Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-2431/2023 30.12.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə1, Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı İB Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 363806.2 manat borc və 653.81 manat dövlət rüsumunun məcburi qaydada tutularaq İddiaçı İB-nin bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, İddiaçı İB-nin nümayəndəsi Nümayəndə1 xx.xx.2023-cü il tarixdə elektron qaydada Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 396489.48 manat borc və 686.49 manat dövlət rüsumunun məcburi qaydada tutularaq İddiaçı İB-nin bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron rayon Məhkəməsinin 05 iyun 2023-cü il tarixli, e-2(012)-2431/2023 saylı qərardadı ilə mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Mülki Prosessual Məcəllənin 255.0.5-ci maddəsinə əsasən, mülki iş üzrə icraat dayandırılmışdır. Məhkəmə Ekspertiza Mərkəzinin 23 iyun 2023-cü il tarixli, 10/4579 saylı ekspertizanın aparılmasından imtina edilməsi barədə məktubu Abşeron rayon Məhkəməsinə daxil olmuşdur. Abşeron rayon Məhkəməsinin 11 iyul 2023-cü il tarixli, e-2(012)-2431/2023 saylı qərardadı ilə mülki iş üzrə icraat təzələnmişdir. Abşeron rayon Məhkəməsinin 16 avqust 2023-cü il tarixli, e-2(012)-2431/2023 saylı qərardadı ilə mülki iş üzrə yenidən məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Mülki Prosessual Məcəllənin 255.0.5-ci maddəsinə əsasən, mülki iş üzrə icraat dayandırılmışdır. İddiaçı məhkəmənin elektron sisteminə ərizə ilə müraciət edərək, e-2(012)- 2431/2023 saylı mülki iş üzrə xx.xx.2023-cü il tarixdə Cavabdeh ilə aralarında barışıq sazişi bağlandığından, qeyd olunan barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Abşeron rayon Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli, e-2(012)-2431/2023 saylı qərardadı ilə mülki iş üzrə icraat təzələnmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə1 və Cavabdeh nümayəndəsi Nümayəndə2 izahatlarında aralarında olan mübahisənin barışıq yolu ilə həll edildiyini bildirmiş, hər biri barışıq sazişini məhkəmədə imzalayaraq təqdim etmiş və sazişin təsdiq edilərək mülki iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, barışıq sazişinin şərtlərini nəzərdən keçirib, eləcə də, mülki işin digər materiallarını araşdırıb belə nəticəyə gəlir ki, məhkəmə iclasında tərəflərin imzaları ilə təsdiq edilmiş barışıq sazişinin şərtləri tərəflərin hüquqlarını və qanunla qorunan mənafelərini, habelə, üçüncü şəxslərin hüquqlarını pozmur və həmin şərtlər onların qarşılıqlı münasibətlərinə uyğun gəlir. Bu səbəbdən də, göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, barışıq sazişi məhkəmə tərəfindən qəbul edilməli və şərtləri təsdiq edilərək mülki iş üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəllənin: 52.3. maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. 52.5. maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.2. maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 261-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə tərəflərin barışıq sazişi aşağıdakı şərtləri ilə təsdiq edilsin: Mübahisə tərəfləri: İddiaçı və Cavabdeh: istehlakçı (abonent kodu **********00086) təbii qaza görə yaranmış debitor borcunun tutulmasına dair Abşeron rayon Məhkəməsinin icraatında olan e-2(012)-2431/2023 saylı mülki iş üzrə mübahisəni bütövlükdə barışıqla qurtarmaq məqsədi ilə aşağıdakı şərtlər barədə razılığa gəldilər: Barışıq sazişinin şərtləri:
1. “İstehlakçı” 1.1. Təbii qazdan istifadəyə görə İddiaçınə xx.xx.2023-cü il tarixə 396.489,48 (üç yüz doxsan altı min dörd yüz səksən doqquz manat qırx səkkiz qəpik) manat məbləğində debitor borcunun olmasını qəbul edir. 1.2. Həmin borcdan ilkin olaraq sentyabr ayında 63000 manat, oktyabr ayında 46000 manat, noyabr ayında 75000 manat ödəniş edildi, qalan 212.489,48 manat borcdan xx.xx.2023-cü il tarixə 106.244.74 manat, xx.xx.2024-cü il tarixə 106.244.74 manat olmaqla İddiaçınə ödəməyi öhdəsinə götürür: 1.3. X1 1.2-ci bəndində göstərilən məbləğdən əlavə olaraq hər ay ərzində cari istifadə olunmuş təbii qaza görə yaranmış borcu “Qazdan istifadə Qaydaları”nın 5.5-ci və qazın alqı-satqı müqaviləsinin 3.4-cü bəndinə uyğun olaraq ödəməyi öhdəsinə götürür: 1.4. Hər ay hesab-faktura təqdim edildikdən sonra X1 1.2-ci və 1.3-cü yarımbəndlərinin tələblərinə uyğun olaraq götürdüyü öhdəlikləri icra və ya vaxtında icra etmədiyi təqdirdə təbii qazın verilməsinin dayandırılmasını qəbul edir və bununla bağlı İddiaçınə qarşı heç bir tələb irəli sürməyəcəyini bildirir. X2 məhkəmə tərəfindən təsdiq edildiyi andan qüvvəyə minir. Mülki Prosessual Məcəllənin 191, 261 və 262-ci maddələrinin tələbləri və yaradacağı hüquqi nəticələr Tərəflərə məlumdur. Bu Saziş 1 (bir) səhifədən ibarət olmaqla, 3 (üç) nüsxədə tərtib olunmuşdur və hər biri imzalanır. 2 (iki) nüsxə bu Sazişi imzalayan “Tərəflər”də saxlanılır, 1 (bir) nüsxə isə işə baxan Abşeron Rayon Məhkəməsinə təqdim edilir. Tərəflər arasında barışıq sazişi bağlandığından Abşeron Rayon Məhkəməsinin e- 2(012)-2431/2023 nömrəli mülki iş üzrə icraata xitam verilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Habil Əhmədov