Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1891/2023 25.04.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyev Fərid Ələmşah oğlunun katibliyi, İddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” İKB-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” İKB-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə 25 aprel 2023-cü il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” İKB Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, QSC “Bank Standard” KB ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 1xx/xx/125179/14 saylı kredit müqaviləsi üzrə cavabdehdən 391.40 (üç yüz doxsan bir manat, 40 qəpik) manat məbləğində əsas borc, 43.29 (qırx üç manat, 29 qəpik) manat məbləğində faiz borcu, 57.16 (əlli yeddi manat, 16 qəpik) manat məbləğində cərimə borcu, 111.05 (bir yüz on bir manat, 05 qəpik) manat gecikmiş vaxt üçün hesablanmış illik faiz dərəcəsi, ümumilikdə isə 602.90 (altı yüz iki manat 90 qəpik) manat məbləğində pulun və 30 (otuz) manat dövlət rüsümunun ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankı arasında 25 oktyabr 2014-cü il tarixində kredit verilməsi haqqında 1xx/xx/125179/14 saylı müqavilə bağlanmış və Kredit Müqaviləsinə əsasən Bank tərəfindən Cavabdehə illik 25 (iyirmi beş) faiz ödənilməsi şərti ilə 24 (iyirmi dörd) ay müddətinə 602 (altı yüz iki) manat məbləğində kredit verilmişdir. Lakin, cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində onun xx.xx.2022-ci il tarixinə Banka 391.40 (üç yüz doxsan bir manat, 40 qəpik) manat məbləğində əsas borc, 43.29 (qırx üç manat, 29 qəpik) manat məbləğində faiz borcu, 57.16 (əlli yeddi manat, 16 qəpik) manat məbləğində cərimə borcu, 111.05 (bir yüz on bir manat, 05 qəpik) manat gecikmiş vaxt üçün hesablanmış illik faiz dərəcəsi, ümumilikdə isə 602.90 (altı yüz iki manat 90 qəpik) manat məbləğində borcu qalmışdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” İKB-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Bildirdi ki, cavabdehə borcun restrukturizasiya olunması barədə təklif olunsa da, bununla bağlı müraciət etməmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 25 oktyabr 2014-cü il tarixli 1xx/xx/125179/14 saylı kredit müqaviləsindən müəyyən edilir ki, QSC “Bank Standard” İKB tərəfindən Cavabdeh illik 25 faiz ödənilməsi şərti ilə 24 ay müddətinə 602 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərindən və ona əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh ona verilmiş kredit üzrə əsas və faiz borclarını xx.xx.2014-cü il tarixdən başlayaraq, xx.xx.2016-cı il tarixinə kimi hər ay banka 32.13 manat ödəməklə qaytarmalıdır. İş materiallarında olan aktdan müəyyən olunur ki, 22 noyabr 2016-cı il tarixdə Bank Standard QSC tərəfindən 343972 saylı qaimə ilə göndərilmiş məktub Cavabdeh Vagif oğluna, Abşeron rayonu, Xırdalan qəs., Koroğlu küç., ev 48, 24 noyabr 2016-cı il tarixində - hal-hazırda rayondadır səbəbi ilə geri qaytarılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli arayışdan müəyyən edilir ki, Cavabdeh 25 oktyabr 2014-cü il tarixli 1xx/xx/125179/14 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə QSC “Bank Standard” İKB-yə 391.40 (üç yüz doxsan bir manat, 40 qəpik) manat məbləğində əsas borc, 43.29 (qırx üç manat, 29 qəpik) manat məbləğində faiz borcu, 57.16 (əlli yeddi manat, 16 qəpik) manat məbləğində cərimə borcu, 111.05 (bir yüz on bir manat, 05 qəpik) manat gecikmiş vaxt üçün hesablanmış illik faiz dərəcəsi, ümumilikdə isə 602.90 (altı yüz iki manat 90 qəpik) manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 739.1-ci maddəsində göstərilmişdir ki, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Belə ki, iddia ərizəsindən və nümayəndənin izahatından göründüyü kimi cavabdehə borcun restrukturizasiya olunması barədə təklif olunsa da, bununla bağlı müraciət etməmişdir.Azərbaycan Respublikasının Prezidentinin fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər görülməsinə dair 28 fevral 2019-cu il tarixli Fərmanının icrasının təmin edilməli olması baxımından iddiaçı tərəf iddia tələbinin əsasını təşkil edən, əsas borc hissəsində tələb əsaslıdır, iddia tələbinin digər hissəsini əsaslandıran sübutlar yetərli olmadığından qalan hissədə isə iddia təmin edilməməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçı QSC “Bank Standard” İKB ilə Cavabdeh arasında kredit müqaviləsinin bağlanmasına baxmayaraq, Cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən iddia tələbi qismən təmin edilməli, Cavabdeh iddiaçının xeyrinə 391.40 (üç yüz doxsan bir manat qırx qəpik) manat məbləğində əsas borc tutulmalı, qalan hissədə iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, həmçinin hesab edir ki, iddia qismən təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manatın 20 manat məbləğindəki hissəsi Cavabdeh alınaraq iddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” İKB-yə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 25 oktyabr 2014-cü il tarixli 1xx/xx/125179/14 saylı kredit müqaviləsi üzrə 391.40 (üç yüz doxsan bir manat qırx qəpik) manat borc və ödənilmiş dövlət rüsumu üçün 20 manat alınaraq Ləğv prosesində olan QSC “Bank Standard” İKB-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №e-2(012)-1891/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1891/2023
25.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver