Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1812/2024 14.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Teymurov Ayaz Yunus oğlunun katibliyi, Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun qatarılması tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC Cavabdeh qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı QSC-nin xeyrinə - xx.xx.2022-ci il tarixdə bağladığı ərizəyə əsasən 21823.77 manat məbləğində kredit bоrcu, 2590.03 manat məbləğində faiz bоrcu və 851.13 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 25264 (iyirmi beş min iki yüz altmış dörd) manat 93 (doxsan üç) qəpik məbləğində bоrcun və xx.xx.2022-ci il tarixli, 017KK**********01 saylı kart krediti müqaviləsinə əsasən 113.86 manat məbləğində kredit bоrcu və 0.01 manat məbləğində cərimə olmaqla, cəmi 113 (yüz on üç) manat 87 (səksən yeddi) qəpik məbləğində bоrcun; tərəfimizdən ödənilmiş 166.14 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı QSC ilə xx.xx.2022-ci il tarixdə bağladığı ərizəyə əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin ərizəyə əsasən, Cavabdeh aylıq faiz dərəcəsi 1.6667% оlmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 23500 (iyirmi üç min beş yüz) manat məbləğində kredit götürmüşdür. O, xx.xx.2023-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 1676.23 manat ödəniş etmiş və оnun iddiaçıya 21823.77 manat məbləğində kredit bоrcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanmasımüqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11-cımaddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, o, kredit bоrcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2023-cü il tarixə 195 gün üçün hesablanmış faiz borcu 2590.03 manat təşkil edir. Müqavilənin 7.20-ci bəndinə uyğun оlaraq bоrclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2023-cü il tarixə 195 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 851.13 manat təşkil edir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İddiaçı QSC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə2 iddianı əsas borcu hissəsində qəbul etdiyini və onun təmin edilməsinə razı olduğunu bildirdi. Məhkəmə proses iştirakçısını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Mülki işin materiallarından olan xx.xx.2022-ci il tarixli, 017A********** saylı kredit müqaviləsindən müəyyən edilir ki, Cavabdeh İddiaçı QSC-dən aylıq faiz dərəcəsi 1.6667% оlmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 23500 manat məbləğində kredit götürmüşdür. Mülki işin materiallarından olan xx.xx.2022-ci il tarixli, 017KK**********01 saylı kredit müqaviləsindən müəyyən edilir ki, Cavabdeh İddiaçı QSC-dən aylıq faiz dərəcəsi 2 % оlmaqla 36 ay müddətinə hissə-hissə qaytarmaq şərtiilə 1000 manat məbləğində kredit xətti açılmışdır. Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından müəyyən edilir ki, Cavabdeh İddiaçı QSC-yə xx.xx.2022-ci il tarixli 017A********** saylı müqaviləyə əsasən xx.xx.2023-cü il tarixə 21823,77 manat əsas, 2590,03 manat faiz, 851,13 manat cərimə borcu olmaqla, cəmi 25264,93 manat təşkil edir. Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından müəyyən edilir ki, Cavabdeh İddiaçı QSC-yə xx.xx.2022-ci il tarixli, 017KK**********01 müqaviləyə əsasən xx.xx.2023-cü il tarixə 113,86 manat əsas, 0,01 manat cərimə borcu olmaqla, cəmi 113,87 manat təşkil edir. Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli xəbərdarlıqlardan görünür ki, Cavabdeh borcun ödənilməsi üçün bank tərəfindən xəbərdar edilmişdir. Mülki işin materiallarında olan xx.xx.2024-cü il tarxili qəbdən görünür ki, İddiaçı QSC iddia ərizəsinin verilməsi üçün Abşeron Rayon Məhkəməsinin hesabına 166,14 manat dövlət rüsumu ödəmişdir. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2- 9/2765/2024 saylı rəyindən görünür ki, Cavabdeh banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və xx.xx.2022-ci il tarixli Ərizənin və Ödəniş cədvəlinin şərtləri nəzərə alınmaqla Cavabdeh xx.xx.2023-cü il tarixə (sualda göstərilən tarix) banka olan əsas və faiz borcu 23.811,83 manat məbləğində, xx.xx.2023-cü il tarixə (sualda göstərilən tarix) banka olan əsas və faiz borcu 24.436,56 manat məbləğində, xx.xx.2024cü il tarixə (sualda göstərilən tarix) banka olan əsas və faiz borcu 25.577,89 manat məbləğində və xx.xx.2024-cü il tarixə (sualda göstərilən tarix) banka olan əsas və faiz borcu 25.986,37 manat məbləğində, müəyyən edilir. O cümlədən: xx.xx.2023-cü il tarixə: əsas borc üzrə 21.625,27 manat, faiz borcu üzrə 2.186,56 manat, xx.xx.2023- cü il tarixə: əsas borc üzrə 21.625,27 manat, faiz borcu üzrə 2.811,29 manat, xx.xx.2024- cü il tarixə: əsas borc üzrə 21.625,27 manat, faiz borcu üzrə 3.952,62 manat, xx.xx.2024- cü il tarixə: əsas borc üzrə 21.625,27 manat, faiz borcu üzrə 4361,10 manat. İş materiallarından görünür ki, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə istehlak məqsədləri üçün 48 ay müddətinə illik 1.6667 % ödəmək şərtilə 23500 manat məbləğində kredit verilmişdir. İddiaçı QSC müqavilə ilə üzərinə düşən öhdəliyi yerinə yetirsə də, Cavabdeh götürdüyü kredit məbləğini müəyyən edilmiş müddət ərzində faizi ilə birlikdə qaytarmaq barədə öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə Cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə banka borcu yaranmışdır. Bundan başqa tərəflər arasında xx.xx.2022-ci il tarixli kart kredit müqaviləsi imzalansa da cavabdeh həmin müqavilə üzrə də üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İddiaçı bu borcları özünün maliyyə arayışları ilə təsdiq etmişdir. Belə ki, xx.xx.2023-cü il tarixli maliyyə arayışından müəyyən edilir ki, Cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə həmin tarixə 21823,77 manat əsas, 2590,03 manat faiz, 851,13 manat cərimə borcu olmaqla, cəmi 25264,93 manat borcu vardır. Həmçinin xx.xx.2023-cü il tarixli maliyyə arayışından müəyyən edilir ki, Cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə həmin tarixə 113,86 manat əsas, 0,01 manat cərimə borcu olmaqla, cəmi 113,87 manat borcu vardır. Mübahisənin daha obyektiv həll edilməsi məqsədilə məhkəmənin müvafiq qərardadına əsasən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və borc ekspert tədqiqatı ilə yenidən hesablanmışdır. Ekspert tədqiqatı ilə müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə: əsas borc üzrə 21.625,27 manat, faiz borcu üzrə 2.186,56 manat, xx.xx.2023- cü il tarixə: əsas borc üzrə 21.625,27 manat, faiz borcu üzrə 2.811,29 manat, xx.xx.2024-cü il tarixə: əsas borc üzrə 21.625,27 manat, faiz borcu üzrə 3.952,62 manat, xx.xx.2024-cü il tarixə: əsas borc üzrə 21.625,27 manat, faiz borcu üzrə 4361,10 manat təşkil edir. Məhkəmə bu rəyi mötəbər sübut növü kimi qəbul edir, bununla belə MPM-nin 218.3-cü maddəsinin tələblərini və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarını nəzərə alaraq hesab edir ki, Cavabdeh İddiaçı QSC-nin xeyrinə 21.625,27 manat əsas borc və 2.186,56 manat faiz borcu tutulmalıdır. Həmçinin xx.xx.2022-ci il tarixli, kredit kart müqaviləsinə əsasən 113,87 manat borc tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421.1-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 421.3-cü maddəsinə görə Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Həmin Məcəllənin 424.5-ci maddəsinə görə, əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Qeyd edilən Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. (mülki məcəllənin hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquqi norması) Göstərilən Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. (mülki məcəllənin hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquqi norması) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Göründüyü kimi, iddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehə kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməsi ilə bağlı xəbərdarlıq məktubu göndərmişdir. Belə olan halda, iddiaçının xx.xx.2023-cü il tarixdən sonrakı dövr ərzində hesablanmış faizləri tələb etməsi əsassızdır. Həmçinin məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixli, 017A********** saylı müqaviləyə əsasən hesablanmış 851,13 manat cərimə borcunun məbləği azaldılmalı və 238 manat müəyyən edilməlidir. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Mülki Prosessual Məcəllənin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki işin materiallarında olan ödəniş qəbzindən müəyyən edilir ki, İddiaçı QSC tərəfindən iddia ərizəsinin verilməsinə görə 166,14 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş 162,49 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, ödənilmiş dövlət rüsumunun 3,65 manatı iddiaçıya aid edilməlidir. Həmçinin ekspertiza xərci kimi tələb edilən 200 manat pulun 190 manatı cavabdehdən, 10 manatı isə iddiaçıdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, İddiaçı QSC ilə Cavabdeh arasında xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə kredit müqavilələri bağlanmasına baxmayaraq cavabdeh üzərinə düşən öhdəlikləri vaxtında yerinə yetirmədiyindən və bununla da onun əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi müəyyən edildiyindən Cavabdeh xx.xx.2022-ci il tarixli 017A********** saylı müqaviləyə əsasən 21625,27 manat əsas borc və 2186,56 manat faiz və 238 manat cərimə olmaqla, cəmi 24049,83 manat məbləğində pul vəsaiti, həmçinin xx.xx.2022-ci il tarixli, 017KK**********01 saylı müqaviləyə əsasən 113,86 manat əsas, 0,01 manat cərimə borcu olmaqla, cəmi 113,87 manat məbləğində pul vəsaiti, ümumilikdə 24163,7 manat, həmçinin ödənilmiş dövlət rüsumu 162,49 manat pul tutularaq İddiaçı QSC-yə ödənilməli, iddia qismən təmin edilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli 017A********** saylı kredit müqaviləsi üzrə 21625,27 manat əsas borc və 2186,56 manat faiz və 238 manat cərimə olmaqla, cəmi 24049,83 manat məbləğində pul vəsaiti, həmçinin xx.xx.2022-ci il tarixli, 017KK**********01 saylı müqaviləyə əsasən 113,86 manat əsas, 0,01 manat cərimə borcu olmaqla, cəmi 113,87 manat məbləğində pul vəsaiti, ümumilikdə 24163,7 manat pul və ödənilmiş 162,49 manat dövlət rüsumunun əvəzi İddiaçı QSC-nin xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun 3,65 manatı iddiaçıya adi edilsin. Ekspertizanın dəyəri kimi 190 manat pul Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Ekspertizanın dəyəri kimi 10 manat pul İddiaçı QSC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli
Məhkəmə qərarları › İş №e-2(012)-1812/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1812/2024
14.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver