Məhkəmə qərarları › İş №e-2(012)-1832/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1832/2023

26.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1832/2023 26.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 700 manat məbləğində pulun və ödədiyi 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, o, Cavabdeh torpaq sahəsi almaqla bağlı tanımışdır. Belə ki, o, 2021-ci ilin ortalarında “Tap.az” saytında Abşeron rayonu, Qobu qəsəbəsində 2 sot torpaq sahəsinin satılması barədə elana rast gəlmişdir. Həmin elanda olan telefon nömrəsinə zəng etmiş və torpaq sahəsini almaq istədiyini bildirmişdir. Bundan sonra Cavabdeh ilə görüşmüş, həmin torpaq sahəsinə baxmış və torpağın satılması ilə bağlı razılaşmışdır. Həmin torpaq sahəsinə görə o, Cavabdeh 700 manat məbləğində pul vermişdir. Lakin cavabdeh onu aldadaraq həmin torpaq sahəsini ona təhvil verməmişdir. Buna görə də o, cavabdehə müraciət edərək ödədiyi 700 manat pulu geri tələb etmişdir. Lakin cavabdeh hər dəfə pulunu qaytarmağa söz versə də, vədinə əməl etməmişdir. Göstərilənlərə əsasən, o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan Abşeron RPİ-nin İstintaq Şöbəsi tərəfindən verilmiş 30 yanvar 2022-ci il tarixli cinayıt işinin başlanmasının rədd edilməsi haqqında qərarda Cavabdeh tərəfindən yazılmış və öz imzası ilə təsdiq edilmiş izahatdan görünür ki, təxminən 8 ay əvvəl “Tap.az” saytında yerləşdirdiyi torpaq sahəsinin satışı ilə bağlı elanla əlaqədar Anar Baxşıyev adlı şəxs ona zəng edib torpaq sahəsinə baxmaq istədiyini demiş və bununla bağlı görüşmüşlər. Onlar görüşdükdən sonra həmin şəxs torpaq sahəsini bəyənmiş və ümumilikdə 2 sot torpaq sahəsinə görə 700 manat pul vermişdir. O, da bələdiyyə sənədi əsasında sözü gedən torpaq sahəsini Anara satmışdır. Lakin bir müddətdən sonra Anar torpaq sahəsini qaytarmaq istədiyini demiş və ondan bunun səbəbini soruşduqda Anar həmin sahənin qəbiristanlıq ərazisi olduğunu bildirmişdir. Anardan aldığı 700 manat pulu tez bir zamanda qaytaracağına söz verdiyini və bu barədə Anarın özünə də bildirdiyini, əslində həmin torpaq sahəsinin ümumilikdə 12 sot olduğunu və onun 2 sotunu Anara satdığını, torpaq sahəsinin qəbiristanlıq ərazisinə heç bir aidiyyəti olmadığını və qəbiristanlıqdan 1 kilometr aralıda yerləşdiyini, torpaq sahənin ona məxsus olmadığını və bu işdəcə sadəcə o vasitəçilik etdiyini göstərmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, işin mübahisə edilməyən hallarından məlum olur ki, Cavabdeh İddiaçı torpaq sahəsinə görə 700 manat pul almışdır. Sonradan cavabdeh həmin torpaq sahəsini iddiaçıya təhvil verməmişdir. Qeyd edilən hallar Abşeron RPİ-nin İstintaq Şöbəsi tərəfindən verilmiş 30 yanvar 2022-ci il tarixli cinayıt işinin başlanmasının rədd edilməsi haqqında qərarda Cavabdeh tərəfindən yazılmış və öz imzası ilə təsdiq edilmiş izahat ilə öz təsdiqini tapır. Odur ki, Cavabdeh heç bir hüquqi əsas olmadan iddiaçının hesabına əsassız varlandığından, məhkəmə hesab edir ki, Cavabdeh 700 manat pul alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəllənin 1091.1-ci maddəsinə əssən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikasının Mülki Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 30 manat da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 700 manat pul və 30 manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar