Məhkəmə qərarları › İş №e-2(012)-2207/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2207/2025

06.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2207/2025 06.08.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyev Əliağa Vahid oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı xeyrinə 13000 manat pul vəsaiti və ödənilmiş 129 manat dövlət rüsumunun, ümumilikdə 13129 manat pul vəsaitinın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X5 ilə xx.xx.2011-ci il tarixdə ailə həyatı qurmuşdur. Birgə nikahdan xx.xx.2018-il təvəllüdlü X4, xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü Əzimzadə Hicran Teyub qızı anadan olmuşdur. X5 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. X1 əlil olduğu üçün qısa müddətdə əməliyyat olunması bildirilmişdir. Bundan sonra qaynanası ona bildirmişdir ki, o, sosial şəbəkə və efir vasitəsi ilə dövlətdən yardım istəyəcək. Onun adına Rabitə Bank kartı açdırmaqla yığılan pul vəsaitini X2 əməliyyatına xərclənəcək. Bununla da, o, qaynanasına inanaraq razılıq vermiş, Cavabdeh adına “Rabitə Bank” kart hesabı açdırmış, 2022-ci il tarixdən 2025-ci ilin yanvar ayına dək, 13000 manat pul vəsaiti yığılmışdır. Həmin pul vəsaiti yığıldıqdan sonra qaynanası onunla qeyri-etik davranaraq, təhqiredici ifadələr işlədərək ona və övladlarına pis rəftar edərək son həddə çatdırmışdır. Daha sonra o, 2024-cü ilin dekabır ayında valideyninin yanına gəlmiş, sonralar qaynanasına bildirmişdir ki, övladının əməliyyatı üçün yığılan pul vəsaitini ona verilsin. Yığılan pulları sübut edən dəlillər “WhatsApp” mobil tətbiqi vasitəsilə aralarında olan yazışmalar, həmin mobil tətbiq vasitəsilə ona göndərilmiş səs yazılarıdır. Hazırda da övladı əlildir və əməliyyat olunması vacibdir. Lakin cavabdeh bildirmişdir ki, pulu xərcləmişdir və övladı nə vaxt əməliyyat olunacaqsa, onda yığıb verəcək. Cavabdeh 13000 manat pul və ödənilmiş olaraq 129 manat dövlət rüsumu, ümumilikdə 13129 manat pul vəsaiti alınaraq ona verilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. O bildirdi ki, qaynanası indiyədək uşağın müalicəsinə cəmi 200 manat pul xərcləmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə dəfələrlə məlumatlandırılsa da, məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəblərdən olması barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bununla belə, Cavabdeh məhkəməyə göndərdiyi iddiaya etiraz ərizəsində onun adına açılmış kart hesabına nəvəsinin, yəni iddiaçının qızının xəstəliyinin müalicəsi üçün 10000 manat vəsait toplandığını etiraf etmişdir. Məhkəmə iddiaçını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Mülki işin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Rabitəbank ASC-yə məxsus Cavabdeh adına, plastik kartı icra edilmiş əməliyyatların hesabdan çıxarışdan görünür ki, 526163******2200 nömrəli kartla xx.xx.2022-xx.xx.2025 tarix aralığı ərzində 10.000 manat vəsait qəbul etmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş etiraz ərizəsindən görünür ki, nəvəsi X3 əməliyyat pullarının toplanması üçün adına açılmış kart hesabına 10.000 manat pul vəsaiti yığılmışdır. Həmin toplanmış məbləğdən 2400 manatı nəvəsinin xəstəxana, müalicə xərcləri üçün xərclənmişdir. Yerdə isə 7600 manat pul vəsaiti qalmışdır. İddia tələbi qanunsuz və əsassızdır. İddia tələbinin təmin edilməməsi haqqında qətnamə qəbul edilməsini xahiş edir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halından göründüyü kimi, iddiaçı məhz Cavabdeh adına, plastik karta yığılan pula və cavabdehə aid səs yazılarına istinad etməklə, X3 əməliyyat olunması ilə əlaqədar cavabdehin adına açılmış kart hesabına 13.000 manat pul vəsaiti yığıldığını, cavabdehin həmin pul vəsaitinin iddiaçının övladı nə vaxt əməliyyat olunacaq onda pulu verəcəyinə vəd etdiyini, lakin dəfələrlə müraciət etməsinə baxmayaraq cavabdehin həmin pulların qaytarılmasından yayındığını əsas gətirərərək hazırki iddia tələbini irəli sürmüşdür. Yuxarıda göstərildiyi kimi, mülki işin materiallarından cavabdehin adına olan bank hesabına ayrı-ayrı vaxtlarda pul vəsaitləri göndərildiyi müəyyən edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş etiraz ərizəsində nəvəsi X3 əməliyyat pullarının toplanması üçün adına açılmış kart hesabına 10.000 manat pul vəsaiti yığıldığını, həmin toplanmış məbləğdən 2400 manatı nəvəsinin xəstəxana, müalicə xərcləri üçün xərcləndiyini, 7600 manat pul vəsaitinin onda qalmasını bildirdiyi müəyyən edilir. Göstərilənləri ağlabatan mühakimə əsasında nəzərdən keçirən məhkəmə iddiaçının qeyd edilən dəlillərini qismən əsaslı hesab edir. Bu səbəbdən hazırki mübahisəyə aid X3 əməliyyatı üçün yığılmış pulların da həqiqətdə Cavabdeh adına açılmış bank kartına (Rabitəbank ASC-in çıxarışı) 10.000 manat məbləğində pul köçürüldüyü sübuta yetirildiyi qəbul edilməlidir. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə uyğun olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 1091.1 və 1092.1-ci maddələrinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. İddiaçı cavabdehdən iddia ərizəsində qeyd edilən məbləğin tutulmasını xahiş etsə də məhkəmə hesab edir ki, iddia cavabdehə münasibətdə təqdim edilmiş sübutlara (bank çıxarışına) müvafiq olaraq etiraf etdiyi məbləğə uyğun hissədə təmin edilməlidir və həmin məbləğin iddia ərizəsi ilə əhatə olunduğu nəzərə alınarsa, bu hal iddia tələbindən kənara çıxma kimi qiymətləndirilə bilməz. Bu baxımdan məhkəmə hesab edir ki, Cavabdeh iddiaçıya 10.000 manat borcunun olduğunu etirafı, həmin məbləğdən cəmi 200 manat xəcləndiyini nəzərə alınaraq Cavabdeh iddiaçı ilə aralarında şifahi razılaşma üzrə 9.800 manat pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Bu zaman nəzərə alınmalıdır ki, Cavabdeh iddiaçıya 10.000 manat ona qaytaracağını bildirməsinə baxmayaraq, həqiqətdə cavabdehin kartına yığılan pulun məbləği 13.000 manat deyil, 10.000 manat olduğu müəyyən edilmişdir. Həmin məbləğdən 200 manatı X3 müalicəsinə xərclənməsini iddiaçı məhkəmə iclas zalında özü təsdiqləmişdir. Bu səbəbdən iddia qismən təmin edilməlidir. Bu qənaətə gələrkən məhkəmə xüsusilə nəzərə alır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə, borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Konstitusiya Məhkəməsi Plenumunun hüquqdan sui-istifadə ilə bağlı hüquqi mövqeyinə görə, qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən normalar vasitəsilə əslində bütün haqların istifadə olunmasına bir əxlaqi hədd və məhdudiyyət qoyulmuşdur. Haqların istifadəsi baxımından tələb olunan vicdanlılıq meyarı obyektiv vicdanlılığı nəzərdə tutmaqla, dürüst, ədalətli bir insanın hərəkət tərzinə dair meyardır. Hüquqdan suiistifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır (X.Mirzəliyevin şikayəti üzrə 17 sentyabr 2021-ci il tarixli Qərar). Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh 9.800 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 9800 manat və ödənilmiş dövlət rüsumuna görə 118 manat pul tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar