Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-221/2025 16.01.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Apellyasiya Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli, 2(105)-766/2022 saylı qətnaməsi ilə xx.xx.2011-ci il təvəllüdlü X6, xx.xx.2013-cü il təvəllüdlü X7, xx.xx.2018-ci il təvəllüdlü X8 və xx.xx.2019-cu il təvəllüdlü X1 üçün 640 manat sabit pul məbləği şəklində tutulan alimentin miqdarının artırılaraq Cavabdeh hər ay hər uşağa görə 235 manat olmaqla, 4 uşaq üçün, ümumilikdə, 940 manat sabit pul məbləğində alimentin tutulması və mediasiya prosesi ilə bağlı ödədiyi 60 manat ödənişin Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt Apellyasiya Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli, 2(105)-766/2022 saylı qətnaməsi ilə xx.xx.2011-ci il təvəllüdlü X6, xx.xx.2013-cü il təvəllüdlü X7, xx.xx.2018-ci il təvəllüdlü X8 və xx.xx.2019-cu il təvəllüdlü X1 üçün 640 manat sabit pul məbləği şəklində tutulan alimentin miqdarının artırılaraq Cavabdeh hər ay hər uşağa görə 260 manat olmaqla, 4 uşaq üçün, ümumilikdə, 1040 manat sabit pul məbləğində alimentin tutulması və mediasiya prosesi ilə bağlı ödədiyi 60 manat ödənişin Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, onunla Cavabdeh arasında olan nikahdan xx.xx.2011-ci il təvəllüdlü X6, xx.xx.2013-cü il təvəllüdlü X7, xx.xx.2018-ci il təvəllüdlü X8 və xx.xx.2019-cu il təvəllüdlü X9 dünyaya gəlmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli, 2(105)-766/2022 saylı qətnaməsi ilə onlar arasında olan nikah pozulmuş, uşaqlar onun himayəsində qalmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-766/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə uşaqların saxlanılması üçün hər uşağa görə 160 manat olmaqla, cəmi 640 manat pulun cavabdehdən alınaraq ona verilməsi qət edilmişdir. Hazırda qeyd edilən aliment miqdarı uşaqların saxlanılması xərclərinə yetmir. Belə ki, hazırda iki uşağı məktəbə gedir və uşaqların təhsil xərcləri artıb. Bundan başqa hazırkı iqtisadi vəziyyət uşağın saxlanılması xərclərini artırıb. Bu baxımdan onunla qalan dörd uşağın saxlanılması xərclərini qarşılaya bilmir. Odur ki, qeyd edilənlərə əsasən o, alimentin artırılması ilə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Göstərilənlərə əsasən o, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmiş, lakin ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini müdafiə etdiyini bildirmiş, hazırkı işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, 2024-cü ilin iyun ayından İddiaçı ilə birgə nikahdan olan övladlarından ikisi — xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X7 onun yanında qalır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin müvafiq qətnaməsinə əsasən uşaqlardan ikisi onun himayəsinə verilmişdir. Bundan əlavə bildirir ki, İddiaçı yenidən ailə həyatı qurmuşdur. Bu səbəbdən o, iki uşağın onun himayəsinə verilməsinə görə məhkəmədə iddia qaldırmışdır. Qeyd edilənlərə əsasən o, iddianın təmin edilməməsini xahiş etdi. İş materiallarında olan Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ № 735925 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 06 avqust 2011-ci ildə Bakı şəhərində doğulmuşdur, atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ № 115223 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 27 may 2013-cü ildə Bakı şəhərində doğulmuşdur, atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 06 aprel 2018-ci ildə Bakı şəhərində doğulmuşdur, atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV № 391217 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 26 oktyabr 2019-cu ildə Bakı şəhərində doğulmuşdur, atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)- 766/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı apellyasiya şikayətinin qismən təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli, 2(012)- 5040/2021 nömrəli qətnaməsinin azyaşlı uşaqların saxlanılması üçün aliment tutulması hissəsində dəyişdirilməsi, 23 avqust 2021-ci ildən başlayaraq xx.xx.2011-ci ildə doğulmuş X2, xx.xx.2013-cü ildə doğulmuş X3, xx.xx.2018-ci ildə doğulmuş X4 və xx.xx.2019-cu ildə doğulmuş X5 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün hər ay hər uşaq üçün 160 manat olmaqla, cəmi 640 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq İddiaçı verilməsi, qətnamənin qalan hissələrdə, yəni İddiaçı ilə Cavabdeh arasında Abşeron Rayon Qeydiyyat Şöbəsində bağlanmış 28 sentyabr 2010-cu il tarixli, 617 №-li nikahın pozulması, nikah pozulduqdan sonra xx.xx.2011-ci il təvəllüdlü X6, xx.xx.2013-cü il təvəllüdlü X7, xx.xx.2018-ci il təvəllüdlü X8 və xx.xx.2019-cu il təvəllüdlü X5 anaları İddiaçı yanında qalmaları və Cavabdeh 30 manat dövlət rüsumunun tutularaq dövlət nəfinə keçirilməsi hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Abşeron Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ № 450556 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı nikahı Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən pozulmuş, nikaha xx.xx.2022-ci il tarixində xitam verilmiş və bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 74 № ilə qeyd edilmişdir. İş materiallarında olan Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-186/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X3 iddiaçı Cavabdeh yanında qalmasının müəyyən edilməsi, cavabdeh İddiaçı ödənilməmiş 50 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, 100 manat məbləğində ekspertiza xərcinin cavabdeh İddiaçı tutulаrаq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP(XİİS) hesаbı, Dövlət xəzinаdаrlığı аgentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** nömrəli hesab) ödənilməsi qət edilmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib iş materiallarını araşdıraraq və bütün sübutlara məcmu halında qiymət verərək, hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə rədd edilməlidir. Belə ki, hazırki iddia tələbinin qanuni əsası kimi münasibətləri tənzimləyən norma Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsində təsbit edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-766/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən İddiaçı apellyasiya şikayətinin qismən təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli, 2(012)-5040/2021 nömrəli qətnaməsinin azyaşlı uşaqların saxlanılması üçün aliment tutulması hissəsində dəyişdirilməsi, 23 avqust 2021-ci ildən başlayaraq xx.xx.2011-ci ildə doğulmuş X2, xx.xx.2013-cü ildə doğulmuş X3, xx.xx.2018-ci ildə doğulmuş X4 və xx.xx.2019-cu ildə doğulmuş X5 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün hər ay hər uşaq üçün 160 manat olmaqla, cəmi 640 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq İddiaçı verilməsi, qətnamənin qalan hissələrdə, yəni İddiaçı ilə Cavabdeh arasında Abşeron Rayon Qeydiyyat Şöbəsində bağlanmış 28 sentyabr 2010-cu il tarixli, 617 №-li nikahın pozulması, nikah pozulduqdan sonra xx.xx.2011-ci il təvəllüdlü X6, xx.xx.2013-cü il təvəllüdlü X7, xx.xx.2018-ci il təvəllüdlü X8 və xx.xx.2019-cu il təvəllüdlü X5 anaları İddiaçı yanında qalmaları və Cavabdeh 30 manat dövlət rüsumunun tutularaq dövlət nəfinə keçirilməsi hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Apellyasiya Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli, 2(105)-766/2022 saylı qətnaməsi ilə xx.xx.2011-ci il təvəllüdlü X6, xx.xx.2013-cü il təvəllüdlü X7, xx.xx.2018-ci il təvəllüdlü X8 və xx.xx.2019-cu il təvəllüdlü X1 üçün 640 manat sabit pul məbləği şəklində tutulan alimentin miqdarının artırılaraq Cavabdeh hər ay hər uşağa görə 260 manat olmaqla, 4 uşaq üçün, ümumilikdə, 1040 manat sabit pul məbləğində alimentin tutulması və mediasiya prosesi ilə bağlı ödədiyi 60 manat ödənişin Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin iş materiallarında olan Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-186/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən görünür ki, tərəflərin birgə nikahından olan xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X3 ataları Cavabdeh yanında qalması müəyyən edilmiş və həmin uşaqlar üçün aliment müəyyən edilməmişdir. Məhkəmə yuxarıda qeyd olunan uşaqların ikisinin hal-hazırda atasının himayəsində olması və uşaqlara qulluq, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşaqların himayəsində olduğu atanın üzərinə düşməsi kimi diqqətəlayiq halları nəzərə alaraq məhkəmə iddianın rədd edilməsi nəticəsinə gəlmişdir. Həmçinin iddia tələbi bütövlükdə rədd edildiyindən məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı tərəfindən mediasiya ilə bağlı çəkilmiş xərc iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı Sumqayıt Apellyasiya Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli, 2(105)-766/2022 saylı qətnaməsi ilə xx.xx.2011-ci il təvəllüdlü X6, xx.xx.2013-cü il təvəllüdlü X7, xx.xx.2018-ci il təvəllüdlü X8 və xx.xx.2019-cu il təvəllüdlü X1 üçün 640 manat sabit pul məbləği şəklində tutulan alimentin miqdarının artırılaraq Cavabdeh hər ay hər uşağa görə 260 manat olmaqla, 4 uşaq üçün, ümumilikdə, 1040 manat sabit pul məbləğində alimentin tutulması və mediasiya prosesi ilə bağlı ödədiyi 60 manat ödənişin Cavabdeh alınaraq ona verilməsi barədə iddiası rədd edilsin. Mediasiya ilə bağlı çəkilmiş xərc İddiaçı aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №e-2(012)-221/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-221/2025
16.01.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver