Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2402/2024 12.06.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 6000 manat pulun və 80 manat dövlət rüsumunun əvəzinin, cəmi 6080 pul vəsaitinin İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli ACMCC/xx-xx-2023/ƏS saylı “mövcud borcun etirafı haqqında” müqavilə bağlanmışdır. Bu müqavilənin 1.1-ci bəndinə əsasən, borclu tələbkara 6000 manat borcunun olduğunu etiraf etmişdir. Müqavilənin 1.2-ci maddəsinə əsasən borclu xx.xx.2024-cü il tarixinə qədər 6000 manatı hissə-hissə xx.xx.2023-cü il tarixindən başlayaraq hər ay 300 manat olmaqla tələbkara ödəməyi öhdəsinə götürür. Lakin öhdəlik borclu tərəfindən yerinə yetirilməmişdir. Mübahisənin məhkəmədən kənar qaydada həll еtmək məqsədi ilə cavabdehə dəfələrlə şifahi, xx.xx.2023-cü il tarixində isə pretenziya qaydasında rəsmi хəbərdarlıqlar еdilmişdir. Xəbərdarlıqlardan sonra o, borcunu 10-15 gün müddətində ödəcəyini bildirsə də, müqavilə şərtləri cavabdeh tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X2, habelə iştirak etdiyi məhkəmə iclasında Nümayəndə2 iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdilər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə dəfələrlə məlumatlandırılsa da, məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəblərdən olması barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndələrini dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - xx.xx.2023-cü il tarixli ACMCC/xx-xx-2023/ƏS saylı “mövcud borcun etirafı haqqında” müqavilədən görünür ki, Cavabdeh İddiaçı ASC-yə 6000 manat borcunun olduğunu etiraf edir. Borclu borc məbləğini 10 dekabr 2024-cü il tarixinə qədər 10 may 2023-ci il tarixindən başlayaraq hissə-hissə, hər ay 300 manat məbləğində olmaqla tələbkara ödəməyi öhdəsinə götürür. Borclu öhdəlik kimi öz üzərinə götürür ki, bu müqavilə təsdiqləndiyi gündən başlayaraq 10 dekabr 2024-cü il tarixinə qədər 6000 manat borcunu Cəmiyyətin xəzinəsinə mədaxil edəcəkdir - xx.xx.2023-cü il tarixli, 286 saylı maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixli ACMCC/xx-xx-2023/ƏS saylı “mövcud borcun etirafı haqqında” müqavilə üzrə Cavabdeh İddiaçı ASC-yə 6000 manat borcu vardır. - xx.xx.2023-cü il tarixli 454 saylı pretenziya məktubundan görünür ki, xx.xx.2023-cü il tarixli ACMCC/xx-xx-2023/ƏS saylı “mövcud borcun etirafı haqqında” müqavilə üzrə Cavabdeh İddiaçı ASC-yə 6000 manat borcu olması və onu ödəməsi barədə xəbərdar edilmişdir. Məhkəmə iclasında işin araşdırılan hallarından müəyyən edildi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli ACMCC/xx-xx-2023/ƏS saylı “mövcud borcun etirafı haqqında” müqavilə bağlanmışdır. Bu müqavilədən görünür ki, Cavabdeh İddiaçı ASC-yə 6000 manat borcunun olduğunu etiraf edir və xx.xx.2024-cü il tarixinə qədər 6000 manatı xx.xx.2023-cü il tarixindən başlayaraq hissə-hissə, hər ay 300 manat olmaqla tələbkara ödəməyi öhdəsinə götürür. Lakin öhdəlik borclu tərəfindən yerinə yetirilməmişdir. xx.xx.2023-cü il tarixli AC-MCC/xx-xx-2023/ƏS saylı “mövcud borcun etirafı haqqında” müqavilənin 2.2-ci maddəsinə əsasən, borclu hər ay vaxtında ödəniş etməzsə, tələbkar qarşı tərəfə yazılı (elektron və ya pretenziya qaydasında) bildiriş göndərməli, borclu isə bildiriş ona çatdığı gündən ən gec 5 iş gün ərzində ödəniş etməzsə, tələbkar qarşı tərəfə xəbər vermədən müqaviləyə xitam verə bilər. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, işin araşdırılan hallarından və tədqiq edilmiş sənədlərdən müəyyən edildiyi kimi, cavabdeh iddiaçı ilə borcun etirafı haqqında müqavilə bağlayaraq üzərinə öhdəlik götürmüş və bu öhdəliyi vaxtında yerinə yetirməmiş, bununla da İddiaçı ASC-yə 6000 manat borcunu qaytarmamışdır. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.4-cü maddəsində icra üçün təqvim günü təyin edildikdə əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə icranı xatırlatmasız gecikdirmiş sayılır. Beləliklə, məhkəmə məhkəmə iclasında tədqiq edilən sübutları məcmu halında qiymətləndirib, qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, iddia təmin edilərək Cavabdeh İddiaçı ASC-nin xeyrinə 6000 manat məbləğində pul vəsaiti tutulmalıdır. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə məhkəmə xərcləri iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə təqdim edilməsinə görə ödənilmiş 80 manat dövlət rüsumundan ibarətdir. Məhkəməyə iddia verilərkən iddiaçı tərəfindən ödənilmiş 80 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin: 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsində göstərilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə 6000 manat və ödənilmiş dövlət rüsumuna görə 80 manat məbləğində pul vəsaiti tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №e-2(012)-2402/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2402/2024
12.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver