Məhkəmə qərarları › İş №e-2(012)-2538/2025

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-2538/2025

19.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-2538/2025 19.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Adıgözəlli Ülviyyə Aydın qızının katibliyi ilə, İddiaçı "xxxx"ASC (Ləğv prosesindədir)-nin cavabdehlər X5, X7, X9 və X3 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq hazırlıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx"ASC (Ləğv prosesindədir) cavabdehlər X5, X7, X9 və X3 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, 12600,34 manat əsas, 8541,85 manat faiz, 8398,33 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli Plenium qərarına əsasən, hesablanmış 1828,75 manat faiz borcu olmaqla, cəmi 31369,27 manat borcun və iş üzrə ödənilmiş 184,11 manat dövlət rüsumunun cavabdehlər X5, X7, X9 və X2 müştərək qaydada tutularaq iddiaçı "xxxx"ASC (Ləğv prosesindədir)-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırki iş üzrə iddiaçı "xxxx"ASC (Ləğv prosesindədir)-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, yaranmış zərurətlə əlaqədar olaraq iddia ərizəsinin və sənədlərin iddiaçıya geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5. maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının ərizəsini və mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 170.1. maddəsinə əsasən, işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəmə eyni zamanda, qeyd edir ki, Mülki Prosessual Məcəllənin:

107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən, ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə - dövlət rüsumu geri qaytarılır. Məhkəmə qeyd edir ki, hazırki mülki işin geri qaytarıldığından, ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 170.1, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ: Ərizə təmin edilsin. İddiaçı "xxxx"ASC (Ləğv prosesindədir)-nin cavabdehlər X1 X6 Rahim Şakir oğlu və X3 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı "xxxx"ASC (Ləğv prosesindədir) tərəfindən xx.xx.2025-ci il tarixdə, **********70 saylı qəbz əsasında ödənilmiş 184,11 (yüz səksən dörd manat on bir qəpik) manat məbləğində dövlət rüsumu iddiaçıya ( Bank: AR Mərkəzi Bank, Kod: 501004, Vöen: **********01, Müxbir hesab: AZ74NABZ********************1944, SWİFT BİK: NABZAZ 2C, ALAN MÜŞTƏRİ: LPO "xxxx" ASC, Ünvan: Qarabağ küçəsi 31, Vöen: **********, Hesablaşma hesabı: AZ8NABZ********************) geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar