Məhkəmə qərarları › İş №e-2(012)-2245/2024

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-2245/2024

18.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-2245/2024 18.11.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Teymurov Ayaz Yunus oğlunun katibliyi ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı borcun ödənilməsi tələbi barəsində iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında baxaraq, müəyyənetdi: İddiaçı BOKT İddiaçı QSC cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 oğluna qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada əsas borc üzrə 791.62 (yeddi yüz doxsan bir manat, 62 qəpik) manat, faiz borcu üzrə 19.36 (on doqquz manat, 36 qəpik) manat olmaqla, cəmi 810.98 (səkkiz yüz on manat, 98 qəpik) manat borcun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq İddiaçı QSC-yə ödənilməsi barədə müvafiq qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı QSC-nin nümayəndəsi X2 “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə ərizə göndərərək, iş üzrə iddia ərizəsinin baxılmamış saxlanılmasını, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin və dövlət rüsumunun geri qaytarılmasının xahiş etmişdir. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 oğlu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddiaçı məhkəməyə iddia ərizəsinin qaytarılması və işin baxılmamış saxlanılmasını xahiş etdiyindən, cavabdeh isə məhkəmə iclasında işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən mövcud iddia ərizəsi əsasında işin mahiyyəti üzrə baxılmasına zərurət və əsas yoxdur, odur ki iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə əsasən, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə yenidən məhkəməyə müraciət etməyə haqlıdır. Məhkəmə eyni zamanda hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Belə ki, iddiaçı tərəfindən dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbzdən görünür ki, iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə Abşeron Rayon Məhkəməsinin hesabına 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanıldığından, ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259-260, 263- 264, 266-268-ci və 284-5-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı QSC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı - borcun ödənilməsi tələbi barəsində iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı QSC tərəfindən xx.xx.2024-cü il tarixdə, qəbz nömrəsi ********** olan, Azərbaycan Respublikası Mərkəzi X1, Büdcə təsnifat kodu: 142211, Büdcə səviyyə kodu: 1, Xəzinə hesabı: AZ66CTRE********************, Hesablaşma forması: (kart) ödənilmiş 30 (otuz) manat pul vəsaiti iddiaçıya geri qaytarılsın. Qərardaddan 10 gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar