Məhkəmə qərarları › İş №e-2(012)-2116/2024

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-2116/2024

19.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-2116/2024 19.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlu tərəfindən, İddiaçı BOKT "xxxx" QSC-nin Cavabdeh barəsində kredit müqaviləsi üzrə borcun tutulması haqqında kiçik iddialara dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: İddiaçı BOKT "xxxx" QSC-nin Cavabdeh barəsində kredit müqaviləsi üzrə borcun tutulması haqqında kiçik iddialara dair ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 1282,72 manat əsas, 130,85 manat faiz, 150,24 manat cərimə borcu, həmçinin 32,83 manat dövlət rüsumunun, cəmi 1315,55 manat borcun iddiaçı BOKT "xxxx" QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ərizəyə əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlanacaq) 152.1.5 və 284.3.5-ci maddələrinin tələblərinə cavab vermədiyindən ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-3.5. maddəsinə əsasən ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. 152.1.5. maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Mülki iş materiallarından göründüyü kimi, iddiaçı BOKT "xxxx" QSC kredit üzrə yaranmış borca görə cavabdehdən 1282,72 manat əsas, 130,85 manat faiz, 150,24 manat cərimə borcu, həmçinin 32,83 manat dövlət rüsumunun, cəmi 1315,55 manat pulun tutulmasını xahiş etmiş və iddianın məbləği 1563,81 manat təşkil etdiyi halda, əsas, faiz, cərimə borcuna görə ümumi məbləği düzgün hesablamamış, həmçinin kiçik iddialara dair ərizənin verilməsinə görə iddiaçı 32,83 manat dövlət rüsumu ödəmişdir. Halbuki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi iddianın qiyməti məbləğində dövlət rüsumu ödənilməlidir. İddia tələbindən göründüyü kimi, iddiaçı qanunvericiliklə müəyyən edilmiş 35,63 manat dövlət rüsumu ödəməli olduğu halda, 32,83 manat dövlət rüsumu ödəməklə kiçik iddialara dair ərizənin forma və məzmununa riayət etməmişdir. Belə ki, Elektron Məhkəmə Sistemi Dövlət rüsumunun ödənilməsi kalkulyatoruna əsasən iddia qiyməti 1563,81 manat olduqda, iddia ərizəsinin verilməsinə görə 35,63 manat dövlət rüsumu ödənilməlidir. Beləliklə, məhkəmə, iddiaçı tərəfindən ərizəyə dövlət rüsumunun qanunvericiliklə müəyyən edilmiş məbləğdə ödənilməsini təsdiq edən sənəd əlavə edilmədiyindən və bununla da kiçik iddialara dair ərizənin forma və məzmununa riayət edilmədiyindən ərizə və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərarına gəlir. Qanunvericiliyin tələblərinə istinad edərək məhkəmə qeyd edir ki, ərizə və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalı, ərizədə yol verilmiş nöqsanlar aradan qaldırıldıqdan sonra iddiaçıya təkrarən ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüquqlarının olması izah olunur. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 149.1. 150.1. 151.1ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM : İddiaçı BOKT "xxxx" QSC-nin Cavabdeh barəsində kredit müqaviləsi üzrə borcun tutulması haqqında kiçik iddialara dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, kiçik iddialara dair ərizənin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar