Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2302/2024 01.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azərbaycan Repsublikasında 2024-cü il üçün yaşayış minimumu” haqqında Qanunun 01 yanvar 2024-cü il tarixdən qüvvəyə minməsi və mediasiyaya 2024-cü il yanvar ayında müraciət edildiyi üçün 2024-cü ilin yanvar ayından başlayaraq birgə nikahdan doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa 235 manat olmaqla, ümumilikdə 470 manat məbləğində alimentin, o cümlədən 60 manat məbləğində mediasiya xərcinin və dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2014-cü il tarixində 1815 nömrə qeydi ilə nikah bağlanmışdır. Rəsmi nikahdan xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2019- cu il təvəllüdlü X4 adlı uşaqlar doğulmuşdur. Abşeron Rayon Məhkəməsinin 23 noyabr 2014-cü il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında bağlanmış və Səadət Sarayı (Bakı nikah evi) tərəfindən qeydə alınmış 18 oktyabr 2014-cü il tarixli, 1815 saylı nikah qeydinin ləğv edilməsi, 18 sentyabr 2015-ci il tarixdə anadan olmuş X2 və 25 oktyabr 2019-cu il tarixdə anadan olmuş X1 anaları İddiaçı yanında qalmaları, 18 sentyabr 2015-ci il tarixdə anadan olmuş X2 və 25 oktyabr 2019-cu il tarixdə anadan olmuş X1 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər bir uşağa görə 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı xeyrinə verilməsi qət edilmişdir. Həmin qətnamə öz qanuni qüvvəsini almasına baxmayaraq, alimentin cavabdeh tərəfindən ödənilməsi hər dəfə müxtəlif bəhanələr və gecikmələrlə icra edilir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu” haqqında Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Həmin Qanunun 2-ci maddəsində isə bu Qanunun 2024-cü ilin 1 yanvar tarixindən qüvvəyə minməsi qeyd olunmuşdur. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İddiaçı məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(012)-2695/2023 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında bağlanmış və Səadət Sarayı (Bakı nikah evi) tərəfindən qeydə alınmış 18 oktyabr 2014-cü il tarixli, 1815 saylı nikah qeydinin ləğv edilməsi, 18 sentyabr 2015-ci il tarixdə anadan olmuş X2 və 25 oktyabr 2019-cu il tarixdə anadan olmuş X1 anaları İddiaçı yanında qalmaları, 18 sentyabr 2015-ci il tarixdə anadan olmuş X2 və 25 oktyabr 2019-cu il tarixdə anadan olmuş X1 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər bir uşağa görə 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində alimentin xx.xx.2023-cü il tarixdən tutularaq İddiaçı xeyrinə verilməsi qət edilmişdir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi üzrə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad ola bilər. "Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlara görə 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı təyin edilmiş aliment məbləğinin hazırda birgə nikahdan doğulmuş uşaqların saxlanması üçün kifayət etmədiyini iddia edir. Birgə nikahdan doğulmuş uşaqlar iddiaçının himayəsindədir və onların maddi ehtiyacları artmaqdadır. Məhkəmə uşaqların mənafeyini, normal inkişaf etməsini, uşaqlar üçün hal-hazırda minimum yaşayış həddinin məbləğini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(012)-2695/2023 saylı qətnaməsinə əsasən 18 sentyabr 2015-ci il tarixdə anadan olmuş X2 və 25 oktyabr 2019cu il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin olunmuş hər ay cəmi 440 manat sabit pul məbləğində alimentin miqdarı artırılaraq, hər ay cəmi 470 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilməli və alimentin tutulmasının əvvəli bu qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Qalan hissədə iddia təmin edilməməlidir, belə ki, qüvvədə olan qanunvericiliyə əsasən alimentin miqdarının dəyişdirilməsinin əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanır. MPM-nin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(012)-2695/2023 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilsin. Tərəflərin birgə nikahından 18 sentyabr 2015-ci il tarixdə doğulmuş X2 və 25 oktyabr 2019-cu il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh tutulan alimentin miqdarının dəyişdirilməsinin əvvəli bu qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Hazırki mübahisə üzrə mediasiya prosesi üçün ödənilmiş 60 manat pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №e-2(012)-2302/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2302/2024
01.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver