Məhkəmə qərarları › İş №e-2(012)-1816/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1816/2024

01.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1816/2024 01.08.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Teymurov Ayaz Yunus oğlunun katibliyi, İddiaçı və onun vəkili-nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10000 manat pulun və 120 manat ödənilmiş dövlət rüsumunun əvəzinin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh onun yaxın tanışıdır. Cavabdeh xx.xx.2021-ci il tarixdə ondan 5000 (beş min) manat borc olaraq pul götürmüşdür(hissəhissə qaytarmaq şərti ilə). Bundan sonra xx.xx.2021-ci il tarixdə ondan 5000 (beş min) manat borc olaraq pul götürmüşdür. Ümumilikdə cavabdeh- Cavabdeh ondan 10.000 (on min) manat məbləğində borc olaraq pul götürmüşdür. Bu günə kimi dəfələrlə onunla telefon əlaqəsi saxlasa da, cavabdeh ona cavab vermir. Artıq başa düşmüşdür ki, Cavabdeh onun etimadından istifadə edərək onu aldatmışdır. Odur ki, o, da məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etməyi qərara almışdır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Sonrdan İddiaçı vəkili-nümayəndəsi Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, Cavabdeh 11400 manat məbləğində pulun və 120 manat məbləğində dövlət rüsumu kimi ödənilmiş pulun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, onun təmin olunmasını xahiş etdi. O bildirdi ki, cavabdehə verdiyi ümumilikdə 15000 manat borcdan cəmi 3600 manat pul qaytarıb. Həmin pulları o, 2021-ci ilin mart ayından 2023-cü ilin sentyabr ayına kimi cavabdehə məxsus pensiya kartlarından çıxarıb. 2023-cü ilin sentyabr ayı üçün və ondan sonra kartda problem olduğundan pul götürə bilməyib. Ona görə də, iddia tələbi olaraq 15000 manat deyil, 11400 manat pul tələb edir. Cavabdehə məxsus kartdan çıxarılan pul cəmi 3600 manat olub. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, məhkəmə iclasında dindirilmiş şahid ifadələrinin sübut kimi qəbul edilməməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, son hesablamalarına əsasən cavabdehə məxsus pensiya kartından iddiaçı tərəfindən 3613 manat pul çıxarılıb. Cavabdeh iddia tələbinə etiraz edərək bildirdi ki, iddiaçıdan hər dəfə 2000 manat olmaqla 3 dəfə pul götürüb. İltizamdakı imzalar onundur, buna məcbur olaraq imza atmışdır. Lakin qəbzlərdə pulun qaytarılmasının təminatı kimi 5000 manat yazılıb. O, iddiaçıya götürdüyü pulların əvəzində 9000 manatdan çox pul qaytarıb. 2000 manatı lotoreya oynayaraq qaytarmış, qalan pulları isə iddiaçı onun pensiya kartından çıxarıb. Pensiya kartına köçən şəhid pullarını o, özü bank proqramı vasitəsilə çıxarmışdır. Pensiya kartının müddəti bitdikdən sonra o, 2024-cü ilin yanvar ayında yenisini almış, bundan sonra kart onun özündə olmuşdur. Sonda o, iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını və şahid ifadələrini dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İşdə olan xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh İddiaçı 5000 manat pulu hissə-hissə qaytarmaq şərtilə borc almışdır. İşdə olan xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh İddiaçı 5000 manat pul borc almış, ümumilikdə 10000 manat pulu hissə-hissə qaytarmağı öz üzərinə götürmüşdür. İşdə olan xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh İddiaçı 5000 manat pul borc almış, həmin pulu 2 ay müddətində qaytarmağı öz üzərinə götürmüşdür. İşdə olan "xxxx" ASC-nin xx.xx.2024-cü il tarxili hesabdan çıxarışından görünür ki, Cavabdeh adına olan hesab nömrəsi ******************** olan pensiya kartından ATM vasitəsilə xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək cəmi 9812,33 manat pul çıxarılmışdır (nağdlaşdırılmışdır). İşdə olan "xxxx" ASC-nin məhkəmə qərardadına əsasən məhkəməyə təqdim edilmiş fotoşəkillərdən görünür ki, İddiaçı Cavabdeh adına olan hesab nömrəsi ******************** olan pensiya kartından xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək müxtəlif tarixlərdə, müxtəlif ATM-lərdən pul çıxarmışdır. Məhkəmə iclasında dindirilmiş X2 bildirdi ki, cavabdehin tanışıdır. Bir gün dedi imkanı yaxşı deyil. Ona lotoreya oynamaq təklif etmişdir. Qönçə, Təranə, Nuridə, Zinyət, Adilə, Fəridə adlı oyunçular ilə aralarında lotoreya oynamış və 2000 manat məbləğində pulu Cavabdeh vermişdir. Cavabdeh həmin 2000 manat məbləğində pulu İddiaçı verərkən onun yanında olmuşdur. Sonra o, həmin yerdən ayrılıb başqa yerə getmişdir. Məhkəmə iclasında dindirilmiş X1 bildirdi ki, Cavabdeh 10 ildir ki, xeyriyyə cəmiyyətindən tanıyır. İddiaçını bir dəfə cavabdehlə tədbirdən çıxanda tanımışdır. Cavabdeh ilə Yaşıldərə ərazisində bir evə getmişdir. Nuridə orada bir adamdan pul götürəcəyini demişdir. Cavabdeh İddiaçı 2000 manat pul götürdü və iddiaçıya əvəzində kart verdi. Amma pulun miqdarını 5000 manat yazdırdılar. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, Cavabdeh İddiaçı xx.xx.2021-ci, xx.xx.2021-ci və xx.xx.2021-ci il tarixlərdə 5000 manat olmaqla, cəmi 15000 manat borc almış, götürdüyü borc müqabilində iddiaçıya öz pensiya kartını vermiş, iddiaçı isə öz növbəsində həmin kartdan 2021-ci ilin mart ayından 2023-cü ilin avqust ayına kimi 9812,33 manat pul çıxarmışdır. Bu hal mübahisəsiz olmaqla iddiaçının etirafı (həmin tarixlərdə kartdan nağdlaşdırma əməliyyatı etməsi), cavabdehin izahatında və bank tərəfindən məhkəməyə göndərilmiş məlumatlarda öz əksini tapmışdır. Həmin kartın müddəti qurtardıqdan sonra cavabdeh yeni kart almış və bununla da, tərəflər arasında mübahisə yaranmışdır. Hazırda İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh 11400 manat pulun və 120 manat ödənilmiş dövlət rüsumunun əvəzinin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. MPM-nin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Tərəflərin izahatlarına və iş materiallarındakı sənədlərə məcmu halda qiymət verərək, məhkəmə hesab edir ki, pul verilməsi barədə iddiaçı ilə Anar İsmayılov arasında borc münasibətləri yaranmışdır. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.2-ci maddəsinin tələbinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739-cu maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (mülki məcəllənin mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquqi norması) Həmin Məcəllənin 740.1-ci maddəsinə görə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. (mülki məcəllənin mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquqi norması) Məhkəmə həmçinin qeyd edir ki, cavabdehin etirazının əsası kimi qeyd etdiyi hal, yəni əslində iddiaçıdan 2000 manat götürdüyü, lakin borcun təminatı olaraq iltizamlarda 5000 manat yazıldığını bildirməsi nə cavabdeh tərəfindən sübut edilmiş, nə də məhkəmə iclasında öz təsdiqini tapmışdır. Həmçinin məhkəmə iclasında dindirilmiş şahid ifadələri də mötəbər sübut kimi qiymətləndirilə bilməz və məhkəmə bunu inandırıcı hesab etmir. İşdən görünür ki, tərəflər arasında olan borc müqavilələrinə görə Cavabdeh iddiaçıya hazırda 5187,67 manat borcu qalmışdır. Bu fakt onun iltizamlardakı imzaların özü tərəfindən icra edildiyi barədə məhkəmə iclasındakı etirafından və iş matariallarına əlavə edilmiş mötəbər sübutlarla təsdiq edildiyindən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, 5187,67 manat pul (15000-9812.33) Cavabdeh iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, dövlət rüsumu üçün ödənilmiş 125 manat pulun 71,88 manatı Cavabdeh tutularaq iddiaçıya ödənilməli, ödənilmiş 53,12 manat isə iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 5187,67 manat və ödənilmiş dövlət rüsumu üçün 71,88 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumunun 53,12 manatı iddiaçının özünə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar