Məhkəmə qərarları › İş №e-2(012)-2398/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2398/2023

08.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2398/2023 08.06.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyev Fərid Ələmşah oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc pul tələbinə dair iddia ərizəsinə 08 iyun 2023-cü il tarixdə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc pul tələbinə dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 09 mart 2022-ci il tarixli, NSKRK-02429 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 500 (beş yüz manat 00 qəpik) manat, faiz borcuna görə 28,95 (iyirmi səkkiz manat 95 qəpik) manat, dəbbə borcuna görə 0 (sıfır) manat, cəmi 528,95 (beş yüz iyirmi səkkiz manat 95 qəpik) manat məbləğində pulun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, "Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh rəsmi qaydada bildiriş göndərilmiş lakin, onun iddiaya qarşı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 442, 445, 468, 741-ci maddələrini, MPM 119.1-ci maddəsini nəzərə alaraq müəyyən etdi: Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilmişdir ki, İddiaçı ASCnin Nəsimi filialı ilə Cavabdeh arasında bağlanmış 09 mart 2022-ci il tarixli, NSKRK-02429 saylı kredit müqaviləsinə əsasən illik 25% (iyirmi iki) faiz dərəcəsi olmaqla 24 (iyirmi dörd) ay müddətinə 500 (beş yüz) manat məbləğində cavabdehə kredit verilmişdir. 09 mart 2022-ci il tarixli, NSKRK-02429 saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış 09 mart 2022-ci il tarixli, NSKRK- 02429 saylı kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödənişcədvəliəsasında, hər ayın 9-dan gec olmayaraq həray 26,01 (iyirmi altı manat 01 qəpik) manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh 09 mart 2022-ci il tarixli, NSKRK-02429 saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borcuna görə 500 (beş yüz manat 00 qəpik) manat, faiz borcuna görə 28,95 (iyirmi səkkiz manat 95 qəpik) manat, dəbbə borcuna görə 0 (sıfır) manat, borcun cəmi məbləği 528,95 (beş yüziyirmisəkkizmanat 95 qəpik) manat təşkil edir. MM-nin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Qeyd edilənlərə əsasən məhkəmə belə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, cavabdehdən 09 mart 2022-ci il tarixli, NSKRK-02429 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 500 (beş yüz manat 00 qəpik) manat, faiz borcuna görə 28,95 (iyirmi səkkiz manat 95 qəpik) manat, dəbbə borcuna görə 0 (sıfır) manat, cəmi 528,95 (beş yüz iyirmi səkkiz manat 95 qəpik) manat məbləğində pul və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 09 mart 2022-ci il tarixli, NSKRK-02429 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 500 (beş yüz manat 00 qəpik) manat, faiz borcuna görə 28,95 (iyirmi səkkiz manat 95 qəpik) manat, dəbbə borcuna görə 0 (sıfır) manat, cəmi 528,95 (beş yüz iyirmi səkkiz manat 95 qəpik) manat məbləğində pul və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar