Məhkəmə qərarları › İş №e-2(012)-2361/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2361/2023

30.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2361/2023 30.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Abiyev Elnur Elman oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə 30 may 2023-cü il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7000 manat məbləğində pulun tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini, həmçinin tərəfindən ödənilmiş 90 manat dövlət rüsumunun da cavabdehə aid edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 3 sot torpaq sahəsinin alqı -satqısını onunla 13000 manat razılaşmışlar. İddiaçı cavabdehə 4000 manat nəğd şəkildə pul ödəmiş, həmçinin özünə məxsus KİA PREGİO mikrovatobusu 6000 manata razılaşaraq ona vermişdir. Qalan 3000 manatı isə hər ay 500 manat olmaqla ona tam şəkildə ödəmişdir. İddiaçı pulu tam ödədikdən sonra cavabdeh torpaq sahəsini ona təhvil verməkdən imtina etmişdir. Cavabdeh tərəfindən aldadıldığını görüb ona məxsus avtomobili və ödədiyi pulu ondan geri tələb etmişdir. O, avtomobili qaytarsa da, 7000 manat pulunu bu günə kimi qaytarmamışdır. Cavabdeh iddiaçıya məxsus avtomobilə 1500 manat da ziyan vurmuşdur. Cavabdehin öz xətti ilə əlyazması var və o, həmin əlyazmada qeyd etdiklərini öz xətti ilə qeyd etmişdir. İddiaçı vəkili-nümayəndəsi Nümayəndə elektron məhkəmə sisteminə ərizə ünvanlayaraq məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etmədiyini bildirdi. Qeyd etdi ki, o, iddiaçını görməyib, tanımır. Belə bir məsələnin danışığı əri ilə aparılıb. torpaq sahəsi bələdiyyə tərəfindən ona verilmiş, onun adına rəsmiləşdirmə işləri aparılır. İddiaçını tanımır, iddia tələbində qeyd olunanlar həqiqət deyildir.Həmin şəxs bir dəfə də bu barədə Sabunçu Pİ-nə müraciət edib, orada da araşdırma yarımçıq qaldı.İndi də bu iddianı qaldırıb, Qeyd edir ki, iddiaçını görməyib, tanımır, onunla hər hansı bir münasibəti olmayıb. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan İddiaçı Cavabdeh tərəfindən yazılmış xx.xx.2021-ci i tarixli ərizənin surətindən görünür ki, ona məxsus Saray qəsəbəsində yerləşən 3 sot torpaq sahəsinin satışı üzrə İddiaçı bir neçə şərtlərin aydınlaşdırılması: Sözügedən 3 sot torpaq sahəsini 13.000 (on üç min) manat məbləğində razılaşmışlar. 13.000 (on üç min) manatdan 4.000 (dörd min) manat ona nəğd ödənilmişdir. İ.A.Maarif oğluna məxsus (Kia Pregio K77 b mikroavtobus) 6000 (altı min) manat məbləğində hesablanmışdır və İ.A.Masrif oğlu tərəfindən ona verilmişdir. Belə ki, Torpaq sahəsinin sənədləşdirilməsi tam hazır olduğu təqdirdə, İ.A.Maarif məxsus (Kia Pregio K77 b mikroavtobus) müəyyən şəxsin adına keçiriləcəkdir. Son olaraq isə 25 iyul tarixindən ayda 500 m olmaqla 6 ay ərzində 3000 (üç min) manat ödəniş etməlidir. Ödəniş tam bitdikdən sonra və qeyd etdiyi kimi sənədləşdirmə işləri yekunlaşdıqdan sonra İ.A.Maarif oğlunun adına keçiriləcəkdir torpaq sahəsi. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, İddiaçı Cavabdeh məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 3 sot torpaq sahəsinin alqı satqısını onunla 13000 manat razılaşmaları,iddiaçının cavabdehə 4000 manat nəğd şəkildə pul ödəməsi, həmçinin özünə məxsus KİA PREGİO mikrovatobusu 6000 manata razılaşaraq ona verməsi,qalan 3000 manatı isə 6 ay müddətinə hər ay 500 manat olmaqla ona tam şəkildə ödəməsi barədə dəlilləri işin məhkəmə baxışında öz təsdiqini tapmadı.Cavabdehin izahatından göründüyü kimi onun iddiaçı ilə hər hansı münasibəti ümumiyyətlə olmayıb, iddiaçını tanımır.Belə bir söhbət onun həyat yoldaşı ilə olub. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 89.3-cü maddəsində göstərildiyi kimi tərəflər məhkəməyə lazımi sübutların əslini və ya lazımi qaydada təsdiq olunmuş surətlərini təqdim etməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Yuxarıda qeyd olunan normaların hazırki işə tətbiqi baxımından məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında dövlət rüsumunun ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi verilərkən 90 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar