Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2236/2022 28.04.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Sultanov Əlisahib Həbib oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı borcun qaytarılması iddia tələbinə dair mülki işə 28 aprel 2022-ci il tarixdə Xırdalan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı borcun qaytarılması iddia tələbi ilə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək Cavabdeh 04.12.2020-ci il tarixli, ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 17.12.2021-ci il tarixinə yaranmış 381 manat əsas, 57.1 manat cərimə, cəmi 438.1 manat, 09.02.2021-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 1809.2 manat əsas, 271.3 manat cərimə, cəmi 2080.5 manat, 30.03.2021-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 1579.2 manat, 236.8 manat cərimə, cəmi 1816 manat, ümumilikdə 4334.6 manat məbləğində pulun və 63,40 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı MMCnin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, "Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh rəsmi qaydada bildiriş göndərilmiş lakin, onun iddiaya qarşı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 442, 445, 468, 741-ci maddələrini, MPM 119.1-ci maddəsini nəzərə alaraq müəyyən etdi: Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilmişdir ki, İddiaçı MMC ilə cavabdeh – Cavabdeh arasında bağlanmış 04.12.2020-ci il tarixli, ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsinə əsasən, “Honor 9X” markalı mobil telefona və oyun konsuluna görə 12 ay ödəniş cədvəli üzrə hər ay 48 manat olmaqla, cəmi 573 manat, 09.02.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, aldığı 2 ədəd “Samsung A715” markalı mobil telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 181 manat olmaqla, cəmi 2171.2 manat, 30.03.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, aldığı “Samsung G780” markalı mobil telefona görə 18 ay ödəniş cədvəli üzrə hər ay 88 manat olmaqla, cəmi 1579.2 manat, ümumilikdə 3 müqavilə üzrə 4323.4 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq, 04.12.2020-ci il tarixli ********* saylı müqavilə üzrə sonuncu dəfə 27.04.2021-ci il tarixində 48 manat, 09.02.2021-ci il tarixli müqavilə üzrə sonuncu dəfə 27.04.2021-ci il tarixində 181 manat ödəniş etmiş, 30.03.2021-ci il tarixli ********* saylı müqavilə üzrə heç bir ödəniş etməmiş və qalıq qalmış 3769.4 manat borcu qaytarmamışdır.Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyinin icra edilməsindən boyun qaçırır. Nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1 (bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və Alıcı tərəfindən satıcıya ödənilir. Cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu 5652 manat təşkil edir. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı 5652 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i iddiaçı tərəfibndən güzəşt edilmiş və cavabdeh tərəfindən cərimə məbləğinin 10%0-i yəni, 565.2 manat İddiaçı MMC-yə ödənilməlidir. Tərəflər arasında bağlanmış 04.12.2020-ci il tarixli, ********* saylı Müddətli (nisyə) alqı-satqı müqaviləsinə görə, cavabdeh, 12 ay ödəniş cədvəli üzrə hər ay 48 manat olmaqla, cəmi 573 manat, 09.02.2021-ci il tarixli ********* saylı Müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 12 ay ödəniş cədvəli üzrə hər ay 181 manat olmaqla, cəmi 2171.2 manat, 30.03.2021-ci il tarixli ********* saylı Müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 18 ay ödəniş cədvəli üzrə hər ay 88 manat olmaqla, cəi 1579.2 manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışlarına əsasən, Cavabdeh 04.12.2020-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 381 manat əsas, 57.1 manat cərimə, 09.02.2021-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 1809.2 manat əsas. 271.3 manat cərimə, 30.03.2021-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 1579.2 manat əsas, 236.8 manat cərimə təşkil edir. Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunun qeyd edilən tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən tələb olunan 381 manat məbləğində cərimənin azaldılaraq 38 manat məbləğində, 271.3 manat məbləğində cərimənin azaldılaraq 180 manat məbləğində, 236.8 manat məbləğində cərimənin azaldılaraq 157 manat məbləğində müəyyən olunması tərəflərin maraqlarına uyğun hesab edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə belə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh 04.12.2020-ci il tarixli, ********* saylı Müddətli (nisyə) alqı-satqısı müqaviləsi üzrə 381 manat əsas, 38 manat cərimə, cəmi 419 manat, 09.02.2021-ci il tarixli ********* saylı Müddətli (nisyə) alqı-satqısı müqaviləsi üzrə 1809.2 manat əsas, 180 manat cərimə, cəmi 1989.2 manat, 30.03.2021-ci il tarixli ********* saylı Müddətli (nisyə) alqısatqısı müqaviləsi üzrə 1579.2 manat əsas, 157 manat cərimə, cəmi 1.736,2 manat, ümumilikdə 4.144,4 manat və 63.40 manat məbləğində ödənilmiş dövlət rüsumunun 30 manatı tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 04.12.2020-ci il tarixli, ********* saylı Müddətli (nisyə) alqı-satqısı müqaviləsi üzrə 381 manat əsas, 38 manat cərimə, cəmi 419 manat, 09.02.2021-ci il tarixli ********* saylı Müddətli (nisyə) alqı-satqısı müqaviləsi üzrə 1809.2 manat əsas, 180 manat cərimə, cəmi 1989.2 manat, 30.03.2021-ci il tarixli ********* saylı Müddətli (nisyə) alqısatqısı müqaviləsi üzrə 1579.2 manat əsas, 157 manat cərimə, cəmi 1.736,2 manat, ümumilikdə 4.144,4 manat məbləğində pul və 30 manat məbləğində ödənilmiş dövlət rüsumuna görə pul tutulub İddiaçı MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №e-2(012)-2236/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2236/2022
28.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver