Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2532/2024 24.07.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi, İddiaçının vəkili-nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh mülkiyyətində olmuş ** CH *** dövlət nömrə nişanlı, Ford Transit 150D Van markalı mikroavtobusu etibarnamə əsasında satması nəticəsində əldə etdiyi 11000 manat pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh onun mülkiyyətində olan ** CH *** dövlət nömrə nişanlı, Ford Transit 150D Van markalı mikroavtobusa dair ondan aldatma yolu ilə baş etibarnamə almışdır. Etibarnaməni aldıqdan sonra onun xəbəri olmadan, alqısatqı müqaviləsi bağlayaraq nəqliyyat vasitəsini 11000 manata X1. Bu barədə məlumat əldə etdikdən sonra, hər iki şəxsə qarşı məhkəmədə iddia qaldıraraq onlar arasında bağlanmış alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-313/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2047/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-313/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh tərəfindən pozulmuş hüquqları bərpa olunmalı, cavabdeh tərəfindən satılmış əmlakının dəyəri cavabdehdən tutularaq ona ödənilməlidir. Məhkəmə iclasında iddiaçının vəkili-nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verdi və onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədi və bildirdi ki, mübahisəli avtomobilin sahibi iddiaçı deyil, Xəyal adlı şəxs olmuşdur. Satılan maşın sonradan xarab olmuşdur. Onun iddiaçıya heç bir borcu yoxdur və buna görə də iddia rədd olunmalıdır. Məhkəmə proses iştirakçılarını dinləyib, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. İşdə olan Sumqayıt Şəhər Məhkəməsinin 31 may 2022-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçılar İddiaçı və X3 cavabdehlər X2 və Cavabdeh qarşı əqdin etibarsız hesab edilməsi və əmlakın geri qaytarılması tələbinə dair iddiasının rədd edilməsi, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməsi qət edilmişdir. İşdə olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(105)-2047/2022 saylı qətnaməsindən görünür ki, iddiaçılar İddiaçı və X4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 31 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan nəqliyyat vasitəsinin xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı mülkiyyətində olan ** CH *** dövlət nömrə nişanlı, Ford Transit markalı mikroavtobusu 11000 manata X1. İşdə olan Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən Sumqayıt Şəhər Məhkəməsinə təqdim olunan 19 iyun 2019-cu il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müvaqiləsinin bağlanmasına əsas olan sənədlərdən görünür ki, İddiaçı ** CH *** dövlət nömrə nişanlı, Ford Transit markalı mikroavtobusa dair sərəncam vermək və digər hərəkətlər etmək hüququ ilə bağlı səlahiyyətləri etibarnamə əsasında xx.xx.2019-cu ildə bir il müddətinə, xx.xx.2020-ci il tarixədək Cavabdeh vermişdir (Etibarnamə ƏN-Vİ № 795499). İşdə olan ƏN-İV 827287 saylı, xx.xx.2019-cu il tarixli etibarnamənin surətindən görünür ki, mülkiyyətçi İddiaçı nümayəndəsi X4 ** CH *** dövlət nömrə nişanlı, Ford Transit markalı mikroavtobusa dair idarə etmək hüququnu xx.xx.2019-cu il tarixədək Cavabdeh etibar etmişdir. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən olunur ki, iddiaçı öz mülkiyyətində olan ** CH *** dövlət nömrə nişanlı, Ford Transit markalı mikroavtobusu xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən 11000 manata X1. Bu zaman alqısatqı əməliyyatında onun adından etibarnamə əsasında hazırki iş üzrə Cavabdeh çıxış etmişdir. Hazırda İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh mülkiyyətində olmuş ** CH *** dövlət nömrə nişanlı, Ford Transit 150D Van markalı mikroavtobusu etibarnamə əsasında satması nəticəsində əldə etdiyi 11000 manat pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 362.1-ci maddəsinə görə bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. 364.2-ci maddəsinə görə səlahiyyətləri başqa şəxsə verən bunu etibarnaməni verənə bildirməli və səlahiyyətləri verdiyi şəxs barəsində ona lazımi məlumat verməlidir. Bu vəzifənin icra edilməməsi səlahiyyəti verənin üzərinə səlahiyyətləri verdiyi şəxsin hərəkətləri üçün öz hərəkətləri üçün olduğu kimi məsuliyyət qoyur. 1091-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Beləliklə, işdə olan mötəbər sənədlərlə, alqı-satqı müqaviləsi və etibarnamələrlə Cavabdeh mübahisəli avtomobilə görə əsassız olaraq 11000 manat varlanması öz təsdiqini tapır. Buna görə də məhkəmə hesab edir ki, həmin məbləğ Cavabdeh tutularaq K.E.Qulyevə qaytarılmalıdır. İddiaçıya heç bir borcunun olmaması və onun avtomobilin sahibi olmaması barədə cavabdehin dəlilləri əsassızıdır və iş materialları ilə təkzib olunur. İşin faktiki hallarından görünür ki, avtomobilin satışından əldə edilmiş vəsait İddiaçı verilməmişdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən və iddiaçı dövlət rüsumunu öməkdən azad edildiyindən 123 manat məbləğində pul cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 11000 məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. İddiaçının ödəməkdən azad edildiyi 123 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №e-2(012)-2532/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2532/2024
24.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver