Məhkəmə qərarları › İş №e-2(012)-2027/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2027/2023

15.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2027/2023 15.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 2(012)- 809/2020 saylı, 24 fevral 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq, 23 may 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanıması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin və 50 mediasiya rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, o, cavabdehlə 2010-cu ildə qanunla müəyyən edilmiş qaydada nikahlarını rəsmiləşdirməklə ailə qurmuşdur. Birgə nikahlarından 2011-ci ildə X8 adlı uşaqları var. Şirvan Şəhər Məhkəməsinin 2013-cü il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. xx.xx.2020-ci il tarixli 2(012)-4528/2020 saylı qətnaməsi ilə alimentin məbləği artırılaraq qazancının dörddə bir hissəsi miqdarında müəyyən edilmişdir. Hal-hazırda övladı 11 yaşındadır. Uşaq böyüdükcə təlabatları da artır. Verilən aliment uşağın saxlanılmasında çətinlik yaradır. Uşağın bütün qayğısını ehtiyacını əsasən o çəkir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatını ödəmək tək qadın olaraq ona çox çətindir. Buna görə də görə aliment məbləğinin artırılması ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən, o, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, Şirvan şəhər məhkəməsinin xx.xx.2017-il tarixli qətnaməsi ilə iddiaçı ilə birgə nikahlarından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X5 yetkinlik yaşma çatanadək saxlanılması üçün 136 manat sabit pul məbləğində aliment təyin edilmişdir. Şirvan şəhər məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(032)-566/2019 saylı qətnaməsi ilə İddiaçı ona qarşı “aliment miqdarının artırılması tələbinə” dair iddiası təmin edilməmişdir. Həmin qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin 22 may 2019cu il tarixli, 2(106)-1871/2019 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmişdir. Bundan sonra iddiaçı yenidən bu dəfə Abşeron rayon məhkəməsində alimentin miqdarının artırılması tələbilə iddia qaldırmışdır. Abşeron rayon məhkəməsinin hakimi Cəmilə Səfiyevanın sədrliyi ilə keçən məhkəmə iclasında iddiaçının tələbi qismən təmin edilərək alimentin məbləği dəyişdirilərək 150 manat məbləğində müəyyən edilmişdir. Hal-hazırdək hər ay iddiaçıya o, 150 manat aliment ödəyir. Hal-hazırda iş üzrə İddiaçı “aliment miqdarının artırılması tələbi” ilə ona qarşı məhkəmədə yenidən iddia qaldırmışdır. Əlavə olaraq bildirir ki, onun hal-hazırki maddi durumu məhkəmə qətnaməsi ilə təyin olunmuş 150 manat məbləğində alimentdən artıq məbləğdə aliment ödəməyə imkan vermir. Məlumat üçün bildirir ki, bir müddətdən sonra onun ailə vəziyyətində dəyişiklik olmuş, o, 20 oktyabr 2014-cü il tarixdə X2 ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Gülnar ilə birgə nikahlarından 09 fevral 2018-ci il təvəllüdlü X7 və xx.xx.2019-cu il təvəllüdlü X6 adlı iki övladları anadan olmuşdur. O, hal-hazırda “X12” QSC-də işləyir və aylıq əmək haqqı 556 manat təşkil edir. Onun aylıq qazancı (gəliri) stabildir və dəyişilmir. Göstərilmiş faktiki əsaslar Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə əsasən aliment məbləğinin artırılmamasını zəruri edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Maddənin mənasından göründüyü kimi sabit pul məbləğində aliment o halda təyin oluna bilər ki, aylıq qazancını müəyyən etmək mümkün olmasın və yaxud qazancı dəyişkən olsun. Lakin qeyd etdiyim kimi onun rəsmi iş yeri vardır və aylıq əmək haqqı təyin olunmaqla qazancı stabil olmaqla dəyişilməzdir. Qnunun mənasından göründüyü kimi aylıq qazancımın ¼ hissəsi 139 manat təşkil edir. O isə hər ay 150 manat (qazancının 1/4 hissəsindən artıq) aliment ödəyir. Bundan əlavə onun maddi vəziyyətində dəyişiklik olmamışdır ki, alimentin məbləğinin artırılması üçün əsaslar ola bilsin. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə əsasən 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Maddənin mənasından göründüyü kimi ondan 1 uşağa görə qazancının və ya gəlirinin yalnız dörddə bir hissəsi miqdarında aliment tutulmalıdır. Çünki onun qazancı, gəliri stabil və dəyişilməzdir. Qanunvericiliyə görə isə 1 uşağa görə aylıq qazancımın dörddə bir hissəsi tutulub iddiaçıya verilməlidir. Əmək haqqımın dörddə bir hissəsi isə 139 manat təşkil edir. Lakin o, hər ay iddiaçıya 150 manat məbləğində aliment ödəyir. Bundan əlavə isə onun yeni nikahdan iki övladı vardır və həmin uşaqlarında tələbatını təmin etmək valideyn kimi onun borcudur. Çünki əmək haqqının 150 manat hissəsi iddiaçıya aliment kimi tərəfindən ödənilir. Əmək haqqının qalan hissəsi ilə isə aliment məbləği əgər 220 manat təyin olunarsa, (556-220=336) o özü də daxil olmaqla iki uşaq və həyat yoldaşından ibarət (4 nəfər üçün gəlirdən qalan hissə 336 manat) ailə üzvlərimin maddi tələbatını ödəmək iqtidarından məhrum ola bilərəm. Bu fakt iddiaçının iddia tələbinin əsassız olmasını təsdiqləyir. Əlavə olaraq bildirir ki, o, övladıma aliment verməkdən imtina etmir, lakin bugün yüksək məbləğdə alimenti ödəmək iqtidarında deyil. Qanunvericilik məhkəmə qətnaməsi ilə aliment təyin edildikdən sonra maddi vəziyyətdə dəyişiklik olmadığı halda aliment məbləğinin artırılmasını mümkün hesab etmir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Yuxarıda qeyd etdiyi kimi iddiaçı ilə birgə nikahlarından doğulmuş övladlarının saxlanılması üçün məhkəmə qətnaməsi ilə aliment təyin edildikdən sonra onun maddi vəziyyətində hər hansı bir dəyişiklik olmamışdır. Onun övladı X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat aliment ödəməyə imkanı yoxdur. Odur ki, o, iddianın tələbinin təmin edilməməsini xahiş edir. İş materiallarında olan Şirvan Şəhər Məhkəməsinin 2(032)-1585/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsindən görünür ki, 23 may 2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh 136 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-809/2020 saylı, 24 fevral 2020-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Şirvan Şəhər Məhkəməsinin 2(032)- 1585/2017 saylı, xx.xx.2017-ci ilə tərəflərin birgə nikahlarından anadan olmuş 23 may 2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh tutulan hər ay 136 manat sabit pul məbləğində alimentin miqdarının dəyişdirilməsi, 23 may 2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq İddiaçı xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan “X12” QSC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixindən hal-hazırdadək “X12” QSC-nin ünvan 1 ünvanında yerləşən Satış şöbəsində anbardar peşəsində işləyir və 556 manat əmək haqqı alır. İş materiallarında olan Şirvan Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İV № 062372 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X7 09 fevral 2018-ci ildə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası isə X1r. İş materiallarında olan Şirvan Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İV № 270557 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X6 18 aprel 2019-cu ildə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası isə X1r. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında göstərilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə cavabdehin əmək haqqı məbləğinin miqdarını və başqa nikahdan 2 övladının olduğunu nəzərə alaraq hesab edir ki, alimentin tələb olunan miqdarda tutulması hazırda cavavdehin maddi vəziyyətinə mütənasib olmaması, alimentin əmək haqqına uyğun tutulması isə uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi nəzərə alınmaqla uşaqların mənafeyinə uyğun olmaması,məhkəməyə sabit pul məbləğində aliment tutulmasına əsas verir və məhkəmə hər iki tərəfin mənafeyini nəzərə alaraq hesab edir ki,alimentin miqdarı artırılaraq 190 manat həddində müəyyən edilməsi ədalət pirinsipinə cavab verir. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə Ali Məhkəmənin Plenumunun qeyd olunan qərarındakı mövqeyini nzərə alaraq hesab edir ki, alimentin artırılmış məbləğinin tutulmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-in 112.1.3-cü maddəsinə görə aliment alınması haqqındakı iddialarda, iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə istinad edərək hesab edir ki, 30 (otuz) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. Bundan başqa iddia tələbinin 50 manat mediasiya haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin xərc məhkəmə xərclərinə aid olmadığından, iddia tələbi bu hissədə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-809/2020 saylı, 24 fevral 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, 23 may 2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 190 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq, İddiaçı ödənilsin. Qətnamə qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablansın. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. İddia tələbi 50 manat mediasiya haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar