Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2501/2022 23.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı Kapitalbank ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Kapitalbank ASC Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, iddiaçı Kapitalbank ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli GTKR1786801A123 saylı kredit müqaviləsi əsas borca görə 3837.03 manat, faiz borcuna görə 892.27 manat olmaqla cəmi 4729.30 manat borcun, xx.xx.2019-cu il tarixli BBLK1408753A123 saylı kredit xətti müqaviləsi üzrə əsas borca görə 2798.71 manat, faiz borcuna görə 639.40 manat olmaqla cəmi 3438.11 manat borcun və 101.67 manat dövlət rüsumunun Cavabdeh Kapitalbank ASC-nin хeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli GTKR1786801A123 saylı kredit müqaviləsinə əsasən ona illik 22 faiz dərəcəsi ilə 60 ay müddətinə 3837.03 manat, xx.xx.2019-cu il tarixli BBLK1408753A123 saylı kredit xətti müqaviləsinə əsasən isə 59 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 5500 manat kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Nəticədə, cavabdehin xx.xx.2022-ci il tarixə "xxxx" ASC-nə xx.xx.2020-ci il tarixli RGTK1786801A123 saylı kredit müqaviləsinə əsasən 3837.03 manat əsas, 892.27 manat faiz borcu olmaqla cəmi 4729.30 manat, xx.xx.2019-cu il tarixli BBLK1408753A123 saylı kredit xətti müqaviləsinə əsasən isə 2798.71 manat əsas, 639.40 manat faiz borcu olmaqla cəmi 3438.11 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. İddiaçı ASC-nin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəyə əsasən iddiaçı xx.xx.2022-ci il tarixinə təyin olunmuş məhkəmə iclasına nümayəndəsinin iştirakı olmadan baxılıb iddia ərizəsinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq) 739.1. və 739.2. maddələrinə əsasən, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Borcverən Kapitalbank ASC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2019cu il tarixli BBLK1408753A123 saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən borcalana 59 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 5500 manat kredit verilmişdir. -Borcverən Kapitalbank ASC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2020ci il tarixli GTKR1786801A123 saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən borcalana illik faiz dərəcəsi 27.84% olmaqla 48 ay müddətinə, 4800 manat kredit verilmişdir. -xx.xx.2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, bank tərəfindən Cavabdeh 4800 manat pul vəsaiti verilmişdir. -Kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, borcalan ona verilmiş kredit üzrə əsas və faiz borcunu bir ay sonradan, yəni xx.xx.2020-ci il tarixdən başlayaraq, xx.xx.2024-cü il tarixinədək hər ay banka 166.85 (sonuncu ay 171.92 manat) ödəməklə qaytarmalıdır. -xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, borcalanın xx.xx.2020-ci il tarixli GTKR1786801A123 saylı kredit müqaviləsi üzrə əsas borca görə 3837.03 manat, faiz borcuna görə 892.27 manat olmaqla cəmi 4729.30 manat, xx.xx.2019-cu il tarixli BBLK1408753A123 saylı kredit xətti müqaviləsi üzrə isə xx.xx.2021-ci il tarixinə əsas borca görə 2798.71 manat, faiz borcuna görə 639.40 manat olmaqla cəmi 3438.11 manat borcu vardır. -Kapitalbank ASC tərəfindən borcalan Cavabdeh ünvanlanmış pretenziyadan görünür ki, bank tərəfindən borcalana kredit müqavilələri üzrə borc ödənilmədiyi təqdirdə qanunvericiliyin tələblərinə uyğun tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Mülki Məcəllənin: 425.1. maddəsinə əsasən, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. 427.3. maddəsinə əsasən öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 741 və 742.1. maddələrinə əsasən əgər tərəflər arasındakı müqavilədə borcun qaytarılmasına dair müddət nəzərdə tutulmuşdursa, borclu aldığı kredit məbləğini faizləri ilə birlikdə həmin müddət bitənədək qaytarmalıdır. İşə əlavə olunmuş arayışlardan, həmçinin, işin digər materiallarından görünür ki, kredit borcu barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh kredit müqavilələri üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə onun iddiaçı Kapitalbank ASC-yə xx.xx.2020-ci il tarixli GTKR1786801A123 saylı kredit müqaviləsi üzrə əsas borca görə 3837.03 manat, faiz borcuna görə 892.27 manat olmaqla cəmi 4729.30 manat borcu, xx.xx.2019-cu il tarixli BBLK1408753A123 saylı kredit xətti müqaviləsi üzrə əsas borca görə 2798.71 manat, faiz borcuna görə 639.40 manat olmaqla cəmi 3438.11 manat borcu yaranmışdır. İşin müəyyən edilən hallarına və tədqiq edilmiş sübutlara əsasən borclu Cavabdeh həmin müqavilələr üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Mülki Prosessual Məcəllənin 119.1. maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, Mülki Prosessual Məcəllənin qeyd olunan maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 101.67 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, iddia ərizəsi təmin edilməli, Kapitalbank ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli GTKR1786801A123 saylı kredit müqaviləsi üzrə əsas borca görə 3837.03 manat, faiz borcuna görə 892.27 manat olmaqla cəmi 4729.30 manat borc, xx.xx.2019-cu il tarixli BBLK1408753A123 saylı kredit xətti müqaviləsi üzrə əsas borca görə 2798.71 manat, faiz borcuna görə 639.40 manat olmaqla cəmi 3438.11 manat borc və ödənilmiş dövlət rüsumuna görə 101.67 manat tutulmalıdır. Mülki Prosessual Məcəllənin: 77.1. maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli GTKR1786801A123 saylı kredit müqaviləsi üzrə əsas borca görə 3837.03 (üç min səkkiz yüz otuz yeddi manat üç qəpik) manat, faiz borcuna görə 892.27 (səkkiz yüz doxsan iki manat iyirmi yeddi qəpik) manat olmaqla cəmi 4729.30 (dörd min yeddi yüz iyirmi doqquz manat otuz qəpik) manat borc, xx.xx.2019-cu il tarixli BBLK1408753A123 saylı kredit xətti müqaviləsi üzrə əsas borca görə 2798.71 (iki min yeddi yüz doxsan səkkiz manat yetmiş bir qəpik) manat, faiz borcuna görə 639.40 (altı yüz otuz doqquz manat qırx qəpik) manat olmaqla cəmi 3438.11 (üç min dörd yüz otuz səkkiz manat on bir qəpik) manat borc və ödənilmiş dövlət rüsumuna görə 101.67 (yüz bir manat altmış yeddi qəpik) manat pul vəsaiti iddiaçı X2 Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №e-2(012)-2501/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2501/2022
23.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver