Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-214/2023 16.01.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-yə qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2016-cı il tarixli, 11-xx-xx-2016-RF-AAAF-AF saylı kredit müqaviləsi üzrə 16952.61 manat əsas, 169.10 manat faiz borcu olmaqla, cəmi 17121.71 manat borc, ödənilmiş 141.36 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin geri qaytarılması zəruriyyəti yarandığından iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin, həmçinin, ödənilmiş 141.36 manat dövlət rüsumunun büdcədən qaytarılmasını məhkəmədən xahiş etmişdir. Mülki iş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının ərizəsini və mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməli, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 170.1. maddəsinə əsasən, işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəmə eyni zamanda, qeyd edir ki, Mülki Prosessual Məcəllənin 114.1.3. maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Mülki iş materiallarına əlavə olunmuş ödəniş qəbzindən göründüyü kimi, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 141.36 manat dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən, ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Məhkəmə qeyd edir ki, hazırki mülki iş üzrə iddia ərizəsinin geri qaytarılması barədə ərizə daxil olduğundan, iddiaçı tərəfindən ödənilmiş xx.xx.2022-ci il tarixdə saat 12:01-də Azərbaycan Respublikası Mərkəzi X1, Büdcə təsnifat kodu: 14221102, Büdcə səviyyə kodu: 1, Əməliyyat kodu: **********, Xəzinə hesabı: AZ66CTRE********************, Hesablaşma forması: (nağd) ödənilmiş 141.36 manat məbləğində dövlət rüsumu "xxxx" ASC-yə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 170.3, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-yə qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı tərəfindən ödənilmiş xx.xx.2022-ci il tarixdə saat 12:01-də Azərbaycan Respublikası Mərkəzi X1, Büdcə təsnifat kodu: 14221102, Büdcə səviyyə kodu: 1, Əməliyyat kodu: **********, Xəzinə hesabı: AZ66CTRE********************, Hesablaşma forması: (nağd) ödənilmiş 141.36 (yüz qırx bir manat otuz altı qəpik) manat məbləğində dövlət rüsumu "xxxx" ASC-yə qaytarılsın. Qərardaddan rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №e-2(012)-214/2023
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-214/2023
16.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver