Məhkəmə qərarları › İş №e-2(012)-2171/2022

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-2171/2022

30.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-2171/2022 30.03.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Abbasova Məlahət Aslan qızı, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair iddia ərizəsinə 30 mart 2022-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqısatqı müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə yaranmış borcu 1085.2 manat əsas, 162.7 manat cərimə, cəmi 1247.9 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 1021.1 manat əsas, 153.1 manat cərimə, cəmi 1174.2 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 1042.5 manat əsas, 156.3 manat cərimə, cəmi 1198.8 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 107 manat əsas, 16 manat cərimə, cəmi 123 manat, ümumilikdə 3743.9 manat borcun və 57.44 manat ödənilmiş dövlət rüsumunun əvəzinin Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə məhkəməyə yazılı ərizə təqdim edərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin, eləcə də ödənilmiş dövlət rüsumunun geri qaytarılmasını xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd edilənlərə əsasən hesab edirəm ki, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair iddia ərizəsi iddiaçının ərizəsinə əsasən geri qaytarılmalıdır. Həmçinin aşağıda qeyd olunanlara əsasən hesab edirəm ki, "xxxx" MMC-nin ödənilmiş dövlət rüsumunun qaytarılması barədə ərizəsi təmin edilməli və onun hazırki iş üzrə ödəmiş olduğu 57,44 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddiaçı "xxxx" MMC-nin iş materiallarına əlavə etdiyi xx.xx.2022-ci il tarixli qəbzin surətindən görünür ki, o, Abşeron Rayon Məhkəməsinə iddia ərizəsinin verilməsi üçün 57,44 manat məbləğində dövlət rüsumunu "xxxx" ASC-də xx.xx.2022-ci ildə saat 14:19-da ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, dövlət rüsumu geri qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən, bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən, ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu geri qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair iddia ərizəsi (e-2(012)-2171/2022 saylı mülki iş) üzrə ödəmiş olduğu 57,44 manat məbləğində dövlət rüsumu dövlət büdcəsinin vəsaiti hesabından "xxxx" MMC-yə (VÖEN: **********) qaytarılsın və qərardadın bu hissədə icrası Maliyyə Nazirliyinin Abşeron Maliyyə Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar