Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2408/2022 10.08.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı «kredit borcunun ödənilməsi» tələbinə dair mülki işə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2022-ci il tarixə kredit üzrə cəmi borcu 5692,83 manat təşkil edir. Bundan 2987,90 manat əsas, 1754,33 manat faiz, 476,64 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 473,96 manat faiz borcu və iş üzrə ödənilmiş 76,92 manat dövlət rüsumunun Cavabdeh tutularaq, LPO İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 məhkəmə iclasında izahatında bildirdi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Yasamal filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-ci il tarixli 24112016/105377 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə, illik 16 faiz dərəcəsi ilə 6000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********621 saylı xx.xx.2022 tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh xx.xx.2022-ci il tarixə kredit üzrə cəmi borcu 5692,83 manat təşkil edir. Bundan 2987,90 manat əsas, 1754,33 manat faiz, 476,64 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 473,96 manat faiz borcu təşkil edir. Beləliklə, cavabdehə dəfələrlə xəbərdarlıq edilsədə kredit ödənişlərini etməmişdir. Cavabdeh sonuncu dəfə xx.xx.2017-ci il tarixində 143 manat məbləğində ödəniş etmişdir. Lakin xx.xx.2016-ci il tarixli 24112016/105377 nömrəli kredit müqaviləsi arxivdə aşkar edilməmişdir, yalnız həmin kredit müqaviləsinin mövcud olması ilə bağlı kassa məxaric orderi vardır. Bundan əlavə cavabdeh İddiaçı ASC-də hüquq departamentinin direktoru olmuşdur və kredit müqaviəsinin cavabdehin özü ilə apardığı güman edilir. Odur ki, o, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. Məhkəmə iddiaçı şirkətin nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb iddianın rədd edilməsi nəticəsinə gəlir. Belə ki, iddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsində və Fondunun nümayəndəsi məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Yasamal filialı ilə Cavabdeh arasında xx.xx.2016-ci il tarixli 24112016/105377 nömrəli kredit müqaviləsinin bağlandığını göstərmiş, həmin kredit müqaviləsi üzrə öhdəliklərin cavabdeh tərəfindən icra edlmədiyi iddia edilmiş,lakin sözügedən kredit müqaviləsi iş materiallarına əlavə edilməmiş, xx.xx.2016-ci il tarixli 24112016/105377 nömrəli kredit müqaviləsinin məhkəməyə təqdim edilməsi iddiaçı təşkilatın nümayəndəsinə bildirildikdə, nümayəndə kredit müqaviləsinin arxivdə aşkar edilmədiyini, yalnız həmin kredit müqaviləsinin mövcud olması ilə bağlı kassa məxaric orderinin olmasını göstərmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin hüquq və vəzifələri məhz xx.xx.2016-ci il tarixli 24112016/105377 nömrəli kredit müqaviləsindən irəli gəldiyindən,həmin müqavilə məhkəməyə təqdim edilmədən,yalnız izahat və kassa məxaric orderi əsasında sübutların hərtərəfli, tam və obyektiv araşdırılması mümkün deyildir.Halbuki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə iddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəflər arasında bağlanmış xx.xx.2016-ci il tarixli 24112016/105377 nömrəli kredit müqaviləsini məhkəməyə təqdim etmək vəzifəsi daşıdığı halda bunu etmədiyindən, iddiaçının nümayəndəsinin izahatını və kassa məxaric orderində göstərilənləri təstiq edəh digər mötəbər süburlar məhkəməyə təqdim olunmadığından məhkəmə hesab edir ki,iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı cəmi 5692,83 manat olmaqla, 2987,90 manat əsas, 1754,33 manat faiz, 476,64 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 473,96 manat faiz borcu və iş üzrə ödənilmiş 76,92 manat dövlət rüsumunun Cavabdeh tutularaq, LPO İddiaçı ASC-yə ödənilməsi barədə iddia tələbi rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №e-2(012)-2408/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2408/2022
10.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver