Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-206/2024 19.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Abiyev Elvin Elman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun tələb edilməməsi və elektrik enerjisinin verilməsinə yaradılan maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun tələb edilməməsi və elektrik enerjisinin verilməsinə yaradılan maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən ondan yaşadığı Abşeron rayonu, Sumqayıt şossesi, 1 saylı bina, 55-ci blok, 10-cu mərtəbə, 37.1 kv.m sahəsi olan, 1 otaqlı, 37 saylı mənzilə elektrik enerjisinə görə hesablanmış borcun tələb edilməməsi və elektrik enerjisinin verilməsinə yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7803/2021 saylı, 03 dekabr 2021-ci il tarixli qətnaməsinə əsasən birgə nikah dövründə əldə edilmiş Abşeron rayonu, Sumqayıt şossesi, 1 saylı bina, 55-ci blok, 10-cu mərtəbə, 37.1 kv.m sahəsi olan, 1 otaqlı 37 saylı mənzilə dair ½ (ikidə bir) hissədə payların müəyyən edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 1917/2022 saylı, 11 may 2022-ci il tarixli qətnaməsinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7803/2021 saylı, 03 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qət edilməsi, cavabdeh Hüseynov Əkbər Arzu oğlunun "xxxx" ASCdəki payına (Abşeron rayonu, Sumqayıt şossesi, 1 saylı bina, 55-ci blok, 10-cu mərtəbə, 37.1 kv.m sahəsi olan, 1 otaqlı, 37 saylı mənzilə) dair 2/5 (beşdə iki) hissədə İddiaçı və 3/5 hissədə cavabdeh Hüseynov Əkbər Arzu oğlunun pay hüquqlarının müəyyən edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4760/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1917/2022 saylı, 11 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı hal-hazırda Abşeron rayonu, Sumqayıt şossesi, 1 saylı bina, 55-ci blok, 10-cu mərtəbə, 37.1 kv.m sahəsi olan, 1 otaqlı, 37 saylı mənzildə yaşayır. Həmin mənzilin elektrik enerjisi təminatı iddiaçının keçmiş əri Hüseynov Əkbər Arzu oğlunun adına rəsmiləşdirilmişdir. Keçmiş ərinin isə "xxxx" ASC-yə elektrik enerjisinə görə ödənilməmiş borcu qalmışdır. Bu səbəbdən də iddiaçının yaşadığı Abşeron rayonu, Sumqayıt şossesi, 1 saylı bina, 55-ci blok, 10-cu mərtəbə, 37.1 kv.m sahəsi olan, 1 otaqlı, 37 saylı mənzilin elektrik enerjisinin verilməsi dayandırılmışdır. Hal-hazırda qış fəsli olmasını nəzərə alaraq iddiaçının yaşadığı Abşeron rayonu, Sumqayıt şossesi, 1 saylı bina, 55-ci blok, 10-cu mərtəbə, 37.1 kv.m sahəsi olan, 1 otaqlı, 37 saylı mənzilə elektrik enerjisinin verilməsinin bərpa edilməsi zərurəti yaradılmışdır. Yaranmış borcun ödənilməsi üçün abonent Hüseynov Əkbər Arzu oğlundan ödənişin edilməsi məhkəmə qaydasında olmalı oluğu halda, iddiaçının elektrik enerjisinin kəsilməsi qərara alınmışdır. "xxxx" ASC-nin əməkdaşları tərəfindən həmin borcun ödənilmədiyi təqdirdə mənzilə verilən elektrik enerjisinin kəsiləcəyi ilə bağlı dəfələrlə xəbərdarlıq edilmişdir. İddiaçı isə öz növbəsində həmin borcun abonent olan Hüseynov Əkbər Arzu oğlundan tələb edilməsini bildirmişdir. Göstərilənlərə əsasən cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı yaşadığı Abşeron rayonu, Sumqayıt şossesi, 1 saylı bina, 55-ci blok, 10-cu mərtəbə, 37.1 kv.m sahəsi olan, 1 otaqlı, 37 saylı mənzilə elektrik enerjisinə görə hesablanmış borcun tələb edilməməsi və elektrik enerjisinin verilməsinə yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, İddiaçı yaşadığı Abşeron rayonu, Sumqayıt şossesi, 1 saylı bina, 55-ci blok, 10-cu mərtəbə, 37.1 kv.m sahəsi olan, 1 otaqlı, 37 saylı mənzil əvvəllər onun həyat yoldaşı Hüseynov Əkbər Arzu oğluna məxsus olmuşdur. Məhkəmənin qərarına əsasən həmin mənzilə paylı mülkiyyət müəyyən olunmuş, mənzil paylara bölünmüşdür. Hazırda həmin mənzildə iddiaçı yaşayır. İddiaçın keçmiş həyat yoldaşı isə həmin mənzilə gedib-gəlir. Mənzil əvvəllər Əkbər Hüseynovun adına olmuşdur. Əkbər Hüseynovun mənzilin mülkiyyətçisi olduğu dövrdə elektrik enerjisindən istifadəyə görə yığılmış borc vardır. Həmin borcu da Əkbər Hüseynov ödəməmişdir. Əgər keçmiş abonentin borcu vardırsa, "xxxx" ASC məhkəməyə müraciət edib həmin borcu tələb edə bilər. Keçmiş abonentin borcuna görə elektrik enerjisinin kəsilməsi düzgün deyildir. Əvvəlki abonentin borcuna görə iddiaçının mənzilinin elektrik enerjisi kəsilir, onun mənzilinin elektrik enerjisinin verilməsi saxlanılır. Verilmiş suallara cavabında qeyd edir ki, hazırda iddiaçı sözügedən mənzildə yaşayır. Tərəflər arasında mübahisə yaranana kimi Əkbər Hüseynov həmin mənzildə yaşamışdır. Məhkəmə qətnaməsi ilə mənzilə paylar müəyyən ediləndən sonra isə iddiaçı həmin mənzildə yaşamışdır. İddiaçı hazırda özünün istehlak etdiyi elektrik enerjisinə görə ödəniş etməyə hazırdır. Hazırda mənzildə yaşamasını iddiaçı mübahisələndirmir. Müvəqqəti təminat tədbirindən sonra "xxxx" ASC gələb elektrik enerjisinin verilməsini dayandırmır. İddiaçı istehlak etmədiyi elektrik enerjisinə görə hər hansı məbləğ ödəmək istəmir. Hazırda abonent olmayan şəxsin istehlak etmədiyi elektrik enerjisinə görə hər hansısa məbləğ ödənilməsinə etiraz edirlər. Elektrik enerjisinə görə borc olsa da, həmin borcun iddiaçıya aidiyyəti yoxdur. İddiaçı da həmin borcun ondan tələb edilməməsini istəyir. Birgə nikah dövründə xərclərin birgə tutulması hissəsinə münasibətdə qeyd edir ki, Əkbər Hüseynov özü birgə nikah dövründə yaranmış borcu iddiaçıdan tələb edə bilər. Göstərilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı cavabdehin nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, iddiaçı tərəfin izahatına əsasən İddiaçı hazırda sözügedən ünvanda yaşayır və abonent Əkbər Hüseynov olmuşdur. Birgə nikah dövründə tərəflər bir yerdə yaşadıqlarına və mənzil də birgə nikah dövründə alındığına görə həm iddiaçı, həm də Əkbər Hüseynov birgə istehlakçılardır. Mənzildə bir nəfərin adına elektrik sayğacı yazılır. Mənzildə yaşayan digər şəxslər də istehlakçı kimi həmin elektrik enerjisindən istifadə edirlər. Birgə nikah dövründə elektrik enerjisindən birgə istifadə edilibsə, yaranmış borc da birgə borcdur. Əgər birgə nikah dövründə əldə edilmiş əmlak bölünübsə, yaranmış borc da bölünməlidir. Borc da istifadə edilmiş elektrik enerjisinə görə yaranmış debitor borcudur. İddia ərizəsi ilə məhkəməyə müraciət ediləndə elektrik enerjisindən istifadəyə görə borc məbləği 1.700 manat idisə, hazırda borc məbləği 1.847 manatdır. Məhkəmə qətnaməsinə əsasən mənzildə 2022-ci ildə birgə mülkiyyət kimi paylar müəyyən edilmişdir. 2023-cü il tarixdə elektrik enerjisindən istifadəyə görə yaranmış sərfiyyat 643 manat təşkil etdiyi halda, 177 manat ödəniş edilmişdir. Borc məbləği isə hər gün artmaqda davam edir. Göründüyü kimi bu gün iddiaçı istifadə etdiyi elektrik enerjisinə görə yaranmış borc məbləğini belə ödəmir. Verilmiş suallara cavabında qeyd edir ki, iddiaçıya müqavilə bağlamaq təklif edilsə də, o bundan imtina edir. İddiaçı istifadə etdiyi elektrik enerjisinin dəyərini hazırda ödəmir. Yığılmış borcun ödənilməsində maraqlıdırlar. "xxxx" ASC-nin əməkdaşları ünvana getsələr də, müqavilə bağlamaqdan imtina edilir. "xxxx" ASC hüquq idarəsinə borcla bağlı sənədləri təqdim etsəydi, onlar iddia qaldırardılar. İstifadə edilmiş elektrik enerjisinə görə təqdim edilmiş borc məbləği 1 (bir) təqvim ayı ərzində ödənilmədikdə "xxxx" ASC elektrik enerjisinin verilişini dayandırmağa tam haqlıdır. İddia əsassız olduğundan rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib və məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna hüquqi qiymət verib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-4760/2022 saylı qərarının surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7803/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, birgə nikah dövründə əldə edilmiş Abşeron rayonu, Sumqayıt şosesi, 1 saylı bina, 55-ci blok, 10-cu mərtəbə, 37.1 kv.m sahəsi olan, 1 otaqlı, 37 saylı mənzilə dair ½ (ikidə bir) hissədə İddiaçı və ½ (ikidə bir) hissədə cavabdeh Hüseynov Əkbər Arzu oğlunun payları müəyyən edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1917/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdeh Hüseynov Əkbər Arzu oğlu tərəfindən verilmiş apellyasiya şikayəti şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 7803/2021 saylı, 03 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi qismən təmin edilmiş, cavabdeh Hüseynov Əkbər Arzu oğlunun "xxxx" ASC-dəki payına (Abşeron rayonu, Sumqayıt şosesi, 1 saylı bina, 5-ci blok, 10-cu mərtəbə, 37.1 kv.m sahəsi olan, 1 otaqlı, 37 saylı mənzilə) dair 2/5 (beşdə iki) hissədə İddiaçı və 3/5 (beşdə üç) hissədə cavabdeh Hüseynov Əkbər Arzu oğlunun pay hüquqları müəyyən edilmiş, iddia tələbi qalah hissədə təmin edilməmişdir. Cavabdeh Hüseynov Əkbər Arzu oğlunun kassasiya şikayətinin təmin edilməməsi, həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1917/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. "xxxx" ASC tərəfindən verilmiş 27 aprel 2023-cü il tarixli xəbərdarlığın surətindən görünür ki, **********30158 abone kodu üzrə elektrik enerjisi sərfiyyatına görə 1683 manat borc vardır. Borcun ödənilməsi xahiş edilmişdir. Borc ödənmədiyi təqdirdə enerji verilişinin dayandırılacağı bildirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə qaydaları»nın (Bundan sonra - Qaydalar) 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir.. Qaydaların 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Qaydaların 9.1-ci bəndinə görə istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X1 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Qaydaların 9.10-cu bəndinə uyğun olaraq istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7803/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə birgə nikah dövründə əldə edilmiş Abşeron rayonu, Sumqayıt şosesi, 1 saylı bina, 55-ci blok, 10-cu mərtəbə, 37.1 kv.m sahəsi olan, 1 otaqlı, 37 saylı mənzilə dair ½ (ikidə bir) hissədə İddiaçı və ½ (ikidə bir) hissədə cavabdeh Hüseynov Əkbər Arzu oğlunun payları müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 1917/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdeh Hüseynov Əkbər Arzu oğlu tərəfindən verilmiş apellyasiya şikayəti şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7803/2021 saylı, 03 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilmiş, cavabdeh Hüseynov Əkbər Arzu oğlunun "xxxx" ASC-dəki payına (Abşeron rayonu, Sumqayıt şosesi, 1 saylı bina, 5-ci blok, 10-cu mərtəbə, 37.1 kv.m sahəsi olan, 1 otaqlı, 37 saylı mənzilə) dair 2/5 (beşdə iki) hissədə İddiaçı və 3/5 (beşdə üç) hissədə cavabdeh Hüseynov Əkbər Arzu oğlunun pay hüquqları müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 2(102)-4760/2022 saylı qərarına əsasən cavabdeh Hüseynov Əkbər Arzu oğlunun kassasiya şikayəti təmin edilməmiş, həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1917/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının qeyd olunan qərarından sonra İddiaçı Abşeron rayonu, Sumqayıt şosesi, 1 saylı bina, 5-ci blok, 10-cu mərtəbə, 37.1 kv.m sahəsi olan, 1 otaqlı 37 saylı mənzildə yaşayır. Hazırda iddiaçıya məxsus mənzilə aid **********30158 nömrəli abunə kodu Əkbər Hüseynovun adınadır, "xxxx" ASC tərəfindən iddiaçıdan tələb edilən elektrik enerjisindən istifadəyə görə yaranmış borc məbləği isə abonent Əkbər Hüseynova aid borc məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçı qeyd olunan ünvanda borcun yarandığı tarixlərdə yaşamadığı və həmin ünvanda elektrik enerjisindən istifadə etmədiyi üçün abonent Əkbər Hüseynova aid borc məbləği iddiaçıdan tələb edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia təmin edilməli, Abşeron rayonu, Sumqayıt şossesi, 1 saylı bina, 55-ci blok, 10-cu mərtəbə, 37.1 kv.m sahəsi olan, 1 otaqlı, mənzil 37 ünvanına (abunə kodu **********30158) istifadə edilmiş elektrik enerjisinə görə hesablanmış borc İddiaçı tələb edilməməli, "xxxx" ASC-yə İddiaçı tərəfindən Abşeron rayonu, Sumqayıt şossesi, 1 saylı bina, 55-ci blok, 10-cu mərtəbə, 37.1 kv.m sahəsi olan, 1 otaqlı, mənzil 37 ünvanında elektrik enerjisinin verilməsinə yaradılan maneə aradan qaldırılmalıdır. Yuxarıda gösrərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Abşeron rayonu, Sumqayıt şossesi, 1 saylı bina, 55-ci blok, 10-cu mərtəbə, 37.1 kv.m sahəsi olan, 1 otaqlı, mənzil 37 ünvanına (abunə kodu **********30158) istifadə edilmiş elektrik enerjisinə görə hesablanmış borc İddiaçı tələb edilməsin. "xxxx" ASC-yə İddiaçı tərəfindən Abşeron rayonu, Sumqayıt şossesi, 1 saylı bina, 55ci blok, 10-cu mərtəbə, 37.1 kv.m sahəsi olan, 1 otaqlı, mənzil 37 ünvanında elektrik enerjisinin verilməsinə yaradılan maneə aradan qaldırılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: E.Kazımov
Məhkəmə qərarları › İş №e-2(012)-206/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-206/2024
19.02.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver