Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-207/2024 25.01.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı Bank VTB (Azərbaycan) ASC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Bank VTB (Azərbaycan) ASC-nin Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Bank VTB (Azərbaycan) ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti ilə X4 arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 107130-1- 3546/2 nömrəli “Nağd pul krediti müqaviləsi”nə əsasən xx.xx.2023-cü il tarixinə banka borclu olduğu 13158,89 ABŞ dolları məbləğində əsas borc, 7987,69 ABŞ dolları məbləğində faiz borcu, 760,71 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə isə 21907,29 ABŞ dolları pul məbləğini və məhkəməyə müraciət etmək üçün ödənilmiş 155,72 manat dövlət rüsumunun qanun üzrə vərəsəsi Cavabdeh tutularaq Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, tələbin cavabdeh X2 mülkiyyət hüququ əsasında məxsus olan və banka ipoteka qoyulmuş, ipoteka predmeti olan “Chevrolet Cruze” minik markalı, **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılması, həmin avtomobilin açıq hərracdan satılmasından əldə edilən vəsaitdən – qeyd edilən pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumunun Bank VTB (Azərbaycan) ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Bank VTB (Azərbaycan) ASC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahatında bildirdi ki, X4 ilə Bank VTB (Azərbaycan) ASC arasında bağlanmış 107130-1-3546 saylı, xx.xx.2012-ci il tarixli "xxxx"nə əsasən cavabdehə avtomobil satın alınması üçün 60 ay müddətinə, illik 18% faiz hesablanmaqla 22056 ABŞ dolları məbləğində kredit verilmişdir. “Kredit müqaviləsi”ndən irəli gələn öhdəliklərinin icrasının təmini üsulu kimi bank ilə cavabdeh arasında 1071xx-xx-3878 saylı, xx.xx.2012-ci il tarixli “İpoteka müqaviləsi (avtomobil)” bağlanılmışdır və həmin müqaviləyə əsasən ipoteka qoyanın mülkiyyətində olan «Chevrolet Cruze» minik markalı, **- CV-*** dövlət qeydiyyat nişanlı avtomobili ipoteka saxlayanın, yəni iddiaçının xeyrinə yüklü edilmişdir. Bundan başqa bankla İ.X.Hənifəyev arasında bağlanmış “xx.xx.2012-ci il tarixli, 107130- 1-3546 saylı kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə” 27 avqust 2015-ci il tarixli 1 saylı Razılaşmaya əsasən İ.X.Hənifəyevin banka xx.xx.2015-ci il tarixə mövcud olan borcu kapitallaşdırılmış və o, 12872,96 ABŞ dolları məbləğində borcu illik 18 faiz hesablanması şərti ilə 24 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda kredit müqaviləsinə əlavə və dəyişikliklər edilməsi ilə əlaqədar olaraq tərəflər arasında xx.xx.2015-ci il tarixli, 1071xx-xx-3878 saylı ipoteka müqaviləsinə 27 avqust 2015-ci il tarixli 1 saylı Razılaşma bağlanmışdır. Bundan başqa bankla İ.X.Hənifəyev arasında bağlanmış “xx.xx.2012-ci il tarixli, 107130-1-3546 saylı kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə” 15 yanvar 2016-cı il tarixli 2 saylı Razılaşmaya əsasən İ.X.Hənifəyevin banka xx.xx.2016-cı il tarixə mövcud olan borcu kapitallaşdırılmış və o, 13570 ABŞ dolları məbləğində borcu illik 18 faiz hesablanması şərti ilə 19 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda kredit müqaviləsinə əlavə və dəyişikliklər edilməsi ilə əlaqədar olaraq, tərəflər arasında xx.xx.2016-cı il tarixli, 1071xx-xx-3878 saylı ipoteka müqaviləsinə xx.xx.2016-cı il tarixli 2 saylı Razılaşma bağlanmışdır. Borclu kredit vəsaitindən istifadə etsə də "xxxx" üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirməmiş, nəticədə cavabdehin banka xx.xx.2023-cü il tarixinə ümumilikdə 4615,65 manat məbləğində borc yaranmışdır. Həmçinin hesab edirlər ki, tələb ipoteka ilə yüklü edilmiş avtomobilə yönəldilməlidir. xx.xx.2012-ci il tarixli, 107130-1-3546 saylı kredit müqaviləsinə dair ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə son ödəniş tarixi kimi xx.xx.2017-ci il tarixi nəzərdə tutulmuşdur. Buradan da görünür ki, müqavilənin müddəti xx.xx.2017-ci il tarixində bitmişdir. X4 müqavilə üzrə öhdəliyini yerinə yetirmək üçün ödəniş qrafikində nəzərdə tutulmuş müddətin uzadılması barədə banka müraciət etmişdir. Lakin borclu X4 xx.xx.2016-cı il tarixində vəfat etmiş və 1 saylı Sumqayıt Regional “Asan Xidmət” mərkəzi qeydiyyat şöbəsinin notariat ofisinin xüsusi notariusu X5 xx.xx.2023-cü il tarixli məktubuna əsasən Cavabdeh miras əmlakdan tam hissədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. X1 vəfatı barədə vaxtında xəbər tutmadıqlarından bank tərəfindən onun müqavilə üzrə borcuna faiz hesablanmışdır. Əslində Cavabdeh borclunun vəfat etdiyi və onun borclunun qanun üzrə vərəsəsi olduğunu təsdiq edən şəhadətnaməni banka təqdim etməli idi. Cavabdeh tərəfindən xx.xx.2012-ci il tarixli, 107130-1-3546/2 saylı "xxxx" üzrə sonuncu dəfə xx.xx.2018-ci il tarixdə 58,82 manat məbləğində ödəniş edilmişdir. Aralarında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə tərəflərindən Cavabdeh dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da qeyd olunan müqavilənin şərtləri onun tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Göründüyü kimi, mülkiyyət hüququ ilə cavabdehə məxsus olan avtomobil kredit borcunun təminatı olduğundan və borclu isə ipoteka ilə təmin edilmiş borcunun ödənilməsinə dair öhdəliyini icra etmədiyindən, habelə borcunu ödəmədiyindən iddiaçı tələbin ipoteka ilə yüklü edilmiş avtomobilə yönəldilməsini tələb etməkdə haqlıdır. Buna görə də tələb ipoteka ilə yüklü edilmiş avtomobilə yönəldilməlidir. Eyni zamanda hesab edirlər ki, qeyd edilən avtomobil cavabdehin kredit borcunun təminatı olduğundan, tələbin göstərilən avtomobilə yönəldilməsi, yalnız həmin avtomobilin açıq hərracdan satılaraq, satışdan əldə edilən vəsaitlə tələb təmin edilməlidir. Həmçinin məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.Hesab edir ki,iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsi üçün də əsas yoxur.Belə ki, Bank VTB-yə məlum olmayıb ki, borclu vəfat edib. Qanunvericilikdə qeyd olunub ki, borclunun vərəsəsi banka yaxınlaşıb vərəsə olduğunu bildirməsi barədə ərizə verməlidir. xx.xx.2022-ci ildə Ədliyyə Nazirliyinə müraciət olunduqdan sonra, xx.xx.2023-cü ildə Ədlıiyyə Nazirliyi tərəfindən Bank VTB-yə borcu götürən şəxs 2016-cı ildə vəfat etməsi barədə məlumat verilmişdir. Bununla bağlı Ədliyyə Nazirliyi tərəfindən Banka şəhadətnamə verilmişdir. xx.xx.2012-ci ildə 5 illik müddətinə ilkin müqavilə bağlanılıb. 30 .08.2017-ci ildə müqavilənin müddəti bitib. Bank VTB-yə məlum olmamamışdır ki, borclu ölüb. Lakin borclunun borcundan 2018-ci ildə ödənişlər edilib. 5 aprel 2018-ci ildə 58.82 manat ödəniş edilib. Bank olaraq bilsəydik ki, borclu ölüb , faizləri saxlayıb, vərəsəni müəyyən edəcəydik. Hesab edir ki, iddia müddətinin tətbiqinə zərurət yoxdur. Göstərilənlərə əsasən o, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili-nümayəndəsi Vəkil izahatında göstərdi ki, xx.xx.2016-cı il tarixli 2 saylı razılaşmaya əsasən 13570 ABŞ dolları məbləğində krediti 19 ay müddətinə xx.xx.2017-ci il tarixədək qaytarmaqla bağlı tərəflər öz üzərinə öhdəlik götürmüşlər. Cavabdeh tərəfindən sonuncu 140 manat kredit borcunu xx.xx.2018-ci il tarixdə e-manat vasitəsi ilə iddiaçıya məxsus hesaba ödəniş etmişdir. Belə olduğu halda tərəflər arasında sonuncu dəfə xx.xx.2016-cı il tarixli 2 saylı razılaşmaya əsasən kredit müqaviləsi üzrə öhdəliyin bitməsi 19 ay müddətinə, yəni xx.xx.2017-ci il tarixədək nəzərdə tutulmuş olsa da cavabdeh sonuncu 140 manat kredit borcunu xx.xx.2018-ci il tarixdə e-manat vasitəsi ilə iddiaçıya məxsus hesaba ödəniş etmişdir. Belə olduğu halda iddia müddətinin axımı cavabdehin iddiaçıya məxsus hesaba 140 manat ödəniş etdiyi tarixdən, yəni xx.xx.2018-ci il tarixdən hesablanmalıdır. Cavabdehin iddiaçıya məxsus hesaba sonuncu ödəniş tarixi xx.xx.2018-ci il tarixdə olduğundan aydın olur ki, iddia müddətinin axımı xx.xx.2018-ci il tarixdə bitmişdir. Amma buna baxmayaraq iddiaçı iddia ərizəsini xx.xx.2018-ci il tarixədək 3 il müddətinə verməli olduğu halda 3 illik iddia müddətini ötürərək iddia ərizəsini xx.xx.2023-cü il tarixdə, yəni 5 il 3 ay 28 gün sonra elektron məhkəmə sistemi vasitəsi ilə Abşeron Rayon Məhkəməsinə göndərmişdir. Buna görə hesab edir ki, işin hallarına əsasən iddiaçı tərəfindən verilmiş iddia ərizəsi müqavilə tələblərindən irəli gəldiyindən və iddia müddəti ötürüldüyündən məhkəmə tərəfindən iddia müddəti tətbiq edilərək iddia ərizəsinin rədd edilməsi barədə qətnamə çıxarılmalıdır. İş materiallarından olan xx.xx.2012-ci il tarixli, 107130-1-3546 saylı "xxxx"ndən görünür ki, Bank VTB (Azərbaycan) ASC ilə X4 arasında kredit müqaviləsi bağlanmış, bank kredit alana 22056 manat məbləğində kredit verməyi, kredit alan isə verilmiş krediti qəbul edib müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditdən istifadə etməyi və krediti qaytarmağı, habelə kreditdən istifadəyə görə banka illik 60 ay müddətinə 18 faiz ödəməyi öhdəsinə götürmüş, həmçinin kreditin “Chevrolet Cruze” minik markalı avtomobilin satın alınması məqsədi üçün verildiyi qeyd edilmişdir. İş materiallarından olan xx.xx.2012-ci il tarixli, 1071xx-xx-3878 saylı “İpoteka müqaviləsi”ndən görünür ki, xx.xx.2012-ci il tarixli, 107130-1-3546 saylı "xxxx"ndən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Bank VTB (Azərbaycan) ASC ilə X4 arasında ipoteka müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən ipoteka qoyanın, yəni X2 mülkiyyətində olan «Chevrolet Cruze» minik markalı, **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobili ipoteka saxlayanın, yəni iddiaçının xeyrinə yüklü edilmişdir. İş materiallarından olan Bank VTB (Azərbaycan) ASC ilə X4 arasında bağlanmış “xx.xx.2012ci il tarixli, 107130-1-3546 saylı kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə” 27 avqust 2015-ci il tarixli 1 saylı Razılaşmadan görünür ki, X2 banka xx.xx.2015-ci il tarixə mövcud olan borcu kapitallaşdırılmış və o, 12872,96 ABŞ dolları məbləğində borcu illik 18 faiz hesablanması şərti ilə 24 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından olan Bank VTB (Azərbaycan) ASC ilə X4 arasında bağlanmış “xx.xx.2012ci il tarixli, 107130-1-3546 saylı kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə” 15 yanvar 2016-cı il tarixli 2 saylı Razılaşmadan görünür ki, X2 banka xx.xx.2016-cı il tarixə mövcud olan borcu kapitallaşdırılmış və o, 13570 ABŞ dolları məbləğində borcu illik 18 faiz hesablanması şərti ilə 19 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 15 noyabr 2016-cı il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 10 noyabr 2016-cı il tarixində ölmüşdür. İş materiallarında olan Sumqayıt “Asan Xidmət” mərkəzi qeydiyyat şöbəsinin notariat ofisi tərəfindən 29 iyun 2017-ci il tarixində verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin surətindən görünür ki, xx.xx.2016-cı il tarixdə ölmüş X2 vərəsəsi Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi 136 saylı Hərbi Hissə tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, 2/1351 nömrəli arayışa əsasən istifadə olunmamış məzuniyyət günlərinə görə 2413,13 manat pul vəsaiti və Abşeron TİB tərəfindən xx.xx.2004-cü il tarixdə X3 verilmiş 384 qeydəalma nömrəsi ilə 14971 nömrəli kitabda qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 67,8 kv/m olan fərdi yaşayış evindən pay almışdır. İş materiallarında olan 19 iyun 2023-cü il tarixli arayışdan görünür ki, X2 xx.xx.2012-ci il tarixli, 107130-1-3546/2 saylı "xxxx" üzrə xx.xx.2023-cü il tarixinə 13158,89 ABŞ dolları məbləğində əsas borc, 7987,69 ABŞ dolları məbləğində faiz borcu, 760,71 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə isə 21907,29 ABŞ dolları borcu vardır və borclu müqavilə üzrə öhdəliyini xx.xx.2017-ci il tarixindən icra etmir. Beləliklə məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, X4 ilə Bank VTB (Azərbaycan) ASC arasında bağlanmış 107130-1-3546 saylı, xx.xx.2012-ci il tarixli "xxxx"nə əsasən cavabdehə avtomobil satın alınması üçün 60 ay müddətinə, illik 18% faiz hesablanmaqla 22056 ABŞ dolları məbləğində kredit verilmişdir. “Kredit müqaviləsi”ndən irəli gələn öhdəliklərinin icrasının təmini üsulu kimi bank ilə cavabdeh arasında 1071xx-xx-3878 saylı, xx.xx.2012-ci il tarixli “İpoteka müqaviləsi (avtomobil)” bağlanılmışdır və həmin müqaviləyə əsasən ipoteka qoyanın mülkiyyətində olan «Chevrolet Cruze» minik markalı, **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobili ipoteka saxlayanın, yəni iddiaçının xeyrinə yüklü edilmişdir. Bundan başqa bankla X4 arasında bağlanmış “xx.xx.2012-ci il tarixli, 107130-1-3546 saylı kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə” 27 avqust 2015-ci il tarixli 1 saylı Razılaşmaya əsasən X2 banka xx.xx.2015-ci il tarixə mövcud olan borcu kapitallaşdırılmış və o, 12872,96 ABŞ dolları məbləğində borcu illik 18 faiz hesablanması şərti ilə 24 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda kredit müqaviləsinə əlavə və dəyişikliklər edilməsi ilə əlaqədar olaraq tərəflər arasında xx.xx.2015-ci il tarixli, 1071xx-xx-3878 saylı ipoteka müqaviləsinə 27 avqust 2015-ci il tarixli 1 saylı Razılaşma bağlanmışdır. Bundan başqa bankla X4 arasında bağlanmış “xx.xx.2012-ci il tarixli, 107130-1-3546 saylı kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə” 15 yanvar 2016-cı il tarixli 2 saylı Razılaşmaya əsasən X2 banka xx.xx.2016-cı il tarixə mövcud olan borcu kapitallaşdırılmış və o, 13570 ABŞ dolları məbləğində borcu illik 18 faiz hesablanması şərti ilə 19 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmədə müəyyən edilmiş işin faktiki hallarından göründüyü kimi X4 (kredit alan) vəfat etdiyi üçün hal-hazırda Bank VTB (Azərbaycan) ASC xx.xx.2016-cı il tarixli, 107130-1-3546/2 nömrəli “Nağd pul krediti müqaviləsi”nə əsasən xx.xx.2023-cü il tarixinə banka borclu olduğu 13158,89 ABŞ dolları məbləğində əsas borc, 7987,69 ABŞ dolları məbləğində faiz borcu, 760,71 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə isə 21907,29 ABŞ dolları pul məbləğini və məhkəməyə müraciət etmək üçün ödənilmiş 155,72 manat dövlət rüsumunun qanun üzrə vərəsəsi Cavabdeh tutularaq Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, tələbin cavabdeh X2 mülkiyyət hüququ əsasında məxsus olan və banka ipoteka qoyulmuş, ipoteka predmeti olan “Chevrolet Cruze” minik markalı, **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılması, həmin avtomobilin açıq hərracdan satılmasından əldə edilən vəsaitdən – qeyd edilən pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumunun Bank VTB (Azərbaycan) ASC-yə ödənilməsini xahiş edir. Hazırda cavabdehin vəkili-nümayəndəsi məhkəməyə vəsatət verərək Bank VTB (Azərbaycan) ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi əsasında olan mülki iş üzrə iddia müddətini tətbiq edərək müddətin ötürülməsi səbəbindən iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki,məhkəmədə sübutların tədqiqatı zamanı cavabdehin vəkilinümayəndəsinin vəsatətinin təmin edilməi üçün əsaslar müəyyən edildiyindən,həmçinin iddiaçının nümayəndəsinin vəsatətlə bağlı etirazı işin faktiki hallarına uyğun olmadığından, vəsatət təmin edilməli,iddia müddəti tətbiq edilməklə iddia rədd edilməlidir. Belə ki, məhkəmədə sübutların tədqiqatı zamanı müəyəyn edilir ki, tərəflər arasında sonuncu dəfə xx.xx.2016-cı il tarixli 2 saylı razılaşmaya əsasən kredit müqaviləsi üzrə öhdəliyin bitməsi 19 ay müddətinə, yəni xx.xx.2017-ci il tarixədək nəzərədə tutulmuş olsada, cavabdeh sonuncu 140 manat kredit borcunu xx.xx.2018-ci il tarixdə e-manat vasitəsi ilə iddiaçıya məxsus hesaba ödəniş etmişdir.Belə olan halda məhkəmə hesab edir ki, iddia müddətinin axımı cavabdehin iddiaçıya məxsus hesaba 140 manat ödəniş etdiyi tarixdən, yəni xx.xx.2018-ci il tarixdən hesablanmalıdır. Cavabdehin iddiaçıya məxsus hesaba sonuncu ödəniş tarixi xx.xx.2018-ci il tarixdən, tərəflər arasında imzalanmış xx.xx.2016-cı il tarixli 2 saylı razılaşmaya əsasən kredit müqaviləsi üzrə öhdəliyin 19 ay müdətinə bitməsinə əsaslansaq görərik ki, iddia müddətinin bitməsi üçün sonuncu gün xx.xx.2021-ci il tarixdə bitmişdir. Amma buna baxmayaraq iddiaçı iddia ərizəsini xx.xx.2021-ci il tarixədək 03 il müddətinə verməli olduğu halda 03 illik iddia müddətini ötürərək iddia ərizəsini xx.xx.2023-cü il taixdə, yəni 5 il 3 ay 28 gün sonra elektron məhkəmə sistemi vasitəsi ilə Abşeron rayon Məhkəməsinə vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinin tələblərinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinin tələblərinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinin tələblərinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 373.3-cü maddəsinin tələblərinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 376-cı maddəsinin tələblərinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Avropa İnsan Hüquqları Məhkəməsi Miraqall Eskolono və digərlərinin İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə bir nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazimi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. R. Cvavdov və digərlərinin şikayəti ilə əlaqədar AR Ali Məhkəməsi MİÜMK-nın 18 may 2006cu il tarixli qərarının AR Konstitusiyasını və qanunlarına yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, əvvəlki MM-in 78-ci maddəsinə əsasən iddia müddətlərinin axımı iddia hüququ əmələ gələn gündən başlanır, iddia hüququ şəxsin öz hüququnun pozulmasını bildiyi və ya bilməli olduğu gündın əmələ gəlir. Bu norma yalnız şəxsin onun güman edilən hüququnun pozulmasına dair faktları bilib- bilməməsi ilə bağlıdır. Həmin norma şəxsin öz hüquqularının pozulmasına dair qanunları bilməməsi ilə əlaqələndirilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə iddia tələbinin rədd edilməsi nəticəsinə gəldiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, Bank VTB (Azərbaycan) ASC tərəfindən dövlət büdcəsinə ödənilmiş 155,72 manat dövlət rüsumu da iddiaçı təşkilatın özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: İddiaçı Bank VTB (Azərbaycan) ASC-nin Cavabdeh qarşı Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti ilə X4 arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 107130-1-3546/2 nömrəli “Nağd pul krediti müqaviləsi”nə əsasən xx.xx.2023-cü il tarixinə banka borclu olduğu 13158,89 ABŞ dolları məbləğində əsas borc, 7987,69 ABŞ dolları məbləğində faiz borcu, 760,71 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə isə 21907,29 ABŞ dolları pul məbləğini və məhkəməyə müraciət etmək üçün ödənilmiş 155,72 manat dövlət rüsumunun qanun üzrə vərəsəsi Cavabdeh tutularaq Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, tələbin cavabdeh X2 mülkiyyət hüququ əsasında məxsus olan və banka ipoteka qoyulmuş, ipoteka predmeti olan “Chevrolet Cruze” minik markalı, **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılması, həmin avtomobilin açıq hərracdan satılmasından əldə edilən vəsaitdən, qeyd edilən pul məbləğinin Bank VTB (Azərbaycan) ASC-yə ödənilməsi barədə iddiası rədd edilsin. Bank VTB (Azərbaycan) ASC tərəfindən dövlət büdcəsinə ödənilmiş 155,72 manat dövlət rüsumu iddiaçı təşkilatın özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №e-2(012)-207/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-207/2024
25.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver