Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2006/2025 16.01.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Fizuli Məhəmməd Fizuli oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh (müstəqil tələb irəli sürməyən İİİ şəxs LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti) qarşı subroqasiya qaydasında borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək, Cavabdeh 3686.95 manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği, 56.87 manat dövlət rüsumu, ümumilikdə 3743.82 manat məbləğin tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(012)-2006/2025 saylı qərardadına əsasən, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbinə dair borcun tutulması barədə kiçik iddiaya dair iş üzrə sadələşdirilmiş icraat qaydasında materiala iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, “İsuzu Visigo” markalı, H029230 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci il tarixdə MİC2000052_189 saylı müqavilə ilə "xxxx" ASC-də “avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmışdır. xx.xx.2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “Subaru Forester” markalı, **-ZX-*** dövlət qeydiyyat nişanlı avtomobil Abşeron rayonu ərazisində hərəkət edən zaman yol nəqliyyat hadisəsi törətmiş, nəticədə “İsuzu Visigo” markalı, H029230 dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Belə ki, yuxarıda qeyd olunan hadisə ilə bağlı tağ tərım komandiri tərəfindən qəbul olunmuş qərarla “Subaru Forester” markalı, **-ZX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh İXMnin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirkar şəxs olduğu müəyyən edilmişdir. Beləliklə, qeyd edilən yol-nəqliyyat hadisəsi nəticəsində “İsuzu Visigo” markalı, H029230 dövlət qeydiyyat nişanlı avtomobilə 4436.80 manat məbləğində maddi zərər dəymişdir. MİC2000052_189 saylı sığorta şəhadətnaməsinə və AKS210035 saylı, xx.xx.2021-ci il tarixli Sığorta ödənişi aktına əsasən "xxxx" ASC tərəfindən cəmi 4011.80 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. “İcbari sığortalar” haqqında Qanunun 56-cı maddəsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə üçüncü şəxslərin əmlakına dəyən zərərə görə ödəniş 5000 manata qədər ola bilər. Cavabdehin hadisə zamanı idarə etdiyi “Subaru Forester” markalı, **-ZX-*** dövlət qeydiyyat nişanlı avtomobil avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə "xxxx" ASC-də sığortalanmışdır. Buna görə sığorta ödənişi məbləğinin 324.85 manatı "xxxx" ASC tərəfindən ödənmişdir. Odur ki, iddiaçı sığorta ödənişi məbləğinin qalan hissəsini Cavabdeh tələb edir. Göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edərək təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və əlavə olaraq izahatında bildirmişdir ki, hadisədə 3 zərərçəkən var. Digər şəxslərə də zərər dəymişdir. Ümumi zərər 5000 manatdan çox olduğuna görə dəymiş ziyanlara görə onlara 30 manat məbləğ ödənilmişdir. Cavabdehin icbari sığortası “Azsığorta”-da edilmişdir. Ümumilikdə idiaçıya 4436.80 manat ziyan dəymiş, 4011.80 manat məbləği kasko olduqlarına görə iddiaçı tərəf ödəmiş, daha sonra icbarini tələb etmişlər. İddiaçıya təxminən 300 manat ödəniş edilmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və əlavə olaraq izahatında bildirmişdir ki, sözügedən qəza 5 il əvvəl baş vermiş, o “Subaru Forester” markalı avtomobili idarə etmişdir. Qəza zamanı avtobus sürücüsündən ümumi xərci soruşmuş, təxminən 1000 manat xərcinin olacağını bildirmiş, iddiaçı isə məbləği dəfələrlə artıraraq absurd rəqəmlər tələb etməkdədir. Ümumiyyətlə, qəza anından bəri ondan heç bir şey tələb edilməmiş, heç bir bildiriş göndərilməmişdir. Ekspert rəyindəki məbləğ şişirdilmiş məbləğdir. Müstəqil tələb irəli sürməyən İİİ şəxs LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən gəlməmişdir. Belə olan halda məhkəmə mülki işə müstəqil tələb irəli sürməyən İİİ şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -xx.xx.2020-ci il tarixli, MİC2000052 saylı avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsindən görünür ki, “İsuzu Visigo” markalı, H029230 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddətdə "xxxx" ASC-də sağlamlığa dəyən zərərə görə bir şəxs üçün 50000 manat, bir hadisə üçün 700000 manat dəyərində sığortalanmışdır. -xx.xx.2020-ci il tarixli, ******* saylı İnzibati Xəta haqqında Protokolun surətindən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə Bakı-Quba yolunda İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. -xx.xx.2021-ci il tarixli, AKS210035 saylı sığorta ödənişi aktından görünür ki, “İsuzu Visigo” markalı, H029230 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 4436.80 manat zərər köçürmə yolu ilə "xxxx" MMC-yə ödənilmiş, Cavabdeh qarşı subroqasiya hüququ yaranmışdır. -xx.xx.2020-ci il tarixli Qüsur Aktından müəyyən edilir ki, “İsuzu Visigo” markalı, H029230 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə ümumi məbləğ 4436.80 manat təşkil edir. -xx.xx.2021-ci il tarixli, 005253 saylı ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən xx.xx.2021-ci il tarixli, AKS210035 saylı sığorta ödənişi aktına əsasən 3760 manat məbləğində sığorta ödənişi "xxxx" MMC-nin AZ11BRES******************** saylı hesab nömrəsinə köçürülmüşdür. -xx.xx.2021-ci il tarixli, 005256 saylı ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən xx.xx.2021-ci il tarixli, AKS210035 saylı sığorta ödənişi aktına əsasən 676.80 manat məbləğində sığorta ödənişi "xxxx" MMC-nin AZ48CTRE******************** saylı hesab nömrəsinə köçürülmüşdür. -"xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, aparılmış hesablamalar nəticəsində “İsuzu Visigo” markalı, H029230 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərər və təmir xərcləri real bazar qiymətləri ilə 3510 manat təşkil edir. -Həmçinin sözügedən mütəxəssis rəyindən görünür ki, mütəxəssis tədqiqatının dəyəri 500 manat təşkil edir. -LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, xx.xx.2020-ci il tarixdə Abşeron rayonu ərazisində “Subaru Forester” markalı, **-ZX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünün təqsiri ucbatından baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində bir neçə əmlaka zərər dəymişdir. Əmlaklara dəymiş zərər məbləği sığorta məbləğini aşdığından “İSUZU avtobus” markalı, H029230 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə "xxxx" ASC-yə 324.85 manat sığorta ödənişi ödənilmiş, bununla da şirkət tərəfindən həmin hadisə üzrə bütün öhdəliklər tam şəkildə yerinə yetirilmişdir. -Sığorta ödənişi ilə bağlı 22173/2022 saylı aktın surətindən görünür ki, Cavabdeh sığortaçısı olan “Azərsığorta” DSKŞ tərəfindən ümumilikdə 324.85 manat sığorta ödənişi edilmişdir. -“Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün "xxxx" ASC tərəfindən 56.87 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. 936.1-ci maddəsinin mahiyyətindən görünür ki, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinin tələbinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a.istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərəçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə ilə,nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. İşin məhkəmə iclasında müəyyən edilən hallarından aydın olur ki, tərəflər arasında yaranmış mülki hüquq münasibətlərinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1-ci maddəsində nəzərdə tutulmuş yüksək təhlükə mənbəyi tərəfindən sığortalıya vurulmuş zərərin əvəzinin həmin Məcəllənin 1114-cü maddəsinə müvafiq olaraq reqres qaydasında iddiaçı tərəfindən tələb edilməsi təşkil edir. Məhkəmə iclasında araşdırılmış sübutların məcmusu ilə müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixdə Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi baş vermiş, Cavabdeh idarə etdiyi “Subaru Forester” markalı, **-ZX-*** dövlət qeydiyyat nişanlı avtomobil “İsuzu Visigo” markalı, H029230 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi toqquşmuş, hadisə nəticəsində sonuncunun avtomobilinə ziyan dəymişdir. Hadisənin səbəbləri tam təfsilatı ilə aydınlaşdırılarkən müəyyən olunmuşdur ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində göstərilən inzibati xətanı törətmiş, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə 4436.80 manat dəyərində ziyan dəymiş, həmin məbləğin 4011.80 manat hissəsi 22173/2022 saylı aktına əsasən ödənilmişdir. Bundan başqa “Subaru Forester” markalı, **-ZX-*** dövlət qeydiyyat nişanlı avtomobilin “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortası “Azərsığorta” DSKŞ-də olduğundan sığorta hadisəsi üzrə "xxxx" ASC-yə 324.85 manat ödəniş, həmçinin cavabdeh tərəfindən də müəyyən ödənişlər həyata keçirilmişdir. Bundan sonra sığorta şirkəti onun tərəfindən sığortalanmış avtomobilə görə edilmiş sığorta ödənişi məbləğinin cavabdehdən tələb olunmasına dair subroqasiya hüququ əldə etmişdir. Beləliklə, iddiaçı vurulmuş ziyanın əvəzi olaraq qalan 3743.82 manat pulun cavabdehdən tutulmasını xahiş etmiş, cavabdeh isə iddianı qəbul etməmişdir. Tərəflər arasında yaranmış mübahisənin obyektiv həlli məqsədilə məhkəmə qərardadı əsasında keçirilmiş mütəxəssis tədqiqatı nəticəsində də dəymiş ziyanın məbləği 3510 manat dəyərində müəyyən edilmişdir. Məhkəmə məhkəmə iclasında tədqiq edilən sübutları araşdırıb baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə dəymiş ziyanın əvəzi olaraq mütəxəssis rəyi və qüsur aktı ilə müəyyən edilmiş puldan ödənilməmiş 3185.15 manat (3510 manat - 324.85 manat) pul vəsaitinin cavabdehdən tutulmasını əsaslı hesab edərək, iddia ərizəsinin təmin edilməsi qənaətinə gəlir. Məhkəmə bu qənaətə gələrkən mütəxəssis tədqiqatı nəticəsində də dəymiş ziyanın məbləğini daha ağlabatan hesab edir. Həmçinin Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 56.87 manat dövlət rüsumunun 51.85 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya qaytarılmalı, 5.02 manat hissəsi iddiaçının özünə aid edilməli, həmçinin 500 manat mütəxəssis tədqiqatının dəyərinin yarısı, yəni 250 manat hissəsi cavabdehdən, qalan yarısı olan 250 manat hissəsi isə iddiaçıdan tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Beləliklə, məhkəmə qanunvericiliyin qeyd edilən normalarını rəhbər tutub hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh sığorta ödənişinin əvəzi olaraq 3185.15 manat pul vəsaiti və ödənilmiş 51.85 manat dövlət rüsumunun əvəzi iddiaçı "xxxx" ASC-nin xeyrinə xeyrinə tutulmalı, 500 manat mütəxəssis tədqiqatının dəyərinin 250 manat hissəsi cavabdehdən, 250 manat hissəsi isə iddiaçıdan tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh sığorta ödənişinin əvəzi olaraq 3185.15 manat pul vəsaiti və ödənilmiş 51.85 manat dövlət rüsumunun əvəzi iddiaçı "xxxx" ASC-nin xeyrinə xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun 5.02 manat hissəsi iddiaçının özünə aid edilsin. Aparılmış mütəxəssis tədqiqatının dəyərinin 250 manat hissəsi Cavabdeh, 250 manat hissəsi isə iddiaçı "xxxx" ASC-dən tutularaq "xxxx" MMC-nin (VÖEN: **********, Hesab nömrəsi: AZ85ACAB********************, Müxbir hesab: AZ10NABZ**********000005644, bankın kodu-505000) xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə və Mülki Prosessual Məcəllənin 2 saylı əlavəsinə uyğun olaraq) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mirnəsir Mirhəsənli
Məhkəmə qərarları › İş №e-2(012)-2006/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2006/2025
16.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver