Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2507/2023 23.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi Əliyev Fərid Ələmşah oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işə 23 may 2023-cü il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2021ci il tarixli Kredit müqaviləsinə əsasən 4130,24 manat əsas, 587,30 manat faiz, cəmi 4717,54 manat, xx.xx.2022-ci il tarixli Kredit müqaviləsinə əsasən 703,97 manat əsas, 193,44 manat faiz, cəmi 897,41 manat pul vəsaitinin və 76,15 manat dövlət rüsumunun tutulması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2022-ci il tarixli BBLK4887694A299 saylı Kredit müqaviləsinə əsasən illik 25 faiz dərəcəsi ilə 780 AZN məbləğində pul onun kartına mədaxil edilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2021-ci il tarixli GTZK4353918A299 saylı Kredit müqaviləsinə əsasən 36 ay müddətinə illik 24 faiz dərəcəsi ilə 5300 AZN məbləğində pul onun kartına mədaxil edilmişdir. Həmin məbləğlə nəğd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus hesaba pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Cavabdehin xx.xx.2023cü il tarixə İddiaçı ASC-nə xx.xx.2021-ci il tarixli GTZK4353918A299 saylı kredit müqaviləsinə əsasən 4130,24 AZN əsas; 587,30 AZN faiz; cəmi 4717,54AZN borcu, xx.xx.2022-ci il tarixli BBLK4887694A299 saylı kredit müqaviləsinə əsasən 703,97 AZN əsas; 193,44 AZN faiz; cəmi 897,41 AZN borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. Kreditor İddiaçı ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. İddiaçının nümayəndəsi Nümayəndə 14 may 2023-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, iddia ərizələrinin tam əsaslı və qanuni olduğunu bildirdi və İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işə iddiaçı tərəfin bütün məhkəmə iclaslarında iştirakı olmadan baxılmasını, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Mülki işin materiallarında olan xx.xx.2021-ci il tarixli GTZK43539118A299 saylı elektron qaydada bağlanmış kredit müqaviləsindən müəyyən edilir ki, Cavabdeh İddiaçı ASC-dən 36 ay müddətinə illik 24% ödəmək şərtilə 5300 manat məbləğində kredit götürmüşdür. Mülki işin materiallarında olan xx.xx.2021-ci il tarixli GTZK43539118A299 saylı elektron kredit müqaviləsinə Əlavədən müəyyən edilir ki, Cavabdeh müvafiq kredit müqaviləsi üzrə xx.xx.2024-cü ilədək hər ay 207,93 manat borcu ödəməyi öhdəsinə götürmüşdür. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli BBLK4887694A299 saylı elektron qaydada bağlanmış kredit müqaviləsindən müəyyən edilir ki, Cavabdeh İddiaçı ASC-dən xx.xx.2025-ci il tarixədək illik 25% ödəmək şərtilə 780 manat məbləğində kredit xətti açılmışdır. Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışına görə Cavabdeh xx.xx.2023-cü il tarixə İddiaçı ASC-yə xx.xx.2021-ci il tarixli GTZK43539118A299 saylı müqavilə üzrə 4130,24 manat əsas, 587,30 manat faiz, cəmi 4717,54 manat, xx.xx.2022-ci il tarixli BBLK4887694A299 müqavilə üzrə 703,97 manat əsas, 193,44 manat faiz, cəmi 897,41 manat borcu vardır. Mülki işin materiallarında olan İddiaçı ASC tərəfindən cavabdehə göndərilmiş bildirişin surətindən müəyyən edilir ki, iddiaçı Cavabdeh Cəmiyyətə olan xx.xx.2021-ci il tarixli GTZK43539118A299 saylı müqavilə üzrə 4130,24 manat əsas, 587,30 manat faiz, cəmi 4717,54 manat, xx.xx.2022-ci il tarixli BBLK4887694A299 müqavilə üzrə 703,97 manat əsas, 193,44 manat faiz, cəmi 897,41 manat borcu 5 təqvim günü müddətində təmin edilməsini təklif etmiş, əks təqdirdə borcun qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh xx.xx.2021-ci il tarixli GTZK43539118A299 saylı müqavilə üzrə 4130,24 manat əsas, 587,30 manat faiz, cəmi 4717,54 manat, xx.xx.2022-ci il tarixli BBLK4887694A299 müqavilə üzrə 703,97 manat əsas, 193,44 manat faiz, cəmi 897,41 manat, ümumilikdə 5614,95 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 76,15 manat məbləğində borc tutularaq İddiaçı ASC-yə ödənilməli, bununla da iddia təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, 76,15 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli GTZK43539118A299 saylı müqaviləyə əsasən 4130,24 manat əsas, 587,30 manat faiz, cəmi 4717,54 manat, xx.xx.2022-ci il tarixli BBLK4887694A299 müqaviləyə əsasən 703,97 manat əsas, 193,44 manat faiz, cəmi 897,41 manat, ümumilikdə 5614,95 manat borc və dövlət rüsumu olaraq ödənilmiş 76,15 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №e-2(012)-2507/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2507/2023
23.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver