Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2070/2022 18.05.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı BOKT "xxxx" QSC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı BOKT "xxxx" QSC-nin Cavabdeh qarşı «kredit müqavilələrinin ləğv edilməsi və borcun tutulması» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı BOKT "xxxx" QSC-nin nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, BOKT "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış 16 dekabr 2019-cu il tarixli, 393-RKM-0541- 19 saylı və 16 dekabr 2019-cu il tarixli, 393-RKM-0542-19 saylı kredit müqavilələrinin ləğv edilməsi və Cavabdeh 16 dekabr 2019-cu il tarixli, 393-RKM-0541-19 saylı kredit müqaviləsi üzrə əsas borcu 134,94 manat, faiz borcu 0,82 manat, cərimə borcu 1,75 manat, 16 dekabr 2019-cu il tarixli, 393-RKM-0542-19 saylı kredit müqaviləsi üzrə əsas borcu 1011,53 manat, faiz borcu 6,07 manat, cərimə borcu 11,17 manat, həmçinin ərizəyə görə ödənilmiş 32,36 manat dövlət rüsumunun, ümumilikdə 1198,64 manat borcun iddiaçı BOKT "xxxx" QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı BOKT "xxxx" QSC-nin nümayəndəsi X2 məhkəmə iclasında izahatında bildirdi ki, Cavabdeh 60 ay müddətinə qaytarmaq şərti ilə 134,94 manat məbləğində kredit verilmiş və bununla bağlı BOKT "xxxx" QSC ilə Cavabdeh arasında 16 dekabr 2019-cu il tarixli, 393-RKM- 0541-19 saylı kredit müqaviləsi bağlanmışdır. Həmçinin BOKT "xxxx" QSC tərəfindən Cavabdeh 16 dekabr 2019-cu il tarixli, 393-RKM-0542-19 saylı kredit müqaviləsinə əsasən 60 ay müddətinə qaytarılmaq şərti ilə 1011,53 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqavilələrinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Borcluya dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq kredit müqaviləsi üzrə öhdəliklərin icrasında gecikmə əmələ gəlmişdir. Nəticədə iddiaçı cavabdehlə arasında olan müqaviləsinə əsasən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Qeyd edilənlərə əsasən o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan 16 dekabr 2019-cu il tarixli, 393-RKM-0541-19 saylı kredit müqaviləsindən görünür ki, BOKT "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış bank tərəfindən cavabdehə şəxsi istifadə məqsədi ilə 60 ay müddətinə 134,94 manat məbləğində, aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir. İş materiallarında olan 01.03.2022-ci il tarixli arayışdan görünür ki, BOKT "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış 16 dekabr 2019-cu il tarixli, 393-RKM-0541-19 saylı kredit müqaviləsinə əsasən Cavabdeh banka 134,94 manat əsas borc, 0,82 manat faiz borcu, 1,75 manat cərimə borcu vardır. İş materiallarında olan 16 dekabr 2019-cu il tarixli, 393-RKM-0542-19 saylı kredit müqaviləsindən görünür ki, BOKT "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış bank tərəfindən cavabdehə şəxsi istifadə məqsədi ilə 60 ay müddətinə 1011,53 manat məbləğində, aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir. İş materiallarında olan 01.03.2022-ci il tarixli arayışdan görünür ki, BOKT "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış 16 dekabr 2019-cu il tarixli, 393-RKM-0542-19 saylı kredit müqaviləsinə əsasən Cavabdeh banka 1011,53 manat əsas borc, 6,07 manat faiz borcu, 11,17 manat cərimə borcu vardır. Məhkəmə iddiaçı bankın nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, 16 dekabr 2019-cu il tarixli, 393-RKM-0541-19 saylı və 16 dekabr 2019-cu il tarixli, 393-RKM-0542-19 saylı kredit müqavilələri imzalanmışdır. Bu müqavilələr Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanıb və onların etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. , 16 dekabr 2019-cu il tarixli, 393-RKM-0541- 19 saylı və 16 dekabr 2019-cu il tarixli, 393-RKM-0542-19 saylı kredit müqavilələri üzrə Cavabdeh (borcalan) üzərinə götürdüyü öhdəliyi, yəni borc məbləğini, ona hesablanmış faizləri və cəriməni kredit müqaviləsinə və ödəmə cədvəlinə uyğun olaraq tam ödəməmiş və öhdəliklərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün çavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyət və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə hesab edir ki, iddiaçı təşkilatın cavabdehdən öhdəliyi lazımınca icra etmədikləri üçün cərimə pulu almaq tələbinin də qanuni əsasları vardır. Məhkəmə Cavabdehnun kredit ödənişlərini ardıcıl olaraq uzun müddət ödəməməsini müqavilənin əhəmiyyətli pozuntusu kimi qiymətləndirir və Mülki Məcəllənin 421-ci maddəsinin tələbləri baxımından iddiaçının müqavilələrin vaxtından əvvəl ləğv edilməsi tələbini qanuni sayır. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, bağlanılmış 16 dekabr 2019-cu il tarixli 393-RKM-0541-19 saylı və 16 dekabr 2019-cu il tarixli 393-RKM-0542-19 saylı kredit müqavilələri ləğv olunmalıdır. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 32,36 manat cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı BOKT "xxxx" QSC ilə Cavabdeh arasında bağlanılmış 16 dekabr 2019-cu il tarixli, 393-RKM-0541-19 saylı və 16 dekabr 2019-cu il tarixli, 393-RKM-0542-19 saylı kredit müqavilələri ləğv edilsin. Cavabdeh 16 dekabr 2019-cu il tarixli, 393-RKM-0541-19 saylı kredit müqaviləsi üzrə əsas borcu 134,94 manat, faiz borcu 0,82 manat, cərimə borcu 1,75 manat, 16 dekabr 2019-cu il tarixli, 393-RKM-0542-19 saylı kredit müqaviləsi üzrə əsas borcu 1011,53 manat, faiz borcu 6,07 manat, cərimə borcu 11,17 manat, həmçinin ərizəyə görə ödənilmiş 32,36 manat dövlət rüsumu, ümumilikdə 1198,64 manat borc iddiaçı BOKT "xxxx" QSC-nin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV
Məhkəmə qərarları › İş №e-2(012)-2070/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2070/2022
18.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver