Məhkəmə qərarları › İş №e-2(012)-2115/2025

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-2115/2025

16.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-2115/2025 16.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndələri X2 və X3, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair iddiası üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 20007,88 manat əsas borc, 964,19 manat faiz borcu və 49,39 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 21021,46 manat məbləğində borcun və 153,06 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi Anar Həsənov ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, hazırda tərəflər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə uyğun olaraq məhkəmənin icraatında olan həmin işi banşiq sazişi bağlamaqla yekunlaşdırmaq niyyətindədirlər və qarşılıqlı razılığa gələrək ərizəyə əlavə olunmuş şərtlərlə hazırkı Barışıq Sazişini imzalamışlar. Qeyd olunan barışığın şərtlərini tərəflər qarşılıqlı razılıq və anlaşma ilə qəbul etmişlər və bu barışıq sazişi təsdiq edildiyi halda doğuracaq hüquqi nəticələr, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 153, 191, 261-269 və 395- 401-ci maddələrinin məzmunu tərəflərə aydındır və tərəflər könüllü olaraq bu sazişi imzalamışlar. Odur ki, qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191-ci maddəsinə əsasən təqdim olunan barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndələri X4 və X5 məhkəmə iclasında izahat verərək, Cavabdeh ilə aralarında barışıq sazişi bağlandığından iddiadan imtina etdiklərini bildirdilər və hazırki mülki iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddiaçı təşkilat ilə aralarında barışıq sazişi bağlandığından hazırki mülki işə xitam verilməsini xahiş etdi. Tərəflər - İddiaçı ASC və Cavabdeh 16 may 2025-ci il tarixli barışıq sazişini məhkəməyə təqdim еdərək, razılığa gəldikləri üçün mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişdirlər. Məhkəməyə təqdim edilmiş barışıq sazişindən aydın olur ki, İddiaçı ASC və Cavabdeh aşağıdakı şərtlərlə razılaşırlar:

1. Borclu Cavabdeh İddiaçı ASC-yə 04 may 2023-cü il tarixli kredit müqaviləsi üzrə 19,179.24 AZN (Əsas borc - 16,780.01 AZN, faiz borcu - 1,575.25 AZN, cərimə borcu - 823.98 AZN) borcunun olmasını qəbul edir.

2. Borclu 16780.01 AZN qalıq borc məbləğini illik 16.5% olmaqla 19 ay müddətinə (ilk ödəniş 29 may 2025-cü il tarixdən başlanmaqla 30 noyabr 2026-ci il tarixə kimi) yeni qrafik üzrə aşağıdakı ardıcıllıqla razılaşdırılmış qaydada banka ödəməyi öhdəsinə götürür: Əsas Faiz Ödənişin Cərimə Kreditin Ödəniş № Ödənişin tarixi borcun borcu Digər faiz məbləği borcu qalığı Ödənişi ödənişi 1 29 may 2025 1,009.56 778.84 230.73 - - 16,001.17 2 30 iyun 2025 1,009.56 789.55 220.02 - - 15,211.63 3 29 iyul 2025 1,009.56 800.40 209.16 - - 14,411.22 4 29 avqust 2025 1,009.56 81 1.41 198.15 - - 13,599.81 5 29 sentyabr 2025 1,009.56 822.57 187.00 - - 12,777.25 6 29 oktyabr 2025 1,009.56 833.88 175.69 - - 11,943.37 7 28 noyabr 2025 1,009.56 845.34 164.22 - - 1 1,098.03 8 29 dekabr 2025 1,009.56 856.97 152.60 - - 10,241.07 9 29 yanvar 2026 1,009.56 868.75 140.81 - - 9,372.32 10 27 fevral 2026 1,009.56 880.69 128.87 - - 8,491.62 11 30 mart 2026 1,009.56 892.80 116.76 - - 7,598.82 12 29 aprel 2026 1,009.56 905.08 104.48 - - 6,693.74 13 29 may 2026 1,009.56 917.52 92.04 - - 5,776.22 14 29 iyun 2026 1,009.56 930.14 79.42 - _ 4,846.08 15 29 iyul 2026 1,009.56 942.93 66.63 - _ 3,903.15 16 28 avqust 2026 1,009.56 955.89 53.67 - _ 2,947.25 17 29 sentyabr 2026 1,009.56 969.04 40.52 - - 1,978.21 18 29 oktyabr 2026 1,009.56 982.36 27.20 - - 995.85 19 30 noyabr 2026 3,408.83 995.85 13.69 823.98 1,575.25 0.00 Cəmi 21 580.91 16,780.01 2,401.67 823.98 1,575.25

3. Borclu bu sazişin 2-ci bəndində nəzərdə tutulan öhdəliklərini müddətin sonuna qədər vaxtında və lazımi qaydada icra etdiyi halda kredit öhdəliyi tam icra olunmuş hesab olunsun.

4. Məhkəmədə qeyd olunan şərtlərlə barışıq sazişi bağlanılsın. Kredit öhdəliyi tam icra olunduqdan sonra borcun olmamağı haqqında arayış ödənişsiz verilsin və müvafiq icra orqanına xitam məktubu təqdim olunsun. Hesablanmış, lakin ödənilməmiş faiz və cərimə məbləğləri güzəşt olunaraq bağışlanılsın. Bütün məktub və güzəştlər kredit borcu üzrə ödəniş ödənildikdən sonra icra edilsin.

5. Gecikmə günü mümkünlüyü 1 ay üzrə maksimum 3 gün, ümumilikdə 10 gün olaraq müəyyən edilsin. Müştəri qrafikə uyğun ödədiyi təqdirdə sonuncu - 19-cu ayda ödəməli olduğu 1,575.25 AZN faiz borcu və 823.98 AZN cərimə borcu, cəmi: 2 399.23 AZN və 153,06 AZN məhkəmə rüsumu güzəşt olunsun.

6. Ödənişlərin vaxtında icra edilməməsi halında bu sazişin 2-ci bəndinin tələbləri pozulmuş hesab edilsin, hesablanmış, lakin ödənilməmiş faiz və cərimə məbləğləri - 1,575.25 AZN faiz borcu və 823.98 AZN cərimə borcu, cəmi: 2 399.23 AZN və 153,06 AZN məhkəmə rüsumu borcludan ümumi qaydada tələb olunsun.

7. Borclu bu saziş üzrə öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirmədikdə Bank bu saziş üzrə öhdəliklərindən imtina edə bilər.

8. Bu barışıq sazişinin icra edilməməsi və ya lazımınca icra edilməməsi icra icraatının başlamlması üçün əsasdır.

9. Barışıq sazişi hazırkı işin icraatına xitam verilməsi üçün əsasdır və Barışıq sazişinin təsdiq edilməsi ilə iş üzrə icraata xitam verilir.

10. Tərəflərə Barışıq sazişinin təsdiq edilməsi ilə yaranan prosessual hərəkətlərin nəticələri, o cümlədən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191, 261 və 262-ci maddələrinin tələbləri izah edilmişdir.

11. Barışıq sazişini təsdiqləyən məhkəmə qərardadının qanuni qüvvəyə mindiyi tarixdən bu barışıq sazişi etibarlıdır və icrası məcburidir.

12. Bu barışıq sazişi 2 (iki) nüsxədə Bakı şəhərində, xx.xx.2025-ci il tarixdə imzalanmışdır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, İddiaçı ASC və Cavabdeh arasında bağlanmış 16 may 2025-ci il tarixli barışıq sazişi təsdiq edilməli və mülki iş üzrə icraata xitam verilməlidir. Аzərbaycan Respublikası Мülki Prosessual Мəcəlləsinin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Аzərbaycan Respublikası Мülki Prosessual Мəcəlləsinin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Аzərbaycan Respublikası Мülki Prosessual Мəcəlləsinin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Аzərbaycan Respublikası Мülki Prosessual Мəcəlləsinin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Bundan əlavə iş materiallarında olan xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC Abşeron Rayon Məhkəməsinə iddia ərizəsi verilməsi üçün 153,06 manat məbləğində dövlət rüsumunu X6 vasitəsilə xx.xx.2025-ci il tarixdə 14:53-də Dövlət Büdcəsinə ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, dövlət rüsumu geri qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.3-cü maddəsinə əsasən məhkəmələr tərəfindən iş üzrə icraata xitam verildikdə, ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Yuxarıda göstərilənlərə və АR МPМ-in 261.0.5; 262-264; 266-268-ci maddələrini rəhbər tutaraq,

qərara aldı: İddiaçı ASC-nin Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair iddiası ilə əlaqədar mülki iş üzrə tərəflər arasındakı aşağıdakı şərtlər ilə bağlanmış 16 may 2025-ci il tarixli barışıq sazişi təsdiq edilsin.

1. Borclu Cavabdeh İddiaçı ASC-yə 04 may 2023-cü il tarixli kredit müqaviləsi üzrə 19,179.24 AZN (Əsas borc - 16,780.01 AZN, faiz borcu - 1,575.25 AZN, cərimə borcu - 823.98 AZN) borcunun olmasını qəbul edir.

2. Borclu 16780.01 AZN qalıq borc məbləğini illik 16.5% olmaqla 19 ay müddətinə (ilk ödəniş 29 may 2025-cü il tarixdən başlanmaqla 30 noyabr 2026-ci il tarixə kimi) yeni qrafik üzrə aşağıdakı ardıcıllıqla razılaşdırılmış qaydada banka ödəməyi öhdəsinə götürür: Əsas Faiz Ödənişin Cərimə Kreditin Ödəniş № Ödənişin tarixi borcun borcu Digər faiz məbləği borcu qalığı Ödənişi ödənişi 1 29 may 2025 1,009.56 778.84 230.73 - - 16,001.17 2 30 iyun 2025 1,009.56 789.55 220.02 - - 15,211.63 3 29 iyul 2025 1,009.56 800.40 209.16 - - 14,411.22 4 29 avqust 2025 1,009.56 81 1.41 198.15 - - 13,599.81 5 29 sentyabr 2025 1,009.56 822.57 187.00 - - 12,777.25 6 29 oktyabr 2025 1,009.56 833.88 175.69 - - 11,943.37 7 28 noyabr 2025 1,009.56 845.34 164.22 - - 1 1,098.03 8 29 dekabr 2025 1,009.56 856.97 152.60 - - 10,241.07 9 29 yanvar 2026 1,009.56 868.75 140.81 - - 9,372.32 10 27 fevral 2026 1,009.56 880.69 128.87 - - 8,491.62 11 30 mart 2026 1,009.56 892.80 116.76 - - 7,598.82 12 29 aprel 2026 1,009.56 905.08 104.48 - - 6,693.74 13 29 may 2026 1,009.56 917.52 92.04 - - 5,776.22 14 29 iyun 2026 1,009.56 930.14 79.42 - _ 4,846.08 15 29 iyul 2026 1,009.56 942.93 66.63 - _ 3,903.15 16 28 avqust 2026 1,009.56 955.89 53.67 - _ 2,947.25 17 29 sentyabr 2026 1,009.56 969.04 40.52 - - 1,978.21 18 29 oktyabr 2026 1,009.56 982.36 27.20 - - 995.85 19 30 noyabr 2026 3,408.83 995.85 13.69 823.98 1,575.25 0.00 Cəmi 21 580.91 16,780.01 2,401.67 823.98 1,575.25

3. Borclu bu sazişin 2-ci bəndində nəzərdə tutulan öhdəliklərini müddətin sonuna qədər vaxtında və lazımi qaydada icra etdiyi halda kredit öhdəliyi tam icra olunmuş hesab olunsun.

4. Məhkəmədə qeyd olunan şərtlərlə barışıq sazişi bağlanılsın. Kredit öhdəliyi tam icra olunduqdan sonra borcun olmamağı haqqında arayış ödənişsiz verilsin və müvafiq icra orqanına xitam məktubu təqdim olunsun. Hesablanmış, lakin ödənilməmiş faiz və cərimə məbləğləri güzəşt olunaraq bağışlanılsın. Bütün məktub və güzəştlər kredit borcu üzrə ödəniş ödənildikdən sonra icra edilsin.

5. Gecikmə günü mümkünlüyü 1 ay üzrə maksimum 3 gün, ümumilikdə 10 gün olaraq müəyyən edilsin. Müştəri qrafikə uyğun ödədiyi təqdirdə sonuncu - 19-cu ayda ödəməli olduğu 1,575.25 AZN faiz borcu və 823.98 AZN cərimə borcu, cəmi: 2 399.23 AZN və 153,06 AZN məhkəmə rüsumu güzəşt olunsun.

6. Ödənişlərin vaxtında icra edilməməsi halında bu sazişin 2-ci bəndinin tələbləri pozulmuş hesab edilsin, hesablanmış, lakin ödənilməmiş faiz və cərimə məbləğləri - 1,575.25 AZN faiz borcu və 823.98 AZN cərimə borcu, cəmi: 2 399.23 AZN və 153,06 AZN məhkəmə rüsumu borcludan ümumi qaydada tələb olunsun.

7. Borclu bu saziş üzrə öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirmədikdə Bank bu saziş üzrə öhdəliklərindən imtina edə bilər.

8. Bu barışıq sazişinin icra edilməməsi və ya lazımınca icra edilməməsi icra icraatının başlamlması üçün əsasdır.

9. Barışıq sazişi hazırkı işin icraatına xitam verilməsi üçün əsasdır və Barışıq sazişinin təsdiq edilməsi ilə iş üzrə icraata xitam verilir.

10. Tərəflərə Barışıq sazişinin təsdiq edilməsi ilə yaranan prosessual hərəkətlərin nəticələri, o cümlədən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191, 261 və 262-ci maddələrinin tələbləri izah edilmişdir.

11. Barışıq sazişini təsdiqləyən məhkəmə qərardadının qanuni qüvvəyə mindiyi tarixdən bu barışıq sazişi etibarlıdır və icrası məcburidir.

12. Bu barışıq sazişi 2 (iki) nüsxədə Bakı şəhərində, xx.xx.2025-ci il tarixdə imzalanmışdır. İddiaçı ASC-nin Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair iddiası ilə əlaqədar 2(012)-2115/2025 saylı mülki iş üzrə icraata xitam verilsin. İddiaçı ASC-nin Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair 2(012)-2115/2025 saylı mülki iş üzrə X6 vasitəsilə xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzdən ödəmiş olduğu 153,06 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən İddiaçı ASC-yə qaytarılsın. Qərardadın dövlət rüsumunun qaytarılması hissəsinin icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin X1 İdarəsinə həvalə edilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) şikayət verilə bilər.

Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar