Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2344/2025 18.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması və tələbin girov predmetinə yönəldilməsi tələbinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı borcun tutulması və tələbin girov predmetinə yönəldilməsinə dair ərizə ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh xx.xx.2023-cü il tarixli SULMB-08099 saylı kredit müqaviləsi üzrə kredit borcuna görə 994 manat, faiz borcuna görə 82,5 manat,cərimə borcuna görə 0 manat olmaqla, cəmi 1076,5 manat məbləğində pulun və 31 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulmasına; Tələblərin xx.xx.2023-cü il tarixli SULMB-08099 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə İddiaçı ASC-nin «Sumqayıt» filialı ilə cavabdeh – Cavabdeh arasında xx.xx.2023-cü il tarixli SULMB-08099 saylı saxlanc girov müqaviləsi bağlanaraq girov qoyulmuş aşağıda adıçəkilən qızıl-zinət əşyasına yönəldilməsi: Üzük- 3 ədəd,çəkisi – 9,5 qr,əyarı -583; Kulon- 2 ədəd,çəkisi – 2,3 qr,əyarı -583; Sep- 1 ədəd,çəkisi – 4,5 qr,əyarı -583; Sep- 1 ədəd,çəkisi – 7,8 qr,əyarı - 750; Qolbaq- 1 ədəd,çəkisi – 13,1 qr,əyarı -750; Cəmi: 37,2 qr. Həmin qızıl-zinət əşyasını açıq hərracdan sataraq əldə edilmiş vəsait xx.xx.2023-cü il tarixli SULMB-08099 saylı kredit müqaviləsi üzrə cəmi məbləği 1076,5 manat məbləğində pulun və 31 manat məbləğində dövlət rüsumunun ödənilməsinə yetərli olmadığı halda qalan borcun Cavabdeh ümumi qaydada tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin «Sumqayıt» filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli SULMB08099 saylı kredit müqaviləsinə əsasən illik 28% dərəcəsi olmaqla 18 ay müddətinə 2650 (iki min altı yüz əlli) manat məbləğində cavabdehə kredit verilmişdir. (kredit müqaviləsinin 1-ci bəndi) Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasını təmin etmək məqsədilə İddiaçı ASC-nin «Sumqayıt» filialı ilə cavabdeh – Cavabdeh arasında xx.xx.2023-cü il tarixli SULMB-08099 saylı saxlanc girov müqaviləsi bağlanaraq aşağıda adı çəkilən qızıl-zinət əşyası girov qoyulmuşdur: Üzük- 3 ədəd,çəkisi – 9,5 qr,əyarı -583; Kulon- 2 ədəd,çəkisi – 2,3 qr,əyarı -583; Sep- 1 ədəd,çəkisi – 4,5 qr,əyarı -583; Sep- 1 ədəd,çəkisi – 7,8 qr,əyarı -750; Qolbaq- 1 ədəd,çəkisi – 13,1 qr,əyarı -750; Cəmi: 37,2 qr. xx.xx.2023-cü il tarixli SULMB-08099 saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli SULMB-08099 saylı kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan Kreditin ödəniş cədvəli əsasında, hər ayın 04dən gec olmayaraq ayda 181,98 manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtıvaxtında və lazımı qaydada icra etməmişdir. Eyni zamanda həmin kredit müqaviləsinin 5.1. maddəsinə görə, borclu kredit müqaviləsi üzrə öhdəliklərini lazımı qaydada icra etməzsə, kredit faizlərini vaxtında ödəməzsə, ödənilməyən kredit üçün əlavə olaraq hər günə 1 % həcmində dəbbə pulu hesablanır. xx.xx.2025-ci il tarixinə olan maliyyə arayışına əsasən Cavabdehnın xx.xx.2023-cü il tarixli SULMB-08099 saylı kredit müqaviləsi üzrə borcunun məbləğiəsas borca görə 994 manat, faiz borcuna görə 82,5 manat,cərimə borcuna görə 0 manat olmaqla, borcun cəmiməbləği 1076,5 manat təşkil edir. Odur ki, hazırkı tələblə bağlı məhkəməyə müraciət edilmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq, mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq): 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Mülki Prosessual Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə cavabdehə qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı, mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Belə ki, mülki iş materiallarında olan və tədqiq olunmuş: -İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, SULMB-08099 saylı saxlanc girovu haqqında müqavilədən görünür ki, girovsaxlayan İddiaçı ASC ilə girovqoyan Cavabdeh xx.xx.2023-cü il tarixli, SULMB-08099 saylı kredit müqaviləsinə əsasən, 2650 manat məbləğində 18 ay müddətinə, illik 28 % ödənilməsi şərtilə təminatlı borc verir. Kreditalan isə aldığı borcu ödəniş gününə 181,99 məbləğdə qaytarmağı və bu müqavilə ilə şərtləndirilmiş miqdarda kreditdən istifadəyə görə faizləri ödəməyi öhdəsinə götürmüşdür. -xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, borclunun xx.xx.2023-cü il tarixli, SULMB-08099 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-yə kredit borcuna görə 994 manat, faiz borcuna görə 82,5 manat,cərimə borcuna görə 0 manat olmaqla, borcun cəmiməbləği 1076,5 manat məbləğində borcu vardır. -Bildiriş və poçt qəbzinin surətindən görünür ki, borcalana Razılaşma üzrə borcun 3 gün müddətində qaytarılmadığı təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışdan görünür ki, İddiaçı ASC adlı quruma, VÖEN ********** dövlət qeydiyyatı nömrəsi ilə qeydə alınmış və xx.xx.2024-cü il tarixli çıxarış verilmiş, qanuni təmsilçisi X1, hüquqi ünvanı AZ1010, ünvan 1dan və tədqiq olunmuş sənədlərdən təsdiq olunur ki, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, onun iddiaçı qarşısında icra edilməmiş kredit öhdəlikləri nəticəsində 225.01 manat overdraft borcu və İddiaçı ASC-nin əmlakını qanunsuz saxlamağa görə hesablanmış 6.75 manat faiz borcu olmaqla, cəmi 231.76 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 439.4-cü maddəsinə əsasən, öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 280.2. maddəsinə əsasən, girov müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), girovun predmeti, girovla təmin edilən öhdəliyin mahiyyəti, ölçüsü (yuxarı həddi) və icra müddəti göstərilməlidir. Girov predmetinin təsvirində girov qoyanın bütün mövcud və ya gələcək daşınar əmlakından ibarət olması göstərilə bilər. Bu cür təsvir, həmçinin daşınar əmlakın müəyyən bir növünü (kateqoriyasını), debitor borcları və ya onların müəyyən hissəsini ehtiva edə bilər. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, ərizə təmin edilməli, Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli SULMB-08099 saylı kredit müqaviləsi üzrə kredit borcuna görə 994 manat, faiz borcuna görə 82,5 manat,cərimə borcuna görə 0 manat olmaqla, cəmi 1076,5 manat məbləğində pul və 31 manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Tələblərin xx.xx.2023-cü il tarixli SULMB-08099 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə İddiaçı ASC-nin «Sumqayıt» filialı ilə cavabdeh – Cavabdeh arasında xx.xx.2023-cü il tarixli SULMB-08099 saylı saxlanc girov müqaviləsi bağlanaraq girov qoyulmuş aşağıda adıçəkilən qızıl-zinət əşyasına yönəldilsin: Üzük- 3 ədəd,çəkisi – 9,5 qr,əyarı -583; Kulon- 2 ədəd,çəkisi – 2,3 qr,əyarı -583; Sep- 1 ədəd,çəkisi – 4,5 qr,əyarı -583; Sep- 1 ədəd,çəkisi – 7,8 qr,əyarı -750; Qolbaq- 1 ədəd,çəkisi – 13,1 qr,əyarı -750; Cəmi: 37,2 qr. Həmin qızıl-zinət əşyasını açıq hərracdan sataraq əldə edilmiş vəsait xx.xx.2023-cü il tarixli SULMB-08099 saylı kredit müqaviləsi üzrə cəmi məbləği 1076,5 manat məbləğində pulun və 31 manat məbləğində dövlət rüsumunun ödənilməsinə yetərli olmadığı halda qalan borc Cavabdeh ümumi qaydada tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №e-2(012)-2344/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2344/2025
18.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver