Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1834/2022 16.05.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Sultanov Əlisahib Həbib oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi iddia tələbinə dair mülki işə 16 may 2022-ci il tarixdə Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi iddia tələbi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 453,60 (dörd yüz əlli üç manat altmış qəpik) manat məbləğində zərərin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 738.05 (yeddi yüz otuz səkkiz manat beş qəpik) manat pulun, 400 (dörd yüz) manat vəkil xidmətlərinin əvəzinin və 38,37 (otuz səkkiz manat otuz yeddi qəpik) manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 1630,02 (bir min altı yüz otuz manat iki qəpik) manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nin Azərbaycan X4 şöbəsi üzrə (Kod 805153, VÖEN**********, M/HAZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında 27.04.2020-ci il tarixində 14/1669 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00026 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4 markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X3”nın tələblərinə əməl etmək) və “X3”nın 6.5-ci bəndinin (qaz paylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır (cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır). İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X3nın pozulması haqqında ”müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş 14.05.2020-ci il tarixli ******* saylı akt əsasında 453,60 (dörd yüz əlli üç manat altmış beş qəpik) manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Yuxarıda qeyd olunanlardan əlavə cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 738.05 (yeddi yüz otuz səkkiz manat beş qəpik) manat borcu (debitor borc) da qalmışdır. Beləliklə, cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda Abonentin SALDO-su üzrə ümumi 1191,65 (bir min bir yüz doxsan bir manat altmış beş qəpik) manat təşkil etməkdədir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı nümayəndəsi X2 iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməyinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5. maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış 27.04.2020-ci il tarixində 14/1669 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilədən görünür ki, tərəflər arasında paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.3.2, 2.3.3 və 2.3.4-cü bəndlərində göstərilmişdir ki, bu Müqavilənin və “X3”nın, qaz qurğularına dair lahiyə və istismar sənədlərinin tələblərinə, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində “paylayıcı”ya dəymiş zərərin əvəzini ödəmək “istehlakçı”nın vəzifəsidir. Həmin müqavilənin 3.4-cü bəndinə əsasən hesab istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra 1 ay müddətində istehlakçı tərəfindən bank və ya poçt şöbələri vasitəsi ilə tam ödənilməlidir. İş materiallarından müəyyən edilir ki, ödəyici İddiaçı tərəfindən dövlət rüsumuna görə 38,37 manat məbləğində pul vəsaiti ödənilmişdir. Mülki iş materiallarında olan İddiaçı əməkdaşları tərəfindən tərtib olunmuş, 14.05.2020-ci il tarixli, ******* nömrəli aktda görünür ki, istehlakçı Cavabdeh məxsus Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən ünvana baxış keçirilən zaman sayğacdan əvvəl qeydiyyatsız təbii qazdan istifadə olunduğu aşkar olunmuşdur. Aktda dəymiş ziyanın hesablanması tələb olunmuşdur. Cavabdeh həmin aktı imzalamaqdan imtina etmişdir. Mülki iş materiallarında olan Dəymiş ziyanın bərpasına dair 14.05.2020-ci il tarixli tələbnamədən müəyyən olunur ki, Qaz işlədicilərindən PQ2-ün maksimal saatlıq qaz sərfi 0.6 m3 /saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, Radiator-un maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilsin. İtirilmiş qaz sərfiyyatı bu formada hesablanmışdır: 0.6x24x90=1296 m3, 01.5x24x90=3240 m3, cəmi 4536 m3. İş materiallarında olan Abonentin Saldosundan görünür ki, Cavabdeh (**********00026 abonent kodlu) yaşadığı ünvan 3 ünvanında ailə tərkibi 4 nəfərdir, Natek Enerji G-4 Mexanika tip, 40011680 № li, qaz sayğacı 14.05.2020-ci il tarixdə quraşdırılmışdır. Abnonetin cihazları qismində 3 gözlü qaz plitələri (PQ-3)(1/1) qeyd edilmişdir. Abonentə qaz sərfiyyatına görə 738,05 manat, qalıq və aktlara görə 453,60 manat hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilən “X3”nın 6.5-ci bəndinə əsasən, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar; 136.4-cü maddəsinə əsasən kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir; 139.1-ci maddəsinə əsasən kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. Məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh yaşadığı (abonent kodu: **********00026) ünvan 3 ünvanında sayğacdan əvvəl qeydiyyatsız qazdan istifadə etdiyi aşkar olunması ilə əlaqədar, yəni sayğacdan əvvəlki dövrlərə aid akt tərtib edilmişdir. Halbuki, sayğacdan əvvəlki dövr üçün həmin ünvanda təbii qazdan istifadə olunması hər hansı sübutla təsdiq olunmur. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi 453,60 manat ziyan tələbi hissəsində əsassızdır və təmin edilməməlidir. İddia tələbinin debitor borcu hissəsində məhkəmə hesab edir ki, abonent saldosundan da göründüyü kimi cavabdehin cəmi 738,05 manat debitor borcu vardır. Odur ki, iddia tələbi debitor borcu hissəsində təmin edilməli, 738,05 manat debitor borcu olaraq pul Cavabdeh tutulub iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin “Cavabdeh hüquqi xidmət göstərilməsi üçün hüquq şirkətinə ödənilmiş 400 manat məbləğində xidmət haqqının tutularaq İddiaçınə ödənilməsi” hissəsi ilə əlaqədar qeyd edir ki, iddiaçı hüquqi xidmət göstərilməsi üçün 400 manat məbləğində xidmət haqqı ödəməsini iddia etsə də, bununla bağlı sübutu (ödəniş qəbzini) məhkəməyə təqdim edə bilmədi. Bu səbəbdən məhkəmə hesab edir ki, qeyd olunan hissədə iddia tələbi əsassız hesab edilməli və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 38.37 manat dövlət rüsumunun 20 manat hissəsi cavabdehdən tutulmalıdır. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh təbii qazdan istifadəyə görə 738,05 manat debitor borcu, ödənilmiş dövlət rüsumuna görə 20 manat məbləğində pul tutularaq İddiaçınə ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220,227-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh təbii qazdan istifadəyə görə 738,05 manat debitor borcu, ödənilmiş dövlət rüsumuna görə 20 manat pul tutularaq İddiaçı Azərbaycan X4 şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №e-2(012)-1834/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1834/2022
16.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver