Məhkəmə qərarları › İş №e-2(012)-1829/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1829/2023

08.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1829/2023 08.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyev Fərid Ələmşah oğlunun katibliyi, İddiaçı «X4» Bakı filialının nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə, İddiaçı «X4»-nın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit və kredit borcuna görə hesablanmış faizlərin ödənilməsi tələbinə dair mülki işə 08 may 2023-cü il tarixdə Xırdalan şəhərində məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «X4» cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit və kredit borcuna görə hesablanmış faizlərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 9.061,42 manat (bundan 8.519,02 manat əsas borc və 542,40 manat faiz borcu təşkil edir) məbləğində 13 fevral 2023-cü il tarixinə olan kredit borcunun və ödənilmiş 110.61 manat dövlət rüsumunun tutularaq «X4» Bakı filialına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, «X4» Bakı filialı ilə Cavabdeh1arasında imzalanmış «24» Avqust 2021-ci il tarixli 760 №li Kredit müqaviləsinə əsasən sonuncuya illik kreditdən istifadə haqqı 19% ödəmək şərti ilə 36 ay müddətinə 10.000 manat məbləğində kredit verilmişdir. Həmin tarixdə verilmiş kreditin qaytarılmasının təminatı kimi «X4» Bakı filialı ilə Cavabdeh2 arasında 1.000 saylı Zaminlik müqaviləsi imzalanmışdır. Müqavilə şərtlərinə uyğun olaraq «Borcalan» 13 fevral 2023-cü il tarixə «Bank»a kredit borcu üzrə 6.598,08 manat ödəniş yerinə yetirməli idi. Lakin xx.xx.2023-cü il tarixə kimi cavabdeh tərəfindən Banka 3.623,00 manat ödəniş həyata keçirilmişdir. Borcalana kredit müqaviləsi üzrə öhdəliklə yerinə yetirməsi üçün dəfələrlə yazılı və şifahi xəbardarlıqlar olunmuşdur. Lakin borcalan kredit borcunu yerinə yetirməmişdir. Kredit müqaviləsinin 5.1ci bəndinə əsasən kredit vaxtında ödənilmədikdə gecikdirilmiş hər bir gün üçün, «Borcalan» «Bank»a illik 29% ödəməlidir. 13 fevral 2022-ci il tarixə cavabdehin «Bank»a olan borcu müqavilə şərtlərinə əsasən hesablamış faizlərlə birlikdə 9.061,42 manat təşkil edir. Bundan 8.519,02 manat əsas borc və 542,40 manat faiz borcu təşkil edir. Cavabdehə dəfələrlə şifahi və yazılı müraciət edilərək, kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsi tələb olunsa da, onun tərəfindən bu öhdəliklərin yerinə yetirilməsi üçün heç bir tədbir görülməmişdir. Sonradan iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 8983,86 (bundan: 8519,02 manat əsas borc və 464.84 manat isə hesablnmış fazi borcu təşkil edir) məbləğində borcu, 110.61 manat dövlət rüsumunun tutularaq iddiaçı «X4» Bakı filialına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı «X4» Bakı filialının nümayəndəsi X2 iddianı müdafiə edib, iddia ərizəsində göstərilənləri təsdiq edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında iddia tələbini qəbul etdiyini, banka borcunun olduğunu, lakin maddi imkanı zəif olduğundan ödəniş edə bilmədiyini bildirdi və nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş almasına baxmayaraq digər Cavabdeh2 məhkəməyə gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yer haqqında lazımi qaydada xəbərdar edilmiş digər cavabdehin gəlməmələrinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməklərin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehlərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmığa haqlıdır. Bu halda, məhkəmə digər Cavabdeh2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin olunmalıdır. Belə ki, mülki işin materiallarında olan, «X4» Bakı filialı ilə Cavabdeh1 arasında imzalanmış 24 avqust 2021-ci il tarixli 760 №li Kredit müqaviləsindən görünür ki, sonuncuya illik kreditdən istifadə haqqı 19 % ödəmək şərti ilə 36 ay müddətinə 10000 (on min) manat məbləğində kredit verilmişdir. Mülki işin materiallarında olan «X4» Bakı filialı ilə Cavabdeh2 arasında imzalanmış 24 avqust 2021-ci il tarixli 1.000 nömrəli zaminlik müqaviləsindən müəyyən edilir ki, Cavabdeh2 24 avqust 2021-ci il tarixli 760 №li kredit müqaviləsi üzrə öhdəliklərinin təminatçısı kimi Cavabdeh1 zamin durmuşdur. Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 24 avqust 2021-ci il tarixli 760 №li kredit müqaviləsi üzrə 8.519,02 manat əsas borc, 542,40 manat faiz borcu, cəmi 9.061,42 manat məbləğində «X4» Bakı filialına kredit borcu yaranmışdır. Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 24 avqust 2021-ci il tarixli 760 №li kredit müqaviləsi üzrə 8.519,02 manat əsas borc, 464,84 manat faiz borcu, cəmi 8.983,86 manat məbləğində «X4» Bakı filialına kredit borcu yaranmışdır. Məhkəmə araşdırmaları zamanı işin materiallarında olan sənədlərdən və işin hallarından müəyyən edilmişdir ki, Cavabdeh1 bağlanmış 24 avqust 2021-ci il tarixli 760 №li kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki işin materiallarında olan bildirişlərdən müəyyən edilir ki, 24 avqust 2021-ci il tarixli 760 №li kredit müqaviləsi üzrə öhdəlikləri icrası barədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xəbərdar edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 743-cü maddəsində göstərilmişdir ki, əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Məhkəmə bu hissədə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçı «X4» Bakı filialı ilə Cavabdeh1 arasında kredit müqaviləsinin bağlanmasına baxmayaraq, cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən və bununla da onun əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi müəyyən edildiyindən, Cavabdeh1 24 avqust 2021-ci il tarixli 760 №li kredit müqaviləsi üzrə 8.519,02 manat əsas borc, 464,84 manat faiz borcu, cəmi 8.983,86 manat alınaraq iddiaçı «X4» Bakı filialına qaytarmalı, bu hissədə iddia təmin edilməlidir. Məhkəmə iddiaçı «X4» Bakı filialının Cavabdeh2 qarşı hissədə iddia tələbini əsaslı və qanuni hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsində göstərilmişdir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, Cavabdeh2 24 avqust 2021-ci il tarixli 1.000 nömrəli zaminlik müqaviləsinə əsasən borclu Cavabdeh1 bank arasında bağlanmış 24 avqust 2021-ci il tarixli 760 №li kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərinə götürdüyündən və zaminlik müqaviləsi üzrə iddiaçı «X4» Bakı filialı qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıdığından, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 8.519,02 manat əsas borc, 464,84 manat faiz borcu, cəmi 8.983,86 manat məbləğində 14 aprel 2023-cü il tarixinə olan kredit borcu alınaraq iddiaçı «X4» Bakı filialına ödənilməli, bununla da iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki işin materiallarında olan ödəniş qəbzindən müəyyən edilir ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə 110,61 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 110,61 manat dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq iddiaçı «X4» Bakı filialının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 8.519,02 manat əsas borc, 464,84 manat faiz borcu, cəmi 8.983,86 manat məbləğində 14 aprel 2023-cü il tarixinə olan kredit borcu və ödənilmiş 110,61 manat borc alınaraq iddiaçı «X4» Bakı filialına ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar