Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1994/2025 02.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Adıgözəlli Ülviyyə Aydın qızının katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı borcun tutulmasına dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2024-cü il tarixli, BRCB7242650B123 saylı Kredit xətti müqaviləsi üzrə 100 manat əsas, 34,90 manat faiz olmaqla, cəmi 134,90 manat borc, xx.xx.2024-cü il tarixli, GTZK7242649B123 saylı Kredit müqaviləsi üzrə 5065,72 manat əsas, 549,21 manat faiz olmaqla, cəmi 5614,93 manat borc olmaqla, ümumilikdə 5749,83 manat borc pul vəsaiti və 77,50 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, BRCB7242650B123 saylı Kredit xətti müqaviləsinə əsasən, ona (cavabdehə) 58 ay müddətinə, illik 27 % faiz dərəcəsi ilə 100 manat məbləğində, xx.xx.2024-cü il tarixli, GTZK7242649B123 saylı Kredit müqaviləsinə əsasən, illik 21,3 % faiz dərəcəsi ilə 48 ay müddətinə 5200 manat məbləğində kredit verilmişdir. Kredit xətti müqaviləsinin şərtlərinə əsasən, cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Nəticədə cavabdehin xx.xx.2024-cü il tarixə İddiaçı ASC-yə xx.xx.2024-cü il tarixli, BRCB7242650B123 saylı Kredit xətti müqaviləsi üzrə 100 manat əsas, 34,90 manat faiz olmaqla, cəmi 134,90 manat borcu, xx.xx.2024-cü il tarixli, GTZK7242649B123 saylı Kredit müqaviləsi üzrə 5065,72 manat əsas, 549,21 manat faiz olmaqla, cəmi 5614,93 manat, ümumilikdə 5749,83 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. Odur ki, hazırkı tələblə bağlı məhkəməyə müraciət edilmişdir. İddiaçı "xxxx" ASC-nin məhkəməyə xx.xx.2025-ci il tarixində ünvanladığı ərizəyə əsasən, bütün məhkəmə iclaslarının iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılıb iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətində Mülki Prosessual Məcəllə adlandırılacaq) 185.5. maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və tədqiq olunmuş: -İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, BRCB7242650B123 saylı Kredit xətti müqaviləsindən görünür ki, bank tərəfindən cavabdehə 58 ay müddətinə, illik 27 % faiz dərəcəsi ilə ümumilikdə 15000 həddində verilə biləcək kredit xətti açılmış, ilkin olaraq 100 manat məbləğində kredit köçürülmüşdür. -İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, GTZK7242649B123 saylı Kredit müqaviləsindən görünür ki, bank tərəfindən cavabdehə illik 21,3 % faiz dərəcəsi ilə 48 ay müddətinə 5200 manat məbləğində kredit verilmişdir. -xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, borclunun xx.xx.2024-cü il tarixə xx.xx.2024-cü il tarixli, BRCB7242650B123 saylı Kredit xətti müqaviləsi üzrə 100 manat əsas, 34,90 manat faiz olmaqla, cəmi 134,90 manat borcu, xx.xx.2024-cü il tarixli, GTZK7242649B123 saylı Kredit müqaviləsi üzrə 5065,72 manat əsas, 549,21 manat faiz olmaqla, cəmi 5614,93 manat borcu yaranmışdır. -İş materiallarında olan xx.xx.2024-cü il tarixli xəbərdarlıq və poçt reyestrindən görünür ki, cavabdehə müqavilə üzrə borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. -İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən İddiaçı ASC - adlı quruma, VÖEN ********** dövlət qeydiyyatı nömrəsi ilə qeydə alınmış və xx.xx.2023-cü il tarixli, **********670800 nömrə ilə çıxarış verilmiş, qanuni təmsilçi X1r. İşin araşdırılan hallarından və tədqiq olunmuş sənədlərdən təsdiq olunur ki, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, onun iddiaçı qarşısında icra edilməmiş kredit öhdəlikləri nəticəsində xx.xx.2024-cü il tarixli, BRCB7242650B123 saylı Kredit xətti müqaviləsi üzrə 100 manat əsas, 34,90 manat faiz olmaqla, ümumilikdə 134,90 manat borcu, xx.xx.2024-cü il tarixli, GTZK7242649B123 saylı Kredit müqaviləsi üzrə 5065,72 manat əsas, 549,21 manat faiz olmaqla, cəmi 5614,93 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 77,50 manat dövlət rüsumu ödənilmişdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, ərizə təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixli, BRCB7242650B123 saylı Kredit xətti müqaviləsi üzrə 100 manat əsas, 34,90 manat faiz, xx.xx.2024-cü il tarixli, GTZK7242649B123 saylı Kredit müqaviləsi üzrə 5065,72 manat əsas, 549,21 manat faiz olmaqla, ümumilikdə 5749,83 manat borc pul vəsaiti və 77,50 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizə təmin edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2024-cü il tarixli, BRCB7242650B123 saylı Kredit xətti müqaviləsi üzrə 100 (yüz) manat əsas, 34,90 (otuz dörd manat doxsan qəpik) manat faiz, xx.xx.2024-cü il tarixli, GTZK7242649B123 saylı Kredit müqaviləsi üzrə 5065,72 (beş min altmış beş manat yetmiş iki qəpik) manat əsas, 549,21 (beş yüz qırx doqquz manat iyirmi bir qəpik) manat faiz olmaqla, ümumilikdə 5749,83 (beş min yeddi yüz qırx doqquz manat səksən üç qəpik) manat borc pul vəsaiti və 77,50 (yetmiş yeddi manat əlli qəpik) manat dövlət rüsumunun tutulsun. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №e-2(012)-1994/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1994/2025
02.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver