Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2460/2023 03.07.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyev Fərid Ələmşah oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə 03 iyul 2023-cü il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı “Azərbaycan Beynəlxalq Bankı" ASC-nin xeyrinə 1726,4 (min yeddi yüz iyirmi altı manat qırx qəpik) manat borc, ödənilmiş 43,90 (qırx üç manat doxsan qəpik) manat dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X5 "xxxx" ASC-nin Binəqədi filialı ilə bağladığı BPM**********26 saylı, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən illik 24 faizlə 60 ay müddətinə 2390 (iki min üç yüz doxsan manat) AZN məbləğində pul vəsaiti götürmüşdür. Lakin əldə olunmuş məlumata görə X5 xx.xx.2020-ci il il tarixində vəfat etmişdir. 1 saylı Gəncə regional Asan xidmət mərkəzində notariat ofisi tərəfindən verilən məlumata əsasən X2 miras əmlakına dair onun vərəsələrinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. X1 miras qalmış, ünvan 1 ünvanında yerləşən mənzilə dair ünvan 2 oğlu- Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş və Cavabdeh qanuni vərəsə kimi tanınmışdır. Tərəflər arasında bağlanmış Kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən, X2 Banka ödənilməmiş qalan 1726.40 AZN əsas borcu, 0 AZN faiz borcu olmaqla, cəmi 1726.40 AZN borcu vardır. Cavabdeh qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. İddiaçı "xxxx" ASC Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinin tələbinə uyğun ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə prosesi müddətində qalıq borcdan ödəniş edildiyindən, Cavabdeh iddiaçı “Azərbaycan Beynəlxalq Bankı" ASC-nin xeyrinə 1566,5 (min beş yüz altmış altı manat əlli qəpik) manat borc, ödənilmiş 43,90 (qırx üç manat doxsan qəpik) manat dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı “Azərbaycan Beynəlxalq Bankı» ASC-nin nümayəndəsi X6 məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5. maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Mülki işin materiallarında olan “Azərbaycan Beynəlxalq Bankı» ASC ilə X5 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BPM**********26 saylı Kredit müqaviləsinin surətindən müəyyən edilir ki, bank X4 60 ay müddətinə, xx.xx.2024-cü il tarixinədək illik 24 % olmaq şərtilə 2390 manat məbləğində kredit verməyi, borc alan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür. Mülki iş materiallarında olan BPM**********26 saylı kredit müqaviləsinə 1 saylı Əlavə ödəniş cədvəlindən görünür ki, borclunun xx.xx.2019-cu il tarixindən xx.xx.2024-cü il tarixinədək olan borcu 1732,93 manat təşkil edir. Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli, 382 №-li maliyyə arayışdan müəyyən edilir ki, X2 iddiaçı “Azərbaycan Beynəlxalq Bankı» ASC-yə kredit müqaviləsi üzrə 22 iyun 2023-cü il tarixinə 1566,4 manat əsas borcu vardır. Mülki işin materiallarında olan 1 saylı Bakı “ASAN” Xidmət Mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli AZ-İİ № 074704 seriyalı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Mülki işin materiallarında olan xx.xx.2013-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, Gəncə Regional “ASAN xidmət” Mərkəzində Notariat Ofisinin notariusu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq etmişdir ki, xx.xx.2020-ci ildə vəfat etmiş, X2 vərəsəsi Gəncə şəhəri Nizami rayonu, mənzil 40-da yaşayan oğlu Cavabdeh miras əmlakdan tam hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMK yanında DƏDRX-nin 3 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2013-cü il tarixli, Reyestr nömrəsi **********71-05101-093056, qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 74,2 kv.m, yaşayış sahəsi 47,0 kv.m, yardımçı sahəsi 27,2 kv.m olan 3 otaqlı mənzildən ibarətdir və 2V-521 nömrə ilə reyestrdə qeyd edilmişdir. Mülki iş materiallarında olan xx.xx.2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, "xxxx" ASC pretenziya qaydasına riayət edərək, X2 vərəsəsi Cavabdeh borcu 5 gün müddətində ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə ərizə ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən «ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.» Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən «vərəsələrə miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.» Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1309-cu maddəsinə əsasən «vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar.» Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci və 739.2-ci maddələrinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İş materiallarından da göründüyü kimi, borclu X5 bankdan tələb olunan məbləği borc götürmüş və borc götürən zaman imzaladığı kredit müqaviləsinə əsasən həmin məbləği qaytarmağı öhdəsinə götürmüşdür, lakin o, xx.xx.2020-ci ildə vəfat etmişdir. Cavabdeh X2 qanuni varisi olaraq tanınmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsinin izahatı ilə müəyyən edildi ki, "xxxx" ASC-nin müştərisi olan X2 arasında bağlanmış BPM**********26 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə olan 1566,4 (bir min beş yüz altmış altı manat qırx qəpik) manat məbləğində əsas kredit borcu mövcuddur və hazırda vəfat etmiş borclu X2 hüquqi varisi olan Cavabdeh həmin borc tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək və qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutaraq, iddia tələbini əsaslı sayır və onun təmin edilməsi qənaətinə gəlir. Nəticə etibarilə məhkəmə hesab edir ki, "xxxx" ASC-nin müştərisi olan X2 arasında bağlanmış BPM**********26 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə olan 1566,4 (bir min beş yüz altmış altı manat qırx qəpik) manat məbləğində əsas kredit borcu Cavabdeh alınaraq "xxxx" ASC-nə verilməlidir. Məhkəmə həmçinin tələbin iddia qaldırılması üçün 43,9 (qırx üç manat doxsan qəpik) manat ödənilmiş dövlət rüsumu əvəzinin tutulması hissəsi ilə bağlı qeyd edir ki, Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərlərə aid edildiyi üçün və iddia təmin olunduğu üçün məhkəmə xərclərinə aid edilən ödənilmiş dövlət rüsumunun əvəzi 43,9 (qırx üç manat doxsan qəpik) manat məbləğində cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin, hüququnu bərpa etmək ücün çəkdiyi və ya çəkməli olduğu xərclər başa düşülür. Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" ASC-nin müştərisi olan X2 arasında bağlanmış BPM**********26 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə olan 1566,4 (bir min beş yüz altmış altı manat qırx qəpik) manat məbləğində əsas kredit borcu və 43,9 (qırx üç manat doxsan qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi Cavabdeh tutulub, "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №e-2(012)-2460/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2460/2023
03.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver