Məhkəmə qərarları › İş №e-2(012)-1835/2023

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-1835/2023

12.06.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-1835/2023 12.06.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi ilə, İddiaçı vəkili-nümayəndəsi X4, Cavabdeh Heydər Əliyev adına X7 nümayəndəsi X1, Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "xxxx" İdarəsinin nümayəndəsi X3, Cavabdeh2 nümayəndəsi Məmmədov Rövşənin iştirakı ilə, İddiaçı cavabdehlər Heydər Əliyev adına X9, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "xxxx" İdarəsi, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «Neft Kəmərləri» İdarəsi,Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4nə qarşı «fərdi yaşayış evinin tikintisinə olan qadağanın götürülməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Heydər Əliyev adına X9, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "xxxx" İdarəsi, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «Neft Kəmərləri» İdarəsi,Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4nə qarşı «fərdi yaşayış evinin tikintisinə olan qadağanın götürülməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı vəkili-nümayəndəsi X5 ərizə təqdim edərək, hazırki mülki işin baxılmamış saxlanılaraq iddia ərizəsi və iddia ərizəsinə əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etdi. Cavabdehlər məhkəmə iclasında mülki işin baxılmamış saxlanılmasına etiraz etmədilər. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin qaytarılmasını xahiş etdiyindən və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən, ərizə baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası MPM-nin 260.1-ci maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263, 264, 266- 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Heydər Əliyev adına X9, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "xxxx" İdarəsi, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «Neft Kəmərləri» İdarəsi,Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4nə qarşı «fərdi yaşayış evinin tikintisinə olan qadağanın götürülməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki iş baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar