Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-2492/2024 23.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi ilə, İddiaçı "xxxx" X1 Cavabdeh qarşı maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" X2 Cavabdeh qarşı maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Müəssisəyə vurulmuş maddi ziyandan qalıq olaraq qalan 873,48 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə bildirdi ki, cavabdeh tərəfindən dəymiş zərər tam ödənildiyindən iddiaçı iddiadan imtina edir və iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə heç bir məlumat verməmişdir. Bununla belə, o, məhkəməyə ərizə ünvanlayaraq iddiaçı qarşısındakı öhdəliyini tam olaraq icra etdiyini bildirmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin materiallarını araşdırıb hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Cavabdeh məhkəməyə xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət edərək, iddiaçının iddiadan imtina etdiyini bildirmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Ərizəyə əlavə edilmiş "xxxx" X1 xx.xx.2024-cü il tarixli, 03 saylı arayışından görünür ki, xx.xx.2022-ci il tarixdə Binəqədi-Novxanı yolunda Bakı Şəhər İcra Hakimiyyəti "xxxx" EŞM-nə məxsus vurulub sıradan çıxarılmış işıq dirəyi sürücü Cavabdeh tərəfindən tam bərpa edilmiş və müəssisəyə dəymiş ziyan aradan qaldırılmışdır. Bu səbəbdən Cavabdeh qarşı Bakı Şəhər İcra Hakimiyyəti "xxxx" EŞM-nin heç bir iddia və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Mülki Prosessual Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı "xxxx" X1 Cavabdeh qarşı maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia tələbindən imtina edildiyi üçün iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı "xxxx" X1 Cavabdeh qarşı maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iş üzrə iddiaçının iddiadan imtinası qəbul edilsin və iş üzrə icraata xitam verilsin. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №e-2(012)-2492/2024
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-2492/2024
23.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver