Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-249/2024 15.01.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 07 oktyabr 2021-ci il tarixli kredit müqaviləsinə əsasən 15000 manat məbləğində pulun və ödənilmiş 135 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında 07 oktyabr 2021-ci il tarixdə kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilə Bakı şəhəri, 26 saylı notariat ofisi tərəfindən təsdiq edilmişdir. Qeyd edir ki, 07 oktyabr 2021-ci il tarixli müqaviləyə əsasən o, 15000 manat məbləğində pulu borc verməyi, Cavabdeh isə həmin borcu xx.xx.2022-ci il tarixinədək qaytarmağı öhdəsinə götürmüşdür. Lakin qeyd olunan borc uzun müddət keçməsinə baxmayaraq əsassız olaraq geri qaytarılmamışdır. Cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətini dəfələrlə ötürmüş və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Borcluya dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildiriş ilə edilən xəbərdarlıqlara baxmayaraq kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün heç bir ödəniş etməmişdir. Həmçinin bildirir ki, müqavilənin 9-cu bəndində tərəflərin müqavilə üzrə mübahisələri onların razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasına həll olunması qeyd edilmişdir. Odur ki, aralarında bağlanan xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh 18 dekabr 2023-cü il tarixinə təyin edilmiş məhkəmə baxış iclasında iştirak edərək özahatında “Mərəndi” Şərab Zavodundan sataraq qazanc əldə etmək üçün spirtli içkilər aldığını, bunun üçün ayda 500 manat kirayə haqqı müəyyənləşdirildiyini, Audit yoxlaması nəticəsində zavodda 5000 manatadək kəsrin mövcud olduğu xəstələndikdən sonra - 2022-ci ilin yanvar ayında zavoda geldiyini, zavodun bağlandığını öyrəndiyini, İddiaçı ilə aralarında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsində qeyd olunmuş öhdəlikləri yerinə yetirməkdən heç vaxt boyun qaçırmadığını, lakin iddia ərizəsində qeyd olunmuş məbləğin onların razılaşdıqları məbləğdən çox olduğunu, onun tərəfindən müəyyən ödənişlər edildiyini məhkəmənin diqqətinə çatdıraraq,ödənişlərlə bağlı sənədlərin məhkəməyə təqdim olunması üçün məhkəmə baxış iclasının təxirə salınmasını xahiş etmişdir.Bununla bağlı məhkəmə baxış iclası təxirə salınmış,lakin Cavabdeh nönbəti məhkəmə iclasına gəlməmiş,həmçinin etirazın əsasları ilə bağlı hər hansı bir sübut göndərməmişdir. İş materiallarında olan 07 oktyabr 2021-ci il tarixli kredit müqaviləsindən görünür ki, borc verən İddiaçı borc alan Cavabdeh 15000 manat məbləğində pulu verməyi, Cavabdeh isə həmin məbləği xx.xx.2022-ci il tarixinədək İddiaçı qaytarmağı öz öhdəsinə götürmüşdür. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, işin mübahisə edilməyən hallarından məlum olur ki, xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən borc verən İddiaçı borc alan Cavabdeh 15000 manat məbləğində pulu verməyi, Cavabdeh isə həmin məbləği xx.xx.2022-ci il tarixinədək İddiaçı qaytarmağı öz öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə üzrə öhdəliyini pozmuş və borcunu ödəməmişdir. Həmçinin cavabdeh tərəfindən iddianı təkzib edəcək sübutlar və etiraz məhkəməyə təqdim edilməmişdir. Odur ki, Cavabdeh sözügedən müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən, məhkəmə hesab edir ki, Cavabdeh 15000 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyət və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 135 manat da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli kredit müqavilə üzrə cəmi 15000 manat borc və 135 manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №e-2(012)-249/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-249/2024
15.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver