunun əvəzi alınaraq iddiaçı ləğv prosesində olan "xxxx" KB QSC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №e-2(012)-1756/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1756/2024
03.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver