Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-208/2023 03.04.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyev Fərid Ələmşah oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə 03 aprel 2023-cü il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, vurulmuş ziyana görə 13705 (on üç min yeddi yüz beş) manat məbləğində pulun və 133 (yüz otuz üç) manat dövlət rüsumunun əvəzinin Cavabdeh alınaraq İddiaçınə verilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 06 avqust 2019-ci il tarixli K-110A-PCC-19 № li avtomobilin müddətli satışı üzrə müqaviləyə əsasən cavabdeh İddiaçındən RAVON R4 minik markalı **-PB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi (şassi XWBJF69V9KA092031) satın almışdır. Tərəflər arasında olan razılaşmaya əsasən nəqliyyat vasitəsinin dəyəri 26934,36 (iyirmi altı min doqquz yüz otuz dörd manat otuz altı qəpik) manat məbləğində müəyyən edilmişdir. Cavabdeh həmin məbləğdən 4240 (dörd min iki yüz qırx) manat məbləğində olan hissəsini ilkin ödəniş kimi icra etmişdir. Qalan 22694,36 (iyirmi iki min altı yüz doxsan dörd manat otuz altı qəpik) manat məbləğində pulun hissə-hissə olmaqla 36 (otuz altı) ay müddətinə ödənilməsi haqqında razılıq əldə edilmişdir. Müqavilə bağlandıqdan sonra nəqliyyat vasitəsi saz halda cavabdehə təhvil verilmişdir. Cavabdeh müqavilə üzrə öhdəliklərini bir müddət gecikmələrlə və əksik olsa da icra etsə də, xx.xx.2020-ci il tarixdən sonra müqavilə üzrə öhdliklərinin icrasını tamamilə dayandırmışdır. Dəfələrlə cavabdehə öhdəliklərini icra etməsi barədə xəbərdarlıqlar edilməsinə və bununla bağlı onunla danışıqlar aparılmasına baxmayaraq cavabdeh bu günə qədər öhdəliklərini icra etməmişdir. Cavabdeh öhdəliklərini uzun müddət icra etmədiyi üçün dəfələrlə ona öhdəliklərini icra etməsi barədə xəbərdarlıqlar edildikdən sonra heç bir nəticə əldə edilmədiyi üçün İddiaçı MMC pozulmuş hüquqları və qanunla qorunan maraqlarının müdafiəsini təmin etmək üçün Abşeron rayon məhkəməsinə müraciət etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3041/2021 № li iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən Ravon R4 minik markalı **-PB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin cavabdehdən alınaraq İddiaçı MMC-yə verilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmiş və icra edilmişdir. Həmçinin qeyd edilən nəqliyyat vasitəsinin cavabdehdə olduğu müddətdə cavabdeh qeyd edilən nəqliyyat vasitəsi ilə yol nəqliyyat hadisəsi törətmiş və bunun da nəticəsində qeyd edilən nəqliyyat vasitəsinə böyük miqdarda zərər dəymişdir. Qəza nəticəsində Ravon R4 minik markalı **- PB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ƏDV daxil olmaqla 13705 (on üç min yeddi yüz beş) manat məbləğində maddi zərər dəymişdir. Bunun da nəticəsində İddiaçı MMC-nin hüquqları kobud şəkildə pozulmuş və cəmiyyətə böyük miqdarda zərər dəymişdir. Lakin cavabdeh uzun müddət hadisəni həm iddiaçıdan, həm də dövlət orqanlarından gizlətmişdir. Hadisənin baş verməsindən uzun müddət keçdikdən sonra cavabdeh baş vermiş hadisə ilə bağlı iddiaçıya məlumat vermişdir. Lakin bütün bunlara baxmayaraq cavabdeh vurduğu zərəri könüllü olaraq ödəməkdən imtina etmişdir. Buna görə də İddiaçı MMC pozulmuş hüquqlarını müdafiə etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. İş üzrə alınmış ekspert rəyi ilə razı olmadığını bildirmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara məcmu qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Mülki işin materiallarından olan İddiaçı tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli Qüsur Aktından görünür ki, Ravon R4 minik markalı **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 13705 manat təşkil edir. Mülki işin materiallarından olan Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2(012)-2283/2021 saylı qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 06 avqust 2019-cu il tarixli, K-110A-PCC-19 saylı avtomobilin müddətli satışı üzrə müqavilə etibarsız hesab edilməsi, tərəflər ilkin vəziyyətə qaytarılması, “ideal Motors" MMC ilə Cavabdeh arasında bağlanmış 06 avqust 2019-cu il tarixli, K-110A-PCC-19 saylı avtomobilin müddətli satışı üzrə müqavilə əsasında İddiaçı MMC tərəfindən Cavabdeh verilmiş “Ravon R4” minik markalı, **-PB-*** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsi Cavabdeh alınaraq İddiaçı MMC-yə qaytarılsın, Cavabdeh İddiaçı MMC-yə ödədiyi 10235 (on min iki yüz otuz beş) manat məbləğində pul vəsaiti İddiaçı MMC-dən alınaraq Cavabdeh qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 20 (iyirmi) manat hissəsinin əvəzi Cavabdeh İddiaçı xeyrinə tutulması qət edilmişdir. Mülki işin materiallarından olan Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(105)-3041/2021 saylı qətnaməsindən görünür ki, Abşeron Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və yeni qətnamə qəbul edilmiş, iddia tələbinin qismən təmin edilməsi, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, K-110A-PCC-19 saylı avtomobilin müddətli satışı üzrə müqaviləsinin ləğv edilməsi, "Ravon R4” minik markalı, **-PB-*** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsinin Cavabdeh alınaraq İddiaçı MMC-yə verilməsi qət edilmişdir. Mülki iş materiallarından olan "xxxx" tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, İddiaçı MMC ilə "xxxx" ASC arasında ** PB *** dövlət qeydiyyat nişanlı Ravon R4 LTZ markalı avtomobilin sığortalanması üçün 07 avqust 2019cu il tarixində “Avtonəqliyyat vasitələrinin “kasko sığortası” üzrə MC-Mİ-1052/19 saylı sığorta müqaviləsi bağlanmışdır. 22 aprel 2021-ci il tarixində Cavabdeh şirkətə müraciət edərək 04 yanvar 2021-ci il tarixində sığortalanmış avtomobilə zərər dəyməsi barəsində məlumat vermişdir. Ona "xxxx" ASC tərəfindən AR Mülki Məcəlləsinin 933.1.2-ci və 935.1.1-ci maddələrinə əsasən Sığortaçının hadisənin sığorta hadisəsi olub-olmamasını müəyyənləşdirmək imkanından məhrum olması səbəbindən "xxxx" ASC-nin 22 aprel 2021-ci il tarixli müraciət ilə əlaqədar məsuliyyəti yaranmaması bildirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 fevral 2023-cü il tarixli, 9/8847 nömrəli ekspert rəyindən müəyyən edilir ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan İddiaçı MMC-nin xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2019-cu il buraxılışlı “Ravon R4 minik” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 12848,0 manat müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a.istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərəçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, 06 avqust 2019-ci il tarixli K-110A-PCC-19 № li avtomobilin müddətli satışı üzrə müqaviləyə əsasən cavabdeh İddiaçındən RAVON R4 minik markalı **-PB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi (şassi XWBJF69V9KA092031) satın almışdır. Tərəflər arasında olan razılaşmaya əsasən nəqliyyat vasitəsinin dəyəri 26934,36 (iyirmi altı min doqquz yüz otuz dörd manat otuz altı qəpik) manat məbləğində müəyyən edilmişdir. Cavabdeh həmin məbləğdən 4240 (dörd min iki yüz qırx) manat məbləğində olan hissəsini ilkin ödəniş kimi icra etmişdir. Qalan 22694,36 (iyirmi iki min altı yüz doxsan dörd manat otuz altı qəpik) manat məbləğində pulun hissə-hissə olmaqla 36 (otuz altı) ay müddətinə ödənilməsi haqqında razılıq əldə edilmişdir. Cavabdeh öhdəliklərini uzun müddət icra etmədiyi üçün dəfələrlə ona öhdəliklərini icra etməsi barədə xəbərdarlıqlar edildikdən sonra heç bir nəticə əldə edilmədiyi üçün İddiaçı MMC Abşeron rayon məhkəməsinə müraciət etmişdir. Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2(012)-2283/2021 saylı qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 06 avqust 2019-cu il tarixli, K-110A-PCC-19 saylı avtomobilin müddətli satışı üzrə müqavilə etibarsız hesab edilməsi, tərəflər ilkin vəziyyətə qaytarılması, “ideal Motors" MMC ilə Cavabdeh arasında bağlanmış 06 avqust 2019-cu il tarixli, K-110A-PCC-19 saylı avtomobilin müddətli satışı üzrə müqavilə əsasında İddiaçı MMC tərəfindən Cavabdeh verilmiş “Ravon R4” minik markalı, **-PB-*** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsi Cavabdeh alınaraq İddiaçı MMC-yə qaytarılsın, Cavabdeh İddiaçı MMC-yə ödədiyi 10235 (on min iki yüz otuz beş) manat məbləğində pul vəsaiti İddiaçı MMC-dən alınaraq Cavabdeh qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 20 (iyirmi) manat hissəsinin əvəzi Cavabdeh İddiaçı xeyrinə tutulması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(105)-3041/2021 saylı qətnaməsinə əsasən Abşeron Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və yeni qətnamə qəbul edilmiş, iddia tələbinin qismən təmin edilməsi, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, K-110A-PCC-19 saylı avtomobilin müddətli satışı üzrə müqaviləsinin ləğv edilməsi, "Ravon R4” minik markalı, **-PB-*** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsinin Cavabdeh alınaraq İddiaçı MMC-yə verilməsi qət edilmişdir. Qeyd edilən nəqliyyat vasitəsinin cavabdehdə olduğu müddətdə cavabdeh qeyd edilən nəqliyyat vasitəsi ilə yol nəqliyyat hadisəsi törətmiş və qəza nəticəsində Ravon R4 minik markalı **-PB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ƏDV daxil olmaqla 13705 (on üç min yeddi yüz beş) manat məbləğində maddi zərər dəymişdir. Məhkəmə ekspertizasının rəyindən müəyyən edilir ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan İddiaçı MMC-nin xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2019-cu il buraxılışlı “Ravon R4 minik” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 12848,0 manat müəyyən edilir. Bunu təkzib edən mötəbər sübut iş materiallarında olmadığından məhkəmə həmin məbləğlə razılaşır. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı MMC-yə məxsus Ravon R4 minik markalı **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən ziyan 12848,0 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı MMC-yə verilməli, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İşin materiallarından da müəyyən edilir ki, hazırki iş üzrə məhkəmə xərcləri iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumundan və ekspertiza xərcindən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, dövlət rüsumu üçün ödənilmiş olan 133 manat məbləğində pul vəsaitinin 100 manat məbləğindəki hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin, iş üzrə 100 manat məhkəmə ekspertizası xərci vardır ki, iddia qismən təmin edildiyindən həmin məbləğin 80 manatı cavabdehə, 20 manatı isə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı MMC-yə məxsus Ravon R4 minik markalı **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən ziyan 12848,0 manat və ödənilmiş dövlət rüsumu üçün 100 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə verilsin. Cavabdeh 80 manat, İddiaçı MMC-dən isə 20 manat məhkəmə ekspertizası xərci tutulub Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №e-2(012)-208/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-208/2023
03.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver