Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-189/2025 20.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi ilə, İddiaçı QSC BOKT-un Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC BOKT Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borc üzrə 968 manat, faiz borcu üzrə 2521,68 manat olmaqla, cəmi 3489,68 manat borcun və ödənilmiş 55 manat dövlət rüsumunun tutularaq İddiaçı BOKT QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, İddiaçı QSC-nin Bakı filialı ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixli 029-03 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 27 % tətbiq edilməklə, 24 ay müddətinə ticarət dövriyyəsinin artırılması məqsədi ilə 1200 manat məbləğində pul vəsaiti verilmişdir. Cavabdeh iddiaçı qarşısında öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, Cavabdeh hazırda əsas borc üzrə 968 manat, faiz borcu üzrə 2521,68 manat olmaqla,cəmi 3489,68 manat məbləğində borcu vardır. İddiaçı tərəfindən pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehlərə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas borcdan istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş, onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bu günədək yerinə yetirilməmişdir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İştirak etdiyi məhkəmə iclasında İddiaçı QSC BOKT-un nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə etdi və onun təmin edilməsini xahiş etdi. Cavabdeh iştirak etdiyi məhkəmə iclasında iddanı qəbul etdiyini bildirdi. O, borcun hissə-hissə ödənilməsinə şərait yaradılmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsini və cavabdehi dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2014-cü il tarixli 029-03 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı QSC – “Bank”, Cavabdeh – “borcalan” olmaqla, bağlanmış həmin müqaviləyə əsasən ticarət məqsədilə Cavabdeh illik 27 % olmaqla, 24 ay müddətinə 1200 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə borcun olması və onu ödəməsi barədə xəbərdar edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı QSC-yə əsas borc üzrə 968 manat, faiz borcu üzrə 2521,68 manat olmaqla, cəmi 3489,68 manat məbləğində borcu vardır. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-9/9100/2024 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və 03 dekabr 2014-cü il tarixli, 029-03 saylı kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh xx.xx.2016-cı il tarixə (müqavilə müddətinin sonuna) İddiaçı QSC BOKT-nə olan borcu 1.355,84 AZN məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə 969,15 manat, faiz borcu üzrə 386,69 manat. Həmçinin qeyd edilir ki, iş materiallarında olan ödəniş qəbzləri və hesabdan çıxarış məlumatlarından göründüyü kimi, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək ümumilikdə 150 manat məbləğində ödəniş edilmişdir. Həmin ödəniş nəzərə alındığı təqdirdə 1205,84 manat (1355,84 - 150,00) məbləğində borcu qalacaqdır, o cümlədən:əsas borc 969,15 manat, faiz borcu 236,69 manat. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları məhkəmədə sübuta yetirə bilib və onun iddia tələbinin qanuni əsasları vardır. Çünki tərəflər arasında kredit müqaviləsi imzalanıb. Bu müqavilə Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən edilmiş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanıb və onun etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Təsvir olunanlarla müəyyən edilir ki, cavabdeh xx.xx.2014-cü il tarixli 029-03 saylı kredit müqaviləsinə əsasən İddiaçı QSC-dən ticarət məqsədilə illik 27 % olmaqla, 24 ay müddətinə 1200 manat kredit götürmüş, lakin o, xx.xx.2014-cü il tarixli 029-03 saylı kredit müqaviləsini bağlayarkən götürdüyü öhdəlikləri pozmuş, onu lazımınca icra etməyərək İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına ödənilməli olan əsas borc və əsas borca görə hesablanmış faizləri ödəməmiş və bununla da, iddiaçıdan aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini tamamilə yerinə yetirməmişdir. İddiaçı yaranmış borcu öz maliyyə arayışına istinad etməklə hesablamışdır. Bu arayışdan görünür ki, Cavabdeh İddiaçı QSC-yə əsas borc üzrə 968 manat, faiz borcu üzrə 2521,68 manat olmaqla, cəmi 3489,68 manat məbləğində borcu vardır. İş materiallarından görünür ki, cavabdehə Banka olan borcu ödəməsi ilə əlaqədar müvafiq qaydada xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə ücün faizlər, əgər müqavilədə faizlərin hesablanması ücün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Mübahisənin daha obyektiv həll edilməsi məqsədilə məhkəmənin müvafiq qərardadına əsasən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və borc ekspert tədqiqatı ilə yenidən hesablanmışdır. Ekspert tədqiqatı ilə müəyyən edilmişdir ki, məlum kredit müqaviləsi üzrə hazırda əsas borc 969,15 manat, faiz borcu 236,69 manat olmaqla, ümumilikdə borc 1205,84 manat təşkil edir. Məhkəmə bu rəyi mötəbər sübut növü kimi qəbul edir, bununla belə MPM-nin 218.3-cü maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Cavabdeh İddiaçı QSC BOKT-un xeyrinə 968 manat əsas borc və 236,69 manat faiz borcu tutulmalı, iddia qismən təmin olunmalıdır. İddia qalan hissədə təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı QSC BOKT-un xeyrinə 968 manat əsas borc və 236,69 manat faiz borcu olmaqla, cəmi 1204,69 manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 32,05 manat pul tutulsun. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri kimi 50 manat pul Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №e-2(012)-189/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-189/2025
20.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver