Məhkəmə qərarları › İş №e-2(012)-2476/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2476/2023

14.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2476/2023 14.07.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsassız varlanmaya görə 584,94 ABŞ dolları məbləğində əsas borcun və 641,85 ABŞ dolları məbləğində faiz borcunun, cəmi 1226,79 ABŞ dolları məbləğində pul vəsatinin, həmçinin ödənilmiş 40,90 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin məhkəməyə daxil olmuş ərizəsində mülki işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ASC iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli “Bank Respublika ASC-nin plastik kartlarının əldə edilməsi və istifadəsinə dair” müqaviləyə əsasən əsasən sonuncuya (Visa Platinum) debet kart verilmişdir. Cavabdeh tərəfindən müqavilə əsasında yaradılmış **********167300001 saylı kart hesabına xx.xx.2020-ci il tarixində yaranan texniki xəta səbəbindən cavabdehin qeyd olunan kart hesabında yetərli pul vəsaiti (həmin zaman hesabında 0,06 ABŞ dolları məbləğində pul vəsaiti olduğu təqdirdə) olmadığı halda banka məxsus 584,94 ABŞ dolları məbləğində pul vəsaitini istifadə etmişdir. Bank tərəfindən müvafiq düzəlişlər aparılaraq Cavabdeh tərəfindən istifadə edilmiş banka məxsus vəsaitin geri qaytarılması istiqamətində işlər görülmüş, lakin qeyd olunan vəsait cavabdeh tərəfindən nağdılaşdınldığından (qeyd olunan pul vəsaiti istifadə olunduğundan) həmin vəsaitin geri qaytarılması mümkün olmamışdır. Göstərilən pul vəsaitinin Cavabdeh tərəfindən istifadə olunması nəticəsində isə hal-hazırda cavabdehin banka 584,94 ABŞ dolları məbləğində əsas borc, 641,85 ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 1226,79 ABŞ dolları məbləğində borcu yaranmışdır. İddiaçı ASC-də xx.xx.2022-xx.xx.2022-ci il tarixləri əhatə edən “Kompleks bank xidmətləri üzrə əməliyyatlara (kart hesablarına) nəzarət prosesinin” auditi keçirilmiş, keçirilmiş audit zamanı yuxarıda qeyd edilən fakt, yəni banka məxsus 584,94 ABŞ dolları məbləğində pul vəsaitinin Cavabdeh tərəfindən əvəzsiz olaraq mənimsənilməsi aşkar edilmişdir. xx.xx.2013-cü il tarixli “Bank Respublika ASC-nin plastik kartlarının əldə edilməsinə və istifadəsinə dair” müqavilənin 6-cı maddəsinə əsasən istifadəçi plastik kartdan istifadə ilə bağlı yaranan borcu, faizləri, komisiyon haqqları və digər ödəmələri ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 10cu maddəsinə əsasən istifadəçi yaranmış borcu banka ödəməlidir. Nağd pul alma əməliyyatına görə hesablanan komisiyon haqqı Bank tərəfindən nağd pul alma tarixindən etibarən tətbiq olunur. Bildirir ki, xx.xx.2013-cü il tarixli “Bank Respublika ASC-nin plastik kartlarının əldə edilməsinə və istifadəsinə dair” müqavilənin və Azərbaycan Respublikası mülki qanunvericiliyinə əsasən yaranmış borcun ödənilməsi barədə cavabdehə edilmiş şifahi və yazılı müraciətləri nəticəsiz qalmışdır. Göstərilənlərə əsasən iddiaçı, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli “Bank Respublika ASC-nin plastik kartlarının əldə edilməsi və istifadəsinə dair” müqavilədən görünür ki, Cavabdeh (Visa Platinum) debet kart verilmişdir. İş materiallarında olan çıxarışlardan görünür ki, Cavabdeh tərəfindən müqavilə əsasında yaradılmış **********167300001 saylı kart hesabına xx.xx.2020-ci il tarixində yaranan texniki xəta səbəbindən Cavabdeh qeyd olunan kart hesabında yetərli pul vəsaiti (həmin zaman hesabında 0,06 ABŞ dolları məbləğində pul vəsaiti olduğu təqdirdə) olmadığı halda banka məxsus 584,94 ABŞ dolları məbləğində pul vəsaitini istifadə etmişdir. İş materiallarında olan Cavabdeh İddiaçı ASC-yə olan ovefdraft borcunun faizlərinin və penyanın hesablanması haqqında xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh İddiaçı ASC-yə 584,94 ABŞ dolları məbləğində əsas borcu və 641,85 ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 1226,79 ABŞ dollar borcu vardır. Məhkəmə iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli “Bank Respublika ASC-nin plastik kartlarının əldə edilməsi və istifadəsinə dair” müqaviləyə əsasən əsasən cavabdehə (Visa Platinum) debet kart verilmişdir. Cavabdeh tərəfindən müqavilə əsasında yaradılmış **********167300001 saylı kart hesabına xx.xx.2020-ci il tarixində yaranan texniki xəta səbəbindən cavabdehin qeyd olunan kart hesabında yetərli pul vəsaiti (həmin zaman hesabında 0,06 ABŞ dolları məbləğində pul vəsaiti olduğu təqdirdə) olmadığı halda banka məxsus 584,94 ABŞ dolları məbləğində pul vəsaitini istifadə etmişdir. Bank tərəfindən müvafiq düzəlişlər aparılaraq Cavabdeh tərəfindən istifadə edilmiş banka məxsus vəsaitin geri qaytarılması istiqamətində işlər görülmüş, lakin qeyd olunan vəsait cavabdeh tərəfindən nağdılaşdınldığından (qeyd olunan pul vəsaiti istifadə olunduğundan) həmin vəsaitin geri qaytarılması mümkün olmamışdır. Göstərilən pul vəsaitinin Cavabdeh tərəfindən istifadə olunması nəticəsində isə hal-hazırda cavabdehin banka 584,94 ABŞ dolları məbləğində əsas borc, 641,85 ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 1226,79 ABŞ dolları məbləğində borcu yaranmışdır. İddiaçı ASC-də xx.xx.2022-xx.xx.2022-ci il tarixləri əhatə edən “Kompleks bank xidmətləri üzrə əməliyyatlara (kart hesablarına) nəzarət prosesinin” auditi keçirilmiş, keçirilmiş audit zamanı yuxarıda qeyd edilən fakt, yəni banka məxsus 584,94 ABŞ dolları məbləğində pul vəsaitinin Cavabdeh tərəfindən əvəzsiz olaraq mənimsənilməsi aşkar edilmişdir. xx.xx.2013-cü il tarixli “Bank Respublika ASC-nin plastik kartlarının əldə edilməsinə və istifadəsinə dair” müqavilənin 6-cı maddəsinə əsasən istifadəçi plastik kartdan istifadə ilə bağlı yaranan borcu, faizləri, komisiyon haqqları və digər ödəmələri ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 10cu maddəsinə əsasən istifadəçi yaranmış borcu banka ödəməlidir. Nağd pul alma əməliyyatına görə hesablanan komisiyon haqqı Bank tərəfindən nağd pul alma tarixindən etibarən tətbiq olunur. Odur ki, Cavabdeh heç bir hüquqi əsas olmadan iddiaçının hesabına əsassız varlandığından, məhkəmə hesab edir ki, 584,94 ABŞ dolları məbləğində əsas borc və 641,85 ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 1226,79 ABŞ dolları məbləğində pul vəsati tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəllənin 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəllənin 1091.1-ci maddəsinə əssən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikasının Mülki Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı təşkilatın məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 40,90 manat pul vəsaiti də cavabdehdən alınmalı və iddiaçı təşkilata ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh əsassız varlanmaya görə 584,94 ABŞ dolları məbləğində əsas borc və 641,85 ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 1226,79 ABŞ dolları məbləğində pul vəsati və ya ödəniş gününə Mərkəzi bankın müəyyən etdiyi rəsmi məzənnəyə uyğun manatla pul, həmçinin ödənilmiş 40,90 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar