Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-1789/2021 15.02.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Cəmilə İbrahim qızı Səfiyeva İddiaçılar Əsədov Elçin Qamət oğlu, “DİAMOND MOTORS”MMC-nin cavabdeh “xxxx”MTK-ya qarşı ziyan tələbinə dair iddia ərizəsinə xx xxxxxx 2021-ci il tarixdə, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ M: İddiaçılar Əsədov Elçin Qamət oğlu, “DİAMOND MOTORS”MMC-nin cavabdeh “xxxx”MTK-ya qarşı ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən iddiaçı “DİAMOND MOTORS”MMC –yə dəyən ziyan olaraq 50 000manat və 30 manat rüsuma görə pulun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilən sənədləri nəzərdən keçirib hesab edirəm ki,, iddia ərizəsi MPM-nin 152.1.1 maddəsinə görə geri qaytarılmalıdır. Belə ki,iddia ərizəsinin məzmunundan və ona əlavə edilən sənədlərdən görünür ki, iddia ərizəsində iddiaçı kimi qeyd edilən Əsədov Elçin Qamət oğlu digər iddiaçı “DİAMOND MOTORS”MMC-nin direktorudur,ziyan tələbi isə iddiaçı MMC-yə vurulan ziyanla bağlıdır.Göründüyü kimi mübahisə hüquq şəxslər arasında yaranan mübahisədir, MMC-nin direktoru Əsədov Elçin Qamət oğlunun adı isə formal olaraq iddiaçı kimi qeyd edilmişdir. Ona görə də, qeyd edilənlərə əsasən hesab edirəm ki, hazırkı halda iddia ərizəsi geri qaytarılmalı, qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra,kommersiya məhkəməsinə müraciət etməsi ərizəçiyə izah olunmalıdır. Göstərilənlərə əsasən və MPM-nin 263,264 və 268-ci maddəsinin tələblərini rəhbər tutaraq, QƏRARA A L D İ M: İddiaçılar Əsədov Elçin Qamət oğlu, “DİAMOND MOTORS”MMC-nin cavabdeh “xxxx”MTK-ya qarşı ziyan tələbinə dair iddia ərizəsi ona əlavə edilən sənədlərlə birlikdə geri qaytarılsın. Qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra, kommersiya məhkəməsinə müraciət etməsi ərizəçiyə izah olunsun. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: C.İ.Səfiyeva
Məhkəmə qərarları › İş №e-2(012)-1789/2021
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-1789/2021
15.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver